Nyu-Yorkun inzibati rayonunun rəhbəri Azərbaycana səfər edəcək
ABŞ-ın Nyu-York şəhərinin azərbaycanlıların sıx yaşadığı Bruklin inzibati rayonun rəhbəri Antonio Reynoso Azərbaycana səfər edəcək.
Sonxeber.az xəbər verir ki, bu barədə "Report"un yerli bürosuna müsahibəsində Bruklin inzibati rayonun rəhbəri özü bildirib.
"Azərbaycanı ziyarət etməklə hər iki ölkənin son illərdə yaxınlaşan dostluq münasibətlərinə öz tövhəmi vermək istəyirəm", - o qeyd edib.
Antonio Reynoso bildirib ki, yaxın gələcəkdə 2014-ci ildə imzalanmış dostluq və əməkdaşlıq haqqında protokolla qardaşlaşmış şəhərlər statusu alan Bruklinlə Bakının Səbail rayonu arasında yeni layihələrin reallaşdırılması hədəf seçilib: "Başlıca vəzifələrimdən biri Bruklin rayonunda yaşayan Azərbaycan icmasının burada öz evlərindəki kimi hiss etmələrini təmin etməkdir. Bilirəm ki, Azərbaycanın zəngin tarixi, mədəniyyəti və mətbəxi var. Bakı şəhəri ilə daha yaxından tanış olmaq məqsədi ilə Azərbaycanı ziyarət etməklə hər iki ölkənin son illərdə yaxınlaşan dostluq münasibətlərinə öz töhfəmi vermək istəyirəm. Bunun üçün qarşıda vəzifədə olduğum dörd il müddətinin əla fürsət olacağını düşünürəm".
A.Reynoso 28 May - Müstəqillik günü münasibəti Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında Daimi Nümayəndəliyi tərəfindən rayona hədiyyə olunan Amerikanın simvolu, gücün və uzunömürlülüyün rəmzi olan "Bur oak" (Şimali Amerika palıdı) ağacı haqqında da söz açıb: "Bu tarixi hadisə oldu. Bir neçə ay öncə Azərbaycanın BMT-dəki səfiri ilə görüşdüm. Onunla bəzi mövzularda fikir mübadiləsi apardıq. Səfir mənə dedi ki, Bruklində yaşayan azərbaycanlılara göstərdiyiniz diqqət və qayğıya görə sizə hədiyyəmiz olacaq. Bu, palıd ağacı idi və o, bizim üçün olduqca böyük mənaya sahibdir. Bu artıq ənənə halını alacaq və hər il "Lew Fidler" parkında Azərbaycan adına bir ağac əkiləcək".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 878 Tarix: 29 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Atlantik okeana da adını vermək istəyib - "Google" "yox" deyib
ABŞ Prezidenti Donald Tramp Atlantik okeanının adını "Tramp okeanı" ilə dəyişdirmək istədiyini, lakin "Google" şirkətinin baş direktoru Sundar Piçainin bu təklifi rədd etdiyini bildirib. "Qafqazinfo"nun məlumatına görə, Tramp coğrafi adlarla bağlı təşəbbüslərindən danışarkə
22 oktyabrRusiya Kiyevə 21 ballistik raket atdı
Rusiya Ukraynaya qarşı genişmiqyaslı hava hücumları həyata keçirib. The Guardian-a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin açıqlamasına görə, Rusiya qüvvələri Kiyevə üç dalğa ilə azı 21 ballistik raket atıb. Hücumlar nəticəsində paytaxtda yaşayış evləri və enerji infrastruktur
23 oktyabrRusiya Ukraynaya kütləvi hücum etdi: ölənlər və yaralananlar var
Rusiya ordusunun Ukraynanın müxtəlif bölgələrinə raket və dronlarla hücumları nəticəsində ölən və yaralananlar var. Kiyevdə yaşayış binalarına və nəqliyyat infrastrukturuna ziyan dəyib, Xarkov, Donetsk və Çerniqov vilayətlərində də mülki əhali arasında itkilər qeydə alınıb. "Associated Press"i
22 oktyabrABŞ-İran münaqişəsi 2027-ci ilin əvvəlinə qədər səngiyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) ABŞ ilə İran arasındakı müharibənin 2027-ci ilin əvvəlinə qədər səngiyəcəyini və enerji ticarətinin il ərzində tənzimlənəcəyini təxmin edir. xəbər verir ki, bu barədə BVF-nin Yaxın Şərq və Mərkəzi Asiyada iqtisadi inkişaf perspektivləri ilə bağlı müntəzəm hesabatında deyilir
22 oktyabrABŞ-da ilginc yatırım: Klonlaşdırılmış itlər ordusu yaradılır
ABŞ-da ordu üçün xidməti itləri klonlaşdırmaq və genetik modifikasiya etmək üçün startap yaradılır. Bizim.Media xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb. Startap proqram təminatı sahibkar Ben Lammın köməyi ilə yaradılır. İmzalanmış müqaviləyə əsasən startap ölkə daxilind
23 oktyabrABŞ-da Trampı sosial mediada təhdid edən qadın həbs edilib
ABŞ Ədliyyə Nazirliyi bildirib ki, 36 yaşlı qadın ABŞ prezidenti Donald Trampa qarşı sosial mediada təhdidlər paylaşmaq ittihamı ilə Alabama ştatında həbs olunub. xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin veb saytında deyilir ki, "ABŞ Rayon Məhkəməsində iki maddədən ibarət ittiham aktı ilə Alabam
23 oktyabr