"Zəhər tuluğu"nun inzibatçısı qrim ustasının ərini bıçaqlayıb - Təfərrüat
"Zəhər tuluğu" filminin çəkilişləri ərəfəsində filmin inzibatçısı qrim ustası olan qadının ərini bıçaqlayıb.
Sonxeber.az "qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə ötən il oktyabrın 18-də baş verib.
Filmin inzibatçısı, 1981-ci il təvəllüdlü Murad Əbilov (bütün adlar şərtidir) çəkiliş qrupunda inzibatçı kimi çalışıb, həmçinin öz avtomobili ilə bir sıra işçiləri çəkilişlərdən sonra evlərinə aparmaqla məşğul olub. Murad film çəkilişləri vaxtı orada qrim ustası kimi çalışan Ruxsarə Bağırova və anası Sevda Cabbarova ilə tanış olub. Həmçinin həmin əməkdaşları müxtəlif vaxtlarda gecə saatlarında evlərinə aparıb düşürüb. Sonuncu dəfə ötən ilin 18 oktyabrında gecə 23:30 radələrində o, Ruxsarə ilə anasını Yasamalda yaşadıqları evə apararkən küçədə Ruxsarənin əri Fuad Bağırovla qarşılaşıb. Fuad ona həyat yoldaşını və qayınanasını maşınında gətirməsinə görə irad bildirərək söyüş söyüb və yumruqla vurub. Fuadın idmançı olmasını görən Murad avtomobilə yaxınlaşaraq orada saxladığı bıçağı götürüb və geri qayıdaraq onun döş qəfəsi nahiyəsinə xəsarət yetirib. Ağır yaralanan Fuad Bağırov xəstəxanaya çatdırılıb və həyatı xilas edilib.
O da məlum olub ki, birgə nikahdan 2 övladları olan Ruxsarə ilə Fuad boşanma ərəfəsində olub. Belə ki, Ruxsarə Bağırova bir müddət əvvəl boşanmaqla bağlı məhkəməyə müraciət edibmiş. Buna səbəb isə ərinin ona qarşı şiddət göstərməsi, bir neçə dəfə iş yerinə - çəkiliş meydançasına gələrəkb dava salması və onu döyməsi olub.
Bakı Ağır Cinayətlər Məhkəməsi F.Bağırovu Yasamal rayonu Şərifzadə küçəsindəki binanın qarşısında bıçaqlayan M.Əbilova 4 il 6 ay müddətinə həbs cəzası verib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Pensiyalar bu tarixdə ödəniləcək
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Qızıl və gümüş bahalaşıb
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı