Aysel Şükür partlayış olan klub sahibi ilə yazışmalarını YAYDI - FOTO
Xəbər verdiyimiz kimi, "Location" klubdakı partlayışda yaralan bloger Aysel Şükürova obyekt sahibi Elşən Səfərovdan şikayət edib.
Lent.az xəbər verir ki, bloger ona vəd edilən xərclərin ödənilməməsi ilə bağlı paylaşım edib. O, xəstəxana xərclərinin ödənilmədiyini bildirib. Bloger bu dəfə E.Səfərovla yazışmasını paylaşıb. O bildirib ki, klub sahibləri əvvəl ondan 15 gün vaxt istəyib, sonra sözlərini tutmayıblar:
"Deməli, evimə qədər gəlib yalvardılar ki, şikayətçi olmayın, ortada Rəsul (obyekti icarəyə götürən şəxs) var, dostunuzdur. Rəsulun adından istifadə edib, şirinlik edib məndən 15 gün vaxt istədilər. O 15 gün, bu 15 gün. Sonra nə telefonumu verdilər, nə də xəstəxana xərclərini qarşıladılar. Elşən və Rəşad...
Halbuki evimə girib, çayımı içib, üzr istəyib, dəymiş ziyanı ödəyəcəklərini dedilər. Mən də Rəsula görə 15 gün vaxt verdim. 15 gündən sonra bizi yenə doladılar. Qanunları çox gözəl bilirəm: yanan insanın nə qədər ala biləcəyini qanunla gözəl bilirəm. Amma Rəsula görə keçdim, dedim, ancaq xəstəxana xərclərini və telefonlarımı qaytarın. Çünki xəstəxana pullarımı ailəm qarşılayır, o pulu qaytarmalıyam. Telefonlarım da orada yanıb, itib, batıb. Amma yenə də oralı olmadılar. Əllərini, qollarını sallaya-sallaya şəhərdə gəzirlər. Mənə dəymiş ziyanı isə heç kim ödəmək istəmir. Gah dedilər, rəhmətə gedənlərin yaslarını qarşılayırlar, gah dedilər onların evlərinə bazarlıq edirlər. 2 ay keçib. Hələ də bunların vecinə deyil".
Qeyd edək ki, partlayış "Location" gecə klubunda aprelin baş verib. Hadisə nəticəsində ümumilikdə 4 nəfər ölüb.



Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Pensiyalar bu tarixdə ödəniləcək
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Qızıl və gümüş bahalaşıb
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı