Antalyada əlində bıçaq olan qadın hoteli yandırmaq istədi - VİDEO/FOTO
Antalyada qadın hoteli yandırmağa cəhd edib. Bıçaqla özünə xəsarət yetirməklə hədələyən qadının bir anlıq diqqətinin dağılmasından istifadə edən polis arxadan yaxınlaşaraq qadını zərərsizləşdirib.
Hadisə Alanyanın Güllerpınarı Məhəlləsində baş verib. Əldə edilən məlumata görə, psixoloji problemləri olduğu iddia edilən, soyadı açıqlanmayan Nilüfer adlı qadın bir müddətdir boş qalan hotelə girib. Qadının hotelin mətbəxində yanğın törətməyə çalışdığını görən ətrafdakı vətəndaşların xəbəri üzərinə polis, xilasetmə və sağlamlıq qrupları bölgəyə sövq edilib. Kiçikmiqyaslı yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb, polis qadını fikrindən döndərmək üçün işlərə başlayıb.
Tez-tez qışqıraraq jandarm və prokuror, sonra isə MOSSAD agenti olduğunu iddia edən qadın onu FETO-nun bu hala saldığını bildirib. Uzun müddət davam edən razısalma cəhdlərinə cavab verməyən qadın əlindəki bıçaqla özünü yaralayacağı ilə hədələyərək polis qruplarının müdaxiləsinin qarşısını almağa çalışıb. Bir müddət davam edən, heç bir nəticə verməyən cəhdlərdən sonra Alanya Rayon Polis İdarəsinin rəis müavini işə müdaxilə edib və qadını bir müddət məşğul edib. Bu zaman Respublika Polis İdarəsi qrupları arxadan yaxınlaşaraq qadını zərərsizləşdirə biliblər.
Sağlamlıq qrupları tərəfindən ilkin tibbi yardım göstərilən qadın daha sonra polis qrupları tərəfindən nəzarətə götürülüb.
Məhəllə sakini Şeker Taşlan qadının narkoman olduğunu təxmin etdiyini deyib.
"Səhər qışqırıq səsi eşitdik. Onun boş bir binaya girdiyini gördük. Məncə o, narkomandır. Tanımırıq, bilmirik. Əvvəlcə yanğın törətdi. Polis və yanğınsöndürənlər gəldi. Bıçağı götürdü və buna görə polis içəri girə bilmədi", – deyə hadisəni nəql edib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 2182 Tarix: 26 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prokurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi
Ağdaşda yerləşən "Səma" şadlıq sarayında 1996-cı il təvəllüdlü İlkin İsgəndərlini qətlə yetirən Qadir Məmmədova verilən cəza narazılığa səbəb olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, dövlət ittihamçısı Şəki Ağır Cinayətlər Məhkəməsinin 1970-ci il təvəllüdlü Q.Məmmədovun 10 i
15 sentyabrGədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açıldı
Gədəbəy rayonunda 1992-ci ildə törədilən qətlin üstü açılıb. "Qafqazinfo" xəbər verir ki, rayonun Çayrəsullu kənd sakini Şahbaz Məmmədovu ağac parçası ilə döyərək qətlə yetirməkdə şübhəli bilinən onun oğlu, 59 yaşlı Polad Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma davam etdirili
31 avqustYasda gülüş üstündə QAN TÖKÜLDÜ: Bakıdakı cinayətin DETALLARI
Bakı Ağır Cinayətlər Məhkəməsində xalası oğlunu bıçaqlamaqda təqsirləndirilən Səid Babazadənin cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib. -a istinadla xəbər verir ki, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən S.Babazad
28 avqustYeniyetmənin "iPhone"unu əlindən alıb 20 Yanvarda satdı - Video
Paytaxtın Nizami rayonunda yetkinlik yaşına çatmayan bir nəfərə qarşı soyğunçuluq edilib. "Qafqazinfo" xəbər verir ki, naməlum şəxs zərərçəkənin əlində olan, dəyəri 1750 manat təşkil edən "iPhone 16" mobil telefonu alaraq hadisə yerindən uzaqlaşıb. Nizami Rayon Polis İdarəsinin 24-c
6 avqustBakıda 27 yaşlı oğlan öldürüldü - Qardaşı saxlanıldı
Bakıda qətl törədilib. "Qafqazinfo" xəbər verir ki, hadisə ötən gecə saat 23 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb. 199-cu il təvəllüdlü Hikmət Əlipaşa oğlu Quluzadə bıçaqlanaraq qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun qardaşı 1995-ci il təvəllüdl
22 avqustƏrindən borc istəyən qadın döyülüb
Biləsuvarda ərindən borc pul istəyən qadın döyülüb. -a istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhərindəki mənzillərdən birində işləyib. Rayon sakini - 1989-cu il təvəllüdlü Orxan Səfərov (ad şərtidir) 2016-cı ildə ailə həyatı qurub və bu nikahdan bir övladları dünyaya gəlib. Bir neçə gün əvvəl O.Səfəro
3 sentyabrXaçmazda iki ata övladını BIÇAQLADI
Xaçmaz rayonunda bir gündə iki ailə münaqişəsi yaşanıb. Ayrı-ayrı ünvanda atalar öz oğullarını bıçaqlayaraq xəstəxanalıq ediblər. Bizim.media-ya istinadən xəbər verir ki, hadisələrdən biri Xaçmaz şəhərində qeydə alınıb. Xaçmaz şəhər sakini, 51 yaşlı İlqar Musayev aralarında yaranmış şəxsi mübahisə zəminind
15 avqustToydan gələrkən qəzaya düşdü - Fotolar
Tərtər rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Kəbirli kəndi ərazisində qeydə alınıb. Kənd sakini Məmmədov Müşfiq Raqub oğlu idarə etdiyi "Ford" markalı 50-EZ-587 dövlət qeydiyyat nişanl
4 sentyabr15 yaşlı qızdan sonra qardaşının da meyiti göldən çıxarıldı
İsmayıllıda göldə boğulan bacı-qardaşın meyitləri ailələrinə təhvil verilib. "Qafqazinfo" xəbər verir ki, rayonun Minkə kəndində baş vermiş hadisədə vəfat edən 2011-ci il təvəllüdlü İsmayılova Əfsanə Rövşən qızı və onun qardaşı 2014-cü il təvəllüdlü İsmayılov Cahan Rövşən oğlunun meyitlər
24 avqust