"Ukraynada müharibənin başlaması ilə..."

"Ukraynada müharibənin başlaması ilə..."Əminəm ki, Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) Bolqarıstanın enerji mənbələrinin şaxələndirilməsi, Sonxeber.az bildirir ki, bunu Trend-ə özəl müsahibəsində Bolqarıstanın energetika naziri Aleksandr Nikolov deyib.

Onun sözlərinə görə, bu interkonnektor Bolqarıstanın və bütün Cənub-Şərqi Avropa regionunun enerji təhlükəsizliyi üçün əsas layihədir.

"İnterkonnektorun tikintisi layihəsinin icrasında ciddi ləngimə olsa da, hökumət son aylarda qaz kəmərinin istifadəyə verilməsi istiqamətində fəal addımlar atıb ki, bu da onun vasitəsilə müxtəlif regionlardan qazın nəqlini mümkün edəcək. Bu gün qaz kəməri layihəsinin icrası son mərhələdədir. Bütün kəmərin hidrosınağı başa çatıb, onun Transatlantik Qaz Boru Kəmərinə (TAP) qoşulması həyata keçirilib, Haskovoda dispetçer mərkəzinin tikintisi başa çatıb, yerli qanunvericiliyə uyğun olaraq həyata keçirilməli olan marşrutun işə salınması istiqamətində irəliləyiş var", - deyə A.Nikolov bildirib.

Nazir qeyd edib ki, hazırda ölçmə və nəzarət sistemlərinin quraşdırılması və sınaqları davam etdirilir.

"Layihənin son aylardakı gedişatı bizə nikbin olmağa əsas verir ki, son yenilənmiş layihə cədvəlində göstərildiyi kimi, interkonnektorun tikintisi fiziki cəhətdən ilin ortalarına qədər başa çatdırılacaq. Eyni zamanda, obyektin tez bir zamanda kommersiya fəaliyyətinə başlamaq üçün müxtəlif lisenziya və icazələrin alınması üçün zəruri inzibati prosedurların vaxtını optimallaşdırmağa çalışırıq", - deyə nazir əlavə edib.

A.Nikolov vurğulayıb ki, Azərbaycan enerji təhlükəsizliyinin və müstəqilliyinin təmin edilməsi səylərində Bolqarıstanın strateji tərəfdaşıdır.

"Ölkələrimiz güclü iqtisadi əməkdaşlıq qurmuşdur ki, bu əməkdaşlıqda enerji sektoru böyük əhəmiyyət kəsb edir. "Qazprom"dan qaz təchizatındakı fasilələr alternativ həll yollarının tapılmasını prioritet məsələyə çevirdi və burada Azərbaycandan tədarük çox vacibdir", - deyə A.Nikolov bildirib.

Nazir xatırladıb ki, Bolqarıstan Azərbaycandan ildə bir milyard kubmetr qaz almağa dair müqavilə imzalayıb, lakin bu həcmlər hələ də tam tədarük edilməyib.

"Təchizat böhranı şəraitində hökumət azərbaycanlı tərəfdaşlarımızla əlavə həcmlərin alınması ilə bağlı sürətləndirilmiş danışıqlar aparıb. Ölkələrimiz arasında səmərəli dialoq mənə nikbin olmağa əsas verir, çünki, ilk növbədə, iyulun əvvəlindən Bolqarıstan razılaşdırılmış həcmləri tam şəkildə alacaq, ikincisi, gələcəkdə bu həcmlər artırıla bilər", - deyə nazir bildirib.

A.Nikolov qeyd edib ki, Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) tikintisində ciddi gecikmə aradan qaldırılıb.
"Ukraynada müharibənin başlaması ilə Bolqarıstan hökuməti qaz tədarükünün mümkün məhdudlaşdırılması və ya dayandırılmasını proqnozlaşdırıb və enerji təhlükəsizliyini artırmaq üçün fəal səylər göstərib. Birincisi, Yunanıstan-Bolqarıstan interkonnektorunun tikintisində ciddi ləngimə aradan qaldırılıb. İnterkonnektor ilin ortalarına qədər tam başa çatdırılmalı və bir neçə aya kommersiya istifadəsinə verilməlidir", - deyə A.Nikolov bildirib.

Nazir qeyd edib ki, bu kəmər Xəzər regionundan, Şərqi Aralıq dənizi regionundan və digər mənbələrdən təkcə Bolqarıstanı deyil, digər ölkələri də alternativ qaz tədarükü ilə təmin edəcək.

"İnterkonnektor istismara verildikdən sonra bu marşrutla həm də Azərbaycanla razılaşdırılmış ildə bir milyard kubmetr qaz tədarük ediləcək. Bolqarıstan tərəfinin Aleksandrupolis (Yunanıstan) yaxınlığında LNG terminalının tikintisində səhmdar kimi iştirak etmək qərarından yəqin ki, xəbərdarsınız. İki həftə əvvəl terminalda işlərin başlaması ilə əlaqədar təntənəli mərasim keçirilib. Bu işlərin gələn ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. LNG terminalının istismarı yalnız ortamüddətli perspektivdə regionun enerji təhlükəsizliyi məsələsini həll etsə də, biz bu həllin faydalı olduğuna əminik və onun həyata keçirilməsi üzərində fəal işləyirik. Bu səylər sayəsində "Qazprom" tərəfindən tədarükün dayandırılmasına baxmayaraq, hazırda Bolqarıstanda təbii qazın istehlakında heç bir məhdudiyyət yoxdur", - deyə A.Nikolov bildirib.

Onun sözlərinə görə, Bolqarıstan Aİ-də Rusiyanın enerji resurslarından ən çox asılı olan ölkələrdən biridir. Ukraynada müharibə başlamazdan əvvəl ölkəyə qaz tədarükünün 90 faizindən çoxu bir mənbədən - Rusiyadan həyata keçirilirdi.

Nazir qeyd edib ki, baxmayaraq ki, son illərdə bəzi hökumətlər enerji mənbələrinin şaxələndirilməsi üçün aktiv səylər göstərdiklərini bildirsələr də, hərbi əməliyyatlar və "Qazprom" tərəfindən tədarükün dayandırılması real vəziyyəti ortaya qoydu.

"Məsələ burasındadır ki, Bolqarıstan indiyədək ehtiyaclarını demək olar ki, yalnız Rusiya təbii qazı hesabına ödəyib. Bir mənbədən belə ciddi asılılıq şəraitində mövcud müqavilənin pozulması ilə ölkəmizə qaz tədarükünün dayandırılması bizim üçün ciddi çağırışdır. Bununla belə, bu, Bolqarıstan üçün bu asılılığı aradan qaldırmaq və şəffaflıq, şaxələndirmə, rəqabətqabiliyyətli tədarük və istehlakçılar üçün daha yaxşı şərait əsasında enerji sistemini inkişaf etdirməyə davam etmək üçün bir şansdır. Hökumətin son aylardakı səyləri bu vəzifələrin həyata keçirilməsinə yönəlib", - deyə A.Nikolov bildirib.

Onun sözlərinə görə, Bolqarıstan yeraltı qaz anbarının tutumunun artırılması üzərində işləyir.

"Bolqarıstanın bir yeraltı qaz anbarı var - Çirendə. O, istehlakın mövsümi tərəddüdlərinin ödənilməsinə xidmət edir və qaz təchizatının təhlükəsizliyinə töhfə verən vasitələrdən biridir. Yazda qaz anbarı doldurulur, payız-qış dövründə isə qaz boşaldılır. Bu qaz anbarında təbii qazın saxlanma qabiliyyəti 550 milyon kubmetrdir, bu isə Bolqarıstanda illik istehlakın təxminən 1/6-sını təşkil edir. Təbii qaz təchizatının təhlükəsizliyini artırmaq üçün qaz anbarının operatoru "Bulqartransqaz" anbarın tutumunun genişləndirilməsi layihəsi üzərində işləyir. Layihə başa çatdıqdan sonra qaz anbarının tutumunun 1 milyard kubmetrə çatdırılması planlaşdırılır", - deyə nazir bildirib.

A.Nikolov qeyd edib ki, interkonnektor layihəsi Bolqarıstanda və regionda təbii qaz bazarında enerji təhlükəsizliyinin, rəqabətin və likvidliyin artırılması üçün strateji əhəmiyyət kəsb edir.

"İnterkorrektor layihəsi 2013-cü ildən Aİ-nin №347/2013 Reqlamentinə uyğun olaraq "Ümumi maraq kəsb edən layihə" statusuna malikdir. Bu, həm də Üç Dəniz Təşəbbüsü çərçivəsində prioritet layihədir", - deyə nazir əlavə edib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1153   Tarix: 01 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

ABŞ hərbçiləri Yəməndə 153 mülki şəxsi qətlə yetiriblər

2025-ci ildə ABŞ qüvvələri Yəməndə yaraqlılara qarşı üç hücumda 153 mülki şəxs öldürülüb, 243 nəfər isə yaralanıb. xəbər verir ki, bu barədə Pentaqonun hesabatına əsasən məlumat verilib. Qeyd olunur ki, aprelin 6-da Yəmən paytaxtı yaxınlığında 5 mülki şəxs, aprelin 17-də Ras İsa limanı yaxınlığında 8

12 avqust
.

Rusiya 500-dən çox dronu məhv etdi

Gecə saatlarında Ukrayna ordusunun bölmələrini yanacaqla təmin edən Odessa limanındakı yanacaq-sürtkü bazası yüksək dəqiqlikli hava əsaslı silahlar və uzaqmənzilli zərbə dronları ilə vurulub. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumat yayıb. Bundan əlavə, Hava Hücumundan Müdafiə Qüvvələr

12 avqust
.

ABŞ-da hərbi vertolyot qəzaya uğrayıb, iki əsgər həlak olub

ABŞ-da hərbi helikopter qəzaya uğrayıb. xəbər verir ki, bu barədə NBC News məlumat yayıb. Qəza nəticəsində AH-64 Apache hərbi helikopterində olan iki hərbçi həlak olub. Hadisə Texasda baş verib. [hh4-unikal]

13 avqust
.

Erməni qadının meyiti tapıldı

İrəvanda müəmmalı hadisə baş verib. xəbər verir ki, Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin İctimai Polis Baş İdarəsinin Mərkəzi İdarəsinə Nar-Dos küçəsindəki 21 saylı binanın həyətində cəsəd olması barədə məlumat daxil olub. Hadisə yerində ictimai polis və patrul xidməti 79 yaşlı Yerevan sakin

10 avqust
.

Özü qolf oynadı, raketlər onu qorudu - Video

ABŞ-nin Məxfi Xidməti ölkə Prezidenti Donald Trampı qolf oyunu zamanı qorumaq üçün Bedminsterə "AN/TWQ-1 Avenger" yaxınmənzilli zenit-raket kompleksləri cəlb edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "War Zone" portalı məlumat yayıb. Məlumata görə, son günlərdə sosia

11 avqust
.

Uşağı neçə yaşında evdə tək qoymaq olar? - Psixoloqların məsləhətləri

Gec-tez bir çox valideyn uşağı hansı yaşdan etibarən evdə təhlükəsiz şəkildə tək qoymağın mümkün olduğu barədə düşünür. Psixoloqlar bildirirlər ki, bu məsələdə əsas meyar uşağın yaşı deyil, onun xarakterinin xüsusiyyətləri və yetkinliyidir. Qaynarinfo nlc.hu saytına istinadən xəbər verir ki, nəşrin yazdığın

11 avqust
.

Tesla ABŞ-da 20 mindən çox avtomobili geri çağıracaq

Amerika avtomobil istehsalçısı Tesla, ABŞ-da həddindən artıq parlaq yaxın işıq faralarına görə 20.349 avtomobili geri çağırır. xəbər verir ki, bu barədə Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyas məlumat verib. Geri çağırış bəzi Tesla Model 3 və Model Y avtomobillərinə təsir göstərir. Artan farala

11 avqust
.

İspaniya İtaliyadan gələnlər üçün sərhəd nəzarəti tətbiq edir

İspaniya, Mərakeşdən İspaniyanın Seuta yarımanklavına görünməmiş kütləvi miqrant axınından sonra Romanın tətbiq etdiyi əvvəllər qoyduğu məhdudiyyətləri təkrarlayaraq, İtaliyadan gələn səyahətçilər üçün müvəqqəti sərhəd yoxlamaları elan etdi. xəbər verir ki, İspaniya Daxili İşlər Nazirliyinin açıqlamasın

11 avqust
.

Bu payız 7 məşhur turizm məkanına getmək məsləhət görülmür: Səbəblər nədir?

Bir tərəfdən, həddindən artıq turizm həmin istiqamətlərə və onların sakinlərinə zərər vurur, adi həyat tərzini pozur və resursları tükəndirir. Digər tərəfdən, turistlərin özləri də izdihamlı məkanlardan və yüksək qiymətlərdən tam zövq ala bilmirlər. Qaynarinfo xəbər verir ki, bununla yanaşı, bəzi məkanları

12 avqust