"Mediada gender bərabərliyi və peşəkarlıq" mövzusunda təlim keçirilib

"Mediada gender bərabərliyi və peşəkarlıq" mövzusunda təlim keçirilibAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə gender bərabərliyi və ayrı-seçkilik mövzularında media nümayəndələrinin peşəkarlığının artırılması məqsədi ilə onlar üçün "Mediada gender bərabərliyi və peşəkarlıq" adlı 2 günlük təlim keçirilib.

Sonxeber.az xəbər verir ki, təlimin açılış mərasimində çıxış edən Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Azərbaycanda gender bərabərliyinin təmin olunması istiqamətində aparılan maarifləndirmə tədbirləri haqqında geniş məlumat verib, həmçinin bu cür seminarların davam etdirilməsinin vacibliyini vurğulayıb.

Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli isə mediada gender məsələləri ilə bağlı jurnalistlərin ixtisaslaşmasının müvafiq mövzunun ətraflı işlənməsi və peşəkar səviyyədə cəmiyyətə təqdim edilməsi baxımından əhəmiyyətini qeyd edib.

Təlimin birinci günündə Türkiyə Respublikası ilə telekörpü yaradılıb, Qadının Statusu Ümumi Müdirliyinin eksperti Vesile Kılıç "Mediada qadın təmsilçiliyi" mövzusunda çıxış edib, iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Həmçinin BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin sədr müavini, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov "Gender bərabərliyi və cinsi ayrı-seçkilik", media eksperti Aynur Bəşirli "Gender stereotipləri" mövzularında təqdimatla çıxış ediblər.

Təlimin ikinci günündə isə Medianın İnkişafı Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova
"Mediada gender anlayışı: yerli və xarici təcrübə" mövzusunda çıxış edib. O, mediada qadın və kişi təmsilçiliyi, işıqlandırılan materiallarda üstünlük təşkil edən mövzular, eləcə də medianın ictimai rəyə təsiri ilə bağlı məlumatları dünya təcrübəsi ilə müqayisəli şəkildə təqdim edib.

Daha sonra Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev "Medianın fəaliyyətində gender bərabərliyinin təminatları haqqında qanunvericiliyin müəyyən etdiyi öhdəliklər və standartlar" mövzusunda çıxış edib. Təlimçi milli qanunvericilikdə gender bərabərliyinin təminatlarından bəhs edib.

Sonda media eksperti Aynur Bəşirli "Mediada gender bərabərliyi" mövzusunda çıxış edib. Ekspert, təqdimatında mediada gender stereotipləri, hazırlanan materiallarda gender balansı ilə bağlı məqamlar haqqında məlumat verib.

İnteraktiv müzakirələrlə keçən təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
"Mediada gender bərabərliyi və peşəkarlıq" mövzusunda təlim keçirilib"Mediada gender bərabərliyi və peşəkarlıq" mövzusunda təlim keçirilib"Mediada gender bərabərliyi və peşəkarlıq" mövzusunda təlim keçirilib"Mediada gender bərabərliyi və peşəkarlıq" mövzusunda təlim keçirilib"Mediada gender bərabərliyi və peşəkarlıq" mövzusunda təlim keçirilib"Mediada gender bərabərliyi və peşəkarlıq" mövzusunda təlim keçirilib"Mediada gender bərabərliyi və peşəkarlıq" mövzusunda təlim keçirilib


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1663   Tarix: 03 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında

8 noyabr
.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

8 noyabr
.

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli Zəfər Günü münasibətilə paylaşım edib

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli 8 Noyabr Zəfər Günü münasibətilə təbrik paylaşımı edib. xəbər verir ki, o, 44 günlük Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi birliyi, qəhrəman gənclərimizin Şuşa qayalarını fəth edərək tarixi dəyişməsini xüsusi vurğulayıb:. "Zəfər günü bizi

8 noyabr
.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Milli birliyin, dövlətçilik iradəsinin və tarixi Qələbənin təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində ən möhtəşəm səhifələrdən biri, milli qürurun, sarsılmaz iradənin və tarixi ədalətin təntənəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Zəfər Günü münasibətilə Xankəndi şəhərindən Azərbayca

9 noyabr
.

Dövlət Bayrağı - Azərbaycanın milli kimliyinin, dövlətçilik ənənələrinin və milli birliyinin rəmzi

9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü xalqımızın milli qürurunu, dövlətçilik tarixini, azadlıq və müstəqillik ideallarını özündə birləşdirən əlamətdar gündür. Bu tarix Azərbaycan xalqının milli özünüdərk prosesinin, müstəqil dövlət qurmaq iradəsinin və tarixi yaddaşının mühüm göstəricisidir

9 noyabr
.

Şuşadan dünyaya ünvanlanan mesajlar: İlham Əliyev və Ərdoğan Azərbaycan-Türkiyə müttəfiqliyinin gələcək hədəflərini açıqladılar

Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatları iki dövlət arasındakı münasibətlərin strateji mahiyyətini, regional siyasətdəki rolunu və gələcək əməkdaşlığın əsas istiqamətlərini bir daha gündəmə gətirdi. Şuşadan verilən mesajlar göstərd

9 noyabr
.

İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı

9 noyabr
.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

8 noyabr
.

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar

9 noyabr