DİN-dən Lənkəranda 17 yaşlı tələbənin döyülməsinə REAKSİYA
Daxili İşlər Nazirliyi Lənkəran rayonunda 17 yaşlı tələbənin polislər tərəfindən döyülməsi barədə yayılan xəbərlərə aydınlıq gətirib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, mayın 31-də səhər saatlarında Lənkəran ŞRPŞ-nin əməkdaşları şəhər ərazisində xidmət apararkən Sosial və Aqrar-Texnoloji Kollecin qarşısındakı piyada keçidinin üzərində dayanaraq söhbət edən həmin kollecin tələbələri - F.Xinqalov və 17 yaşlı Z.Z.-nin nəqliyyat vasitələri və piyadaların sərbəst hərəkətinə maneə yaratdıqlarını müşahidə ediblər:
"Polis əməkdaşları bununla bağlı həmin şəxslərə irad bildirərək onları nizam-intizama dəvət etdikdə isə onlar polis əməkdaşları ilə mübahisə ediblər. Həmçinin, Z.Z. nümayişkaranə şəkildə polis əməkdaşlarına tabesizlik nümayiş etdirib. Lənkəran ŞRPŞ-yə gətirilən hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsinə əsasən, inzibati protokol tərtib edilib və onlar sərbəst buraxılıblar.
Z.Z.-nin döyülməsi ilə bağlı səsləndirilən iddialara gəldikdə isə bildiririk ki, həmin şəxsə qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq və ya digər qanunsuz hərəkətə yol verilməyib. Həmin iddianın heç bir əsası yoxdur".
Qeyd edək ki, Lənkəranda polislərin 17 yaşlı kollec tələbəsini döyməsi barədə xəbərlər yayılmışdı.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2097 Tarix: 02 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu təmirə bağlanır. -in əldə etdiyi məlumata görə, institutun fəaliyyətinin müvəqqəti olaraq başqa ünvanda davam etdirilməsi ilə bağlı qərar qəbul olunub. Bu məqsədlə Səhiyyə Nazirliyinin balansında olan Mərdəkan və ya Saray qəsəbəsindəki binalardan birinin seçilməs
10 noyabrLökbatanda itlər sakinə hücum etdi - Həmin gün 5-ci hadisə imiş - Video
Qaradağ rayonunun Lökbatan qəsəbəsində sakin bir neçə itin hücumuna məruz qalıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən səhər Qobu Park yaşayış massivində qeydə alınıb. Həmin anın görüntüləri binalardan birinin yuxarı mərtəbəsindən qeydə alıblar. Sakinlərin sözlərinə görə, həmin səhər binaları
11 noyabrPensiyalar bu tarixdə ödəniləcək
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl
9 noyabrDentstom sağlamlıq, yoxsa təhlükə mərkəzi?
İnsan sağlamlığının heçə sayıldığı iddia edilən daha bir klinikadan şikayət var. BTV-yə istinadən xəbər verir ki, Dentstom Sağlamlıq Mərkəzi ilə bağlı redaksiyamıza daxil olan şikayətlər ciddi suallar doğurur. İddialara görə, Sariyev İlqar Xəlil oğlu tibbi sertifikasiya şəhadətnaməsi və hətta müvafi
10 noyabrMusiqi adı altında uşaqlara hansı dəyərlər aşılanır? - PSİXOLOQDAN AÇIQLAMA
Son dövrlər azyaşlı uşaqlar arasında narkotik maddələri, cinayətkar həyat tərzini və həbsxana mühitini təbliğ edən mahnılara maraq diqqət çəkir. Xüsusilə sosial şəbəkələr və musiqi platformaları vasitəsilə yayılan bu cür mahnılar uşaqların gündəlik dinlədiyi musiqilərin bir hissəsinə çevrilir. Mahnıları
11 noyabrAbşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla
9 noyabr