Rusiyada 19 yaşlı azərbaycanlı qətlə yetirən polis əməkdaşının işinə xitam verildi - FOTO/VİDEO

Rusiyada 19 yaşlı azərbaycanlı qətlə yetirən polis əməkdaşının işinə xitam verildi - FOTO/VİDEORusiya İstintaq Komitəsi Novosibirsk vilayətində 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevin polis əməkdaşı Aleksandr Qusev tərəfindən güllələnməsi ilə bağlı işi bağlayıb. Polisin əməllərində cinayət tərkibi aşkar edilməyib.

Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsi xəbər yayıb.

Məlumatda bildirilir ki, istintaqa əsasən, Vəkil Abdullayevə atəş açan yol polisi əməkdaşı Aleksandr Qusevlə bağlı işə xitam verilib.

Qeyd edək ki, əvvəllər Qusevin polisdən qovulduğu bildirilirdisə, İstintaq Komitəsinin məlumatında o, fəaliyyətdə olan hüquq mühafizəçi kimi "Rusiya Daxili İşlər Nazirliyinin Novosibirsk vilayətinin Moşkovski rayonu üzrə Yol Hərəkəti Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyinin Yol Patrul Xidməti əməkdaşı" adlandırılıb.

Xatırladaq ki, 2021-ci ilin mayın 28-də Novosibirskdə polis sürət həddini aşan avtomobilin sürücüsünü saxlayıb. Sürücü şəxsiyyətinin müəyyən olunması üçün polisin xidməti avtomobilinə tərəf aparılıb.

Bu vaxt sərnişinlərdən biri - 19 yaşlı Vəkil Abdullayev polisə müqavimət göstərməyə başlayıb. Hüquq mühafizəçisi güc tətbiq edərək gəncin qollarını geri qanırıb və onu kapotun üstünə uzandırıb. Bu zaman əlindəki tapançadan atəş açıb.

Polis həmin vaxt saxlanılsa da, bir həftə sonra Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin tapşırığı ilə sərbəst buraxılmışdı: Barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilən Qusev ölkəni tərk etməmək barədə arayış qarşılığında azad edilmişdi./Oxu.az


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 3060   Tarix: 25 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Prokurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi

Ağdaşda yerləşən "Səma" şadlıq sarayında 1996-cı il təvəllüdlü İlkin İsgəndərlini qətlə yetirən Qadir Məmmədova verilən cəza narazılığa səbəb olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, dövlət ittihamçısı Şəki Ağır Cinayətlər Məhkəməsinin 1970-ci il təvəllüdlü Q.Məmmədovun 10 i

15 sentyabr
.

Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açıldı

Gədəbəy rayonunda 1992-ci ildə törədilən qətlin üstü açılıb. "Qafqazinfo" xəbər verir ki, rayonun Çayrəsullu kənd sakini Şahbaz Məmmədovu ağac parçası ilə döyərək qətlə yetirməkdə şübhəli bilinən onun oğlu, 59 yaşlı Polad Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma davam etdirili

31 avqust
.

Yasda gülüş üstündə QAN TÖKÜLDÜ: Bakıdakı cinayətin DETALLARI

Bakı Ağır Cinayətlər Məhkəməsində xalası oğlunu bıçaqlamaqda təqsirləndirilən Səid Babazadənin cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib. -a istinadla xəbər verir ki, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən S.Babazad

28 avqust
.

Yeniyetmənin "iPhone"unu əlindən alıb 20 Yanvarda satdı - Video

Paytaxtın Nizami rayonunda yetkinlik yaşına çatmayan bir nəfərə qarşı soyğunçuluq edilib. "Qafqazinfo" xəbər verir ki, naməlum şəxs zərərçəkənin əlində olan, dəyəri 1750 manat təşkil edən "iPhone 16" mobil telefonu alaraq hadisə yerindən uzaqlaşıb. Nizami Rayon Polis İdarəsinin 24-c

6 avqust
.

Bakıda 27 yaşlı oğlan öldürüldü - Qardaşı saxlanıldı

Bakıda qətl törədilib. "Qafqazinfo" xəbər verir ki, hadisə ötən gecə saat 23 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb. 199-cu il təvəllüdlü Hikmət Əlipaşa oğlu Quluzadə bıçaqlanaraq qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun qardaşı 1995-ci il təvəllüdl

22 avqust
.

Ərindən borc istəyən qadın döyülüb

Biləsuvarda ərindən borc pul istəyən qadın döyülüb. -a istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhərindəki mənzillərdən birində işləyib. Rayon sakini - 1989-cu il təvəllüdlü Orxan Səfərov (ad şərtidir) 2016-cı ildə ailə həyatı qurub və bu nikahdan bir övladları dünyaya gəlib. Bir neçə gün əvvəl O.Səfəro

3 sentyabr
.

Xaçmazda iki ata övladını BIÇAQLADI

Xaçmaz rayonunda bir gündə iki ailə münaqişəsi yaşanıb. Ayrı-ayrı ünvanda atalar öz oğullarını bıçaqlayaraq xəstəxanalıq ediblər. Bizim.media-ya istinadən xəbər verir ki, hadisələrdən biri Xaçmaz şəhərində qeydə alınıb. Xaçmaz şəhər sakini, 51 yaşlı İlqar Musayev aralarında yaranmış şəxsi mübahisə zəminind

15 avqust
.

Toydan gələrkən qəzaya düşdü - Fotolar

Tərtər rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Kəbirli kəndi ərazisində qeydə alınıb. Kənd sakini Məmmədov Müşfiq Raqub oğlu idarə etdiyi "Ford" markalı 50-EZ-587 dövlət qeydiyyat nişanl

4 sentyabr
.

15 yaşlı qızdan sonra qardaşının da meyiti göldən çıxarıldı

İsmayıllıda göldə boğulan bacı-qardaşın meyitləri ailələrinə təhvil verilib. "Qafqazinfo" xəbər verir ki, rayonun Minkə kəndində baş vermiş hadisədə vəfat edən 2011-ci il təvəllüdlü İsmayılova Əfsanə Rövşən qızı və onun qardaşı 2014-cü il təvəllüdlü İsmayılov Cahan Rövşən oğlunun meyitlər

24 avqust