İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində keçirilən sərginin açılış mərasimində - YENİLƏNİB + FOTO

İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində keçirilən sərginin açılış mərasimində - YENİLƏNİB + FOTOBakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Dövlətimizin başçısı açılış mərasimində çıxış edib.
İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində keçirilən sərginin açılış mərasimində - YENİLƏNİB + FOTOİlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində keçirilən sərginin açılış mərasimində - YENİLƏNİB + FOTOİlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində keçirilən sərginin açılış mərasimində - YENİLƏNİB + FOTO09:30

Bu gündən iyunun 4-dək Azərbaycanın paytaxtında Bakı Enerji Həftəsi keçiriləcək.

Oxu.Az xəbər verir ki, Bakı Enerji Həftəsi Xəzər regionunun neft-qaz və enerji sektorunda ən nüfuzlu tədbir hesab olunur.

Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun energetika sektorunda ən böyük tədbir – 27-ci Beynəlxalq Xəzər Neft və Qaz "Caspian Oil & Gas 2022" sərgisi keçiriləcək. Xəzər Neft və Qaz sərgisi Azərbaycan Respublikasının müstəqillik əldə etdiyi tarixdən bəri keçirilən ilk sərgidir. Regionda neft-qaz sənayesinin əsas tədbiri və tanınmış beynəlxalq platforması olan Xəzər Neft və Qaz "Caspian Oil & Gas" sərgisi hər il Xəzəryanı regionun əsas neft-qaz layihələrinin müzakirəsi və enerji təhlükəsizliyinin təmin olunması məqsədi ilə ən yüksək səviyyəli rəhbər işçilərini öz meydançasında bir araya gətirir.

"Xəzər Neft və Qaz" sərginin keçirilməsi təşəbbüsü ümummilli lider Heydər Əliyev tərəfindən dəstəklənib. O vaxtdan bəri "Xəzər Neft və Qaz" sərgisi neft, qaz və energetika sahəsində aparıcı mütəxəssislərin görüş yeri olub, burada gələcək əməkdaşlığa dair memorandumlar, müqavilələr imzalanıb. Sərgi yarandığı ilk günlərdən Respublika rəhbərliyinin ciddi diqqəti altındadır. Hər il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin açılış mərasimində iştirakı sərginin yüksək statusunu bir daha təsdiqləyir. Uzun illər uğur qazandıqları üçün sərgiyə ABŞ, Böyük Britaniya, Türkiyə və digər ölkələrin birinci şəxsləri öz təbrik məktubları göndəriblər.

Sərgidə Almaniya, Rumıniya, Rusiya Milli pavilyonlar iştirak edəcək. Bu ilin yenilikləri arasında: bərpa olunan enerji sahəsində pilot layihələr, yaşıl enerji zonası, dəniz külək enerjisi potensialı, anlaşma Memorandumları, yaşıl hidrogen və ixrac məsələləri.

Şirkətlər neft hasilatı və enerji daşıyıcılarının nəqli, neft və qazın saxlanması üçün anbar sistemlərinin təmin edilməsi və servis xidmətləri sahəsində innovativ texnologiyaları, habelə regionun mövcud və gələcək neft-qaz layihələrini və bir sıra digər nailiyyətləri nümayiş etdirəcəklər.

Ənənəvi "Xəzər Neft və Qaz" sərgisi növbəti dəfə dünyanın müxtəlif ölkələrindən energetika sənayesinin liderlərini bir araya gətirəcək.

Bu il sərgidə və forumda öz iştirakını 30 ölkədən 249 şirkət təsdiq edib. Sərgidə ABŞ, Almaniya, Azərbaycan, Belarus Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, Hollandiya, İsrail, İspaniya, İsveçrə, İndoneziya, İtaliya, Qazaxıstan, Macarıstan, Norveç, Rumıniya, Rusiya Federasiyası, Serbiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə, Xorvatiya, Yaponiya, Yunanıstan, Özbəkistan iştirak edəcək.

Tədbirə ənənəvi olaraq Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) dəstək göstərirlər.

Bakı Enerji Həftəsinin statusunu onun sponsorlarının tərkibi də göstərir:

"ACWA Power", bp, "Equinor", "Masdar", INPEX, "Turkiye Petrolleri", "Baker Hughes", "Microsoft", "PASHA Bank", "TechnipFMC", "Tenaris", "TotalEnergies", "Uniper", "Azeri MI Drilling", AZFEN, "Baku Steel Company", "Caspian Drilling", "Caspian Marine Services Limited", "Ernst & Young", "Global Energy Azerbaijan Management", "Tekfen".

İştirakçılar arasında "Bos Shelf", "Gazprombank", "Equinor", "Schlumberger" və digər şirkətlər çıxış edəcək.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 955   Tarix: 01 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr