""TEKNOFEST"in Bakıda keçirilməsi qardaş ölkənin Azərbaycana göstərdiyi etimadın, rəğbətin nəticəsidir" - Deputatla MÜSAHİBƏ

""TEKNOFEST"in Bakıda keçirilməsi qardaş ölkənin Azərbaycana göstərdiyi etimadın, rəğbətin nəticəsidir" - Deputatla MÜSAHİBƏBildiyimiz kimi, ilk dəfə möhtəşəm "TEKNOFEST " Aerokosmik və Teknologiya Festivalı Türkiyədən kənarda, Azərbaycanda keçirilib.

Sonxeber.az-ın bununla bağlı suallarını deputat Nəsib Məhəməliyev cavablandırıb.

- Nəsib müəllim, bu mühüm festivalın ölkəmizdə keçirilməsinin əhəmiyyəti və dünyaya verdiyi məsajları ilə bağlı fikirlərinizi bilmək istəyərdik.

- "TEKNOFEST" festivalının ilk dəfə Türkiyədən kənarda, Bakıda keçirilməsi qardaş ölkənin Azərbaycana göstərdiyi etimadın, rəğbətin nəticəsidir. "TEKNOFEST Azərbaycan" Aerokosmik festivalı yüksək səviyyədə təşkilatçılığı və bir çox ölkələrdən gəlmiş yüzlərlə komandanın iştirakı ilə seçilirdi. Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Nobel mükafatı laureatı Əziz Sancarın, pilotsuz uçuş aparatlarının ixtiraçısı Səlcuq Bayraqdarın iştirakı və çıxışlarında səslənən fikirlər bir daha göstərdi ki, ölkələrimiz ən yüksək səviyyədə müttəfiqlik dövrünü yaşayır.

Yeri gəlmişkən, xüsusi olaraq, qeyd etmək istəyərdim ki, hər iki Lider, eyni zamanda hər iki alim, əldə etdikləri nailiyyətlərə, Türk və müsəlman dünyası qarşısındakı tarixi xidmətlərinə görə gəncliyə ən gözəl nümunədir. Festivalda nümayiş olunan və Türk gəncliyinin beyninin məhsulu olan yüksək texnologiyalar hər kəsi heyran etdi.

- "TEKNOFEST Azərbaycan" Aerokosmik və texnologiya festivalında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2022-ci ilin iki qardaş ölkə üçün əhəmiyyətini vurğulayıb. O bildirib ki, cari il Türkiyə-Azərbaycan diplomatik əlaqələrinin 30 illik yubileyidir. Bu 30 illik dostluq münasibəti hər iki ölkə üçün nələri qazandırdı?

- 30 il ərzində siyasi, iqtisadi, mədəni və s. sahələrdə münasibətlərimiz ən yüksək, strateji müttəfiq səviyyəsinə qalxmaqla sevincimiz bir, kədərimiz bir olub. 44 günlük müharibə başlanan andan cənab Ərdoğan xüsusi bəyanatla Azərbaycanın yanında olduğunu göstərdi. Xəzərin karbohidrogen resurslarının Türkiyə vasitəsilə dünya bazarına çıxarılması, Şərq-Qərb nəqliyyat dəhlizinin fəaliyyətə başlaması hər iki ölkənin iqtisadiyyatının dəfələrlə böyüməsi ilə nəticələndi. Hərbi sənaye sahəsində, silahlı qüvvələr arasında əməkdaşlıq ən müasir döyüş qabiliyyətinə malik güclü orduların formalaşmasını təmin etdi. Qısa zaman kəsiyində Qarabağın işğaldan azad olunması bunun sübutudur.

Ümumiyyətlə, çoxşaxəli əməkdaşlıq gücümüzə güc qatmaqla beynəlxalq münasibətlər sistemində özünəməxsus yer tutdu. Artıq qlobal və regional güclər Azərbaycana yönəlik siyasətlərini qurarkən Türkiyə faktorunu nəzərə almaq məcburiyyətindədirlər. Türkiyəyə gəldikdə isə, Azərbaycan faktoru ilə hesablaşmalıdırlar.

Tarixi Şuşa Bəyannaməsinin imzalanması ilə dünyaya "Bir millət, iki dövlət" mesajı verildi. Ölkəmiz Türk dünyasının biri-birinə inteqrasiyası istiqamətində əhəmiyyətli rola malikdir və körpü rolunu oynayır. Bütün bunlar yeni dünya nizamında milli təhlükəsizliyimizin təminatı baxımından son dərəcə əhəmiyyətlidir.

- Mayın 31-də parlamentin son iclası keçirildi. Parlament 2022-ci il üçün yaz sessiyasında qarşıda duran vəzifələrini yerinə yetirə bildimi?

- Bütövlükdə demək olar ki, Parlament 2022-ci ilin yaz sessiyasında kifayət qədər məhsuldar fəaliyyət göstərdi və üzərinə düşən vəzifələrin icrasını təmin etdi. Təbii ki, görüləcək işlər çoxdur və cəmiyyəti narahat edən əksər məsələlər üzrə müzakirələr aparılır.

- Bu gün hər kəsi maraqlandıran məsələlərdən biri də Xankəndi, Xocalı və Xocavənddə yaşayan ermənilərə Azərbaycan vətəndaşlığının verilməsi ilə bağlıdır. Qarabağda yaşayan ermənilərə nə zamandan vətəndaşlıq verilməyə başlanılacaq?

- Cəmi iki il bundan əvvəl Qarabağ və ətraf rayonların işğaldan azad olunmasını həlli mümkün olmayan məsələ kimi arzu edirdik. Müharibə nəticəsində, Ali Baş Komandanın və müzəffər ordumuzun sayəsində torpaqlar azad olundu. Hadisələri tələsdirmək lazım deyil. Hər şey zamanla həllini tapacaq. Qarabağda yaşayan ermənilərə vətəndaşlıq verilənə qədər bir neçə mərhələdən keçməliyik. Sərhədlərin delimitasiya və demarkasiya məsələləri başa çatdırılmalı, kommunikasiyalar açılmalı, iqtisadi münasibətlər qurulmalı, ermənilər qanunvericiliyimizi qəbul etməli, sülh müqaviləsi imzalanmalıdır. Bütün bu məsələlər razılaşdırıldıqdan sonra ermənilərə vətəndaşlıq verilə bilər. İndidən dəqiq vaxtını demək düzgün olmaz.

- Nəsib müəllim, qısa müddət ərzində Şuşada bir neçə önəmli tədbirlər keçirildi. Bəs, 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri günü ilə bağlı keçirilən hərbi parad da Şuşada təşkil edilə bilərmi?

- Şuşa artıq beynəlxalq siyasi, mədəni tədbirlərin keçirildiyi məkana çevrilib. "Xarı bülbül" festivalları, "Vaqif" poeziya günləri, İƏT-in parlament rəhbərlərinin, müxtəlif ölkələrin parlament komitələrinin iclasları və s. tədbirlərə mədəniyyət paytaxtımız ev sahibliyi edib.

Hərbi parada gəldikdə isə, təbii ki, miqyas baxımından "Azadlıq" meydanında keçirilən hərbi paradın Şuşada təşkil olunması qeyri-mümkündür. Yerləşdiyi relyef buna imkan vermir. Şuşada elə bir böyük ərazi yoxdur. Lakin orada dislokasiya olunmuş hissələrin keçidini təşkil etmək olar. Yəqin ki, məhdud sayda hərbçilərin iştirakı ilə bayram tədbiri keçiriləcək.

- İlk dəfə olaraq Şuşaya səfər etdiniz. Şuşaya ilk ayaq basdığınız an hansı hissləri keçirdiniz?

- Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin beynəlxalq əlaqələr komitələrinin birgə iclasını Şuşada keçirdik. İlk dəfə idi ki, Şuşada olurdum. Təəssüratlarım həddindən çoxdur. Əsas onu deyə bilərəm ki, Füzuli Beynəlxalq Hava Limanında təyyarədən enən andan Şuşaya qədər yol boyu, erməni vəhşiliklərini öz gözlərimizlə gördük və özünü "mədəni millət" adlandırmaqla dünyanı bezdirən tayfanın törətdiyi vəhşiliklər hər kəsi heyrətləndirirdi.

Şuşanın çətin relyefini müşahidə edir, vaxtaşırı qonaqların suallarını cavablandırır, 19-cu əsrin əvvəllərində 1-ci erməni-müsəlman davasında, dahi Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin bacanağı olmuş Həmzət bəy Xəlilovun başçılığı ilə balakənlilərdən ibarət süvari dəstəsinin Şuşada ermənilərə qarşı vuruşması barədə tarixi hadisələri danışır, müasir ordumuzla, Ali Baş Komandanımızla, bütövlükdə xalqımızla fəxr edirdim.

Qalib ölkənin vətəndaşı olmaq əvəzolunmaz hissdir!

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 906   Tarix: 01 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Prezident xanımı ilə Türkiyədədir - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 5-ci Antalya Diplomatiya Forumunda iştirak etmək üçün aprelin 16-da Türkiyəyə işgüzar səfər edib. "Qafqazinfo" xəbər verir ki, Antalya Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriba

16 aprel
.

Üç qardaş ölkənin rəhbərləri Antalyada bir araya gəldilər - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Antalya Diplomatiya Forumu çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə bir araya gəlib. xəbər verir ki, üç qardaş ölkənin başçıları səmimi söhbət ediblər

17 aprel
.

Bu gün "Qarabağ", "Sabah" və "Neftçi"nin oyunları var

Misli Premyer Liqasında 27-ci turun oyunları keçirilir. "Qafqazinfo" xəbər verir ki, bu gün daha 3 oyun baş tutacaq. "Qarabağ" "Şamaxı"nın qonağı olacaqsa, lider "Sabah" "Zirə"ni qəbul edəcək. Günün son oyunu isə "Neftçi" və "Araz-Naxçıvan"

11 aprel
.

Mehriban Əliyeva Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub - FOTO

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva aprelin 6-da Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın birinci xanımına muzey haqqında məlumat verilib. Muzeyin binası vaxtilə Tbilisidə yaşayan Mirzə Fətəli Axundzadəni

6 aprel
.

İlham Əliyevin Antalyada Əhməd əş-Şaraa ilə görüşü olub - FOTO

Aprelin 17-də Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şaraa ilə görüşü olub. bu barədə AZƏRTAC-a istinadən xəbər verir

17 aprel
.

Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri başa çatıb - FOTO - VİDEO

Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana dövlət səfəri başa çatıb. AZƏRTAC-a istinadla xəbər verir ki, Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Gürcüstanın Ba

6 aprel
.

Azərbaycan Türkiyəyə qalib gəldi - FOTOLAR

Azərbaycan mədəniyyət və incəsənət nümayəndələrindən ibarət futbol üzrə milli komandamız qardaş Türkiyənin incəsənət nümayəndələrindən ibarət komandasını ilə yoldaşlıq görüşü keçirdib. xəbər verir ki, maraqlı keçən oyunda Azərbaycan milli komandası minimal hesabla qalıb gəlib

8 aprel
.

Birinci xanımlar lançda - Fotolar

Bu gün Tbilisidə Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın şərəfinə Gürcüstanın Birinci xanımı Tamar Baqrationinin adından lanç verilib. xəbər verir ki, bu haqda Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb

6 aprel
.

"Ailə institutu bu modelin mərkəzində dayanır" - AÇIQLAMA

"Gender məsələləri bu gün qlobal miqyasda olduğu kimi, Azərbaycanda da sosial inkişafın mühüm istiqamətlərindən biri kimi diqqət mərkəzindədir. Lakin bu mövzuda danışarkən ölkəmizin özünəməxsus xüsusiyyətlərini, milli-mənəvi dəyərlərini, ailə institutuna bağlılığını və müsəlman dünyasının bir parças

13 aprel