Qazilərin etiraz aksiyası ilə bağlı deputatdan AÇIQLAMA
Bakıda iyun ayının 2-də İkinci Qarabağ müharibəsində yaralanmış hərbçilər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasının qarşısında aksiya keçiriblər. Onlar əlilliyin təyinatı ilə bağlı narazılıq ediblər. Qazilərin bu hala gəlməsinin, aksiya keçirməyə məcbur olmalarının səbəbi nədir?
Mövzuyla bağlı Sonxeber.az-a millət vəkili Ceyhun Məmmədov münasibət bildirib.
O söyləyib ki, bu məsələ geniş şəkildə araşdırılmalıdır:
"Ümumiyyətlə, hesab edirəm ki, bu kimi məsələlərə bütün dövlət qurumları həssas yanaşmalıdır. Hər bir halda, dünən baş verənlər heç də xoşagələn hadisə deyildi. Əgər kimsə hesab edirsə ki, hüquqları pozulub, bu formada hüququnu təmin etməyə çalışması da yolverilməz və qəbuledilməzdir. Bu, məsələdən çıxış yolu deyil. Bir hüquq pozuntusu varsa, bu, əsas vermir ki, başqa kimsə də hüquq pozuntusuna yol versin.
Bizə də tez-tez bununla bağlı müraciətlər edilir. Nəzərə almaq lazımdır ki, bu insanların çoxunun psixoloji durumu yerində deyil və onlarla çox həssas formada işləmək lazımdır. Onların bu baxımdan qəbul edilməsi, nazirliyin rəhbər işçiləri tərəfindən izahat verilməsi də məqsədəuyğun idi. Bəzən qazilər hansısa quruma gedib, hüquqlarını tələb etdikdə onlarla görüşülmür, münasibət bildirilmir. Belə olan hallarda da onlar aqressivləşməyə başlayırlar. Bunun qarşısını almaq üçün işləri elə tənzimləməliyik ki, narazılıq olmasın. Amma bütün hallarda dünən atılan addımlar, şüşənin sındırılması, kobudluq halları yorverilməzdir. Şəhidlik, qazilik müqəddəs bir məqamdır. Çalışmalıyıq ki, belə hallar bir daha yaşanmasın"
Aysel SƏFƏRZADƏ
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Pensiyalar bu tarixdə ödəniləcək
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Qızıl və gümüş bahalaşıb
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı