"Günümüzün gəncləri" adlı konsert proqramı keçirildi - VİDEO
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə "Gənclərə dəstək" layihəsi çərçivəsində "Günümüzün gəncləri" adlı konsert proqramı keçirilib.
Sonxeber.az-ın məlumatına görə, konsert Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında baş tutub.
"Günümüzün gəncləri" adlı tədbirdə solistlər Prezident təqaüdçüləri, Respublika və beynəlxalq müsabiqələr laureatları Zərrin Əliyeva və Orxan Hüseynov çıxış ediblər. Gənc ifaçıları pianoçular - Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Arzu Səfərova və Respublika, beynəlxalq müsabiqələr laureatı Fəqan Həsənli müşayiət ediblər.
Qeyd edək ki, konsertdə F.Əmirov – "Muğam - poema", T.Bakıxanov – İmprovizasiya "Sözsüz mahnı" (ilk ifa), İ.S.Bax – "Ave Maria" (orqan ilə), N.Paqanini – "İo ti Penso amore", P.Sarasate – "Qaraçı nəğmələri", A.Dadaşov – "Zərrin" (ilk ifa), C.Quliyev – "İlğım", G.F.Hendel – "Passakaliya", R.Şuman – "Üç fantastik pyes", P.İ.Çaykovski – "Pezzo kapriççiozo", H.Bottermund/J.Starker – "Paqanini mövzusunda variasiyalar" adlı əsərlər ifa olunub.
Ənənəvi olaraq, ayda bir neçə dəfə keçirilən layihənin konsertləri klassik, xor musiqisi, muğam, caz və estrada musiqisi sahələrini əhatə edir.
Aysel SƏFƏRZADƏ
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Mirzəyevin vəziyyəti ağırdır
Teleaparıcı İlham Mirzəyevin vəziyyəti açıqlanıb. Mərkəzi Klinikadan "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hazirda xəstənin vəziyyəti ağırdır. "Xəstə sol mədəciyin ön divarının miokard infarktı, kardiogen şok vəziyyətində qəbul olunub. Angioplastika icra olunub və sten
7 sentyabrXəstəxanaya yerləşdirilən aktyor səhhətindən yazdı
Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərov səhhəti ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, aktyor müalicəsinin başa çatdığını, evə buraxıldığını bildirib. Özünü yaxşı hiss etdiyini deyən R.Səfərov müalicəsini ev şəraitində davam etdirəcəyin
25 sentyabr5 saat əməliyyat olunan Aqil Məlikov: "Məndən gizlətdilər"
İyulda açıq ürək əməliyyatı olunan Əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikov "Evdəkilərə salam" verilişində səhhətində yaranan problemdən danışıb. Axşam.az xəbər verir ki, sənətçi bir müddət təngnəfəslik yaşasa da, əvvəlcə buna əhəmiyyət vermədiyini bildirib:. "Bir az tənginəfəs olurdum
18 oktyabrElmira Şabanova dəfn edildi - Yenilənib - Foto
Xalq artisti Elmira Şabanova ilə vida mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, Təzəpir məscidində baş tutan mərasimdə mərhum sənətkarın ailə üzvləri, sənət dostları və mədəniyyət xadimləri iştirak edirlər. Qeyd edək ki, E.Şabanova ötən gün 86 yaşında dünyasını dəyişib. O, Yasamal qəbiristanlığınd
26 noyabrMehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu təbrik edib. "Qafqazinfo" xəbər verir ki, o, bununla bağlı "Instagram" hesabında paylaşım edib. "Bu gün Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun 80 yaşı tamam olur
26 oktyabr"Evdə tək"in aktyoru vəfat etdi
Britaniyalı məşhur aktyor Tim Karri 80 yaşında vəfat edib. "Qafqazinfo" "TMZ" nəşrinə istinadən xəbər verir ki, o, avqustun 25-i dünyasını dəyişib. Məlumata görə, aktyorun ölüm səbəbi barədə dəqiq məlumat verilmir, lakin hüquq-mühafizə orqanları zorakılıq əlamətlərinin aşkar edilmədiyin
27 avqustElmira Şabanova vəfat etdi
Xalq artisti Elmira Şabanova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu haqda aktrisanın ailəsi məlumat yayıb. E. Şabanova bu gün 86 yaşında dünyasını dəyişib
25 noyabrMona Lizanın hansı xəstəlikdən əziyyət çəkdiyi ehtimal olunur
İtaliyalı dermatoloq Luici Layno məşhur rəssam Leonardo da Vinçinin əsərində təsvir olunan qadının saç tökülməsinə səbəb olan autoimmun xəstəlikdən - ocaqlı alopesiyadan əziyyət çəkə biləcəyini ehtimal edib. Qaynarinfo xəbər verir ki, bu barədə onun "Clinics in Dermatology" jurnalında dər
23 oktyabr