Bu qəbirlərdə ölülər qoşa dəfn olunub
Goranboy rayonu ərazisində yerləşən Muncuqlutəpə nekropolunda arxeoloji qazıntı işləri aparılıb.
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutundan Lent.az-a verilən xəbərə görə, Naftalan-Goranboy arxeoloji ekspedisiyası arxeoloq Müzəffər Hüseynovun rəhbərliyi ilə bu ilin may ayında Goranboy rayonunun Tatarlı kəndi ərazisində yerləşən nekropolda arxeoloji qazıntı işləri aparıb.
Son Tunc - Erkən Dəmir dövrünə aid olan nekropolun ərazisi bir hektardan artıqdır. Abidə 2007-ci ildə M.Hüseynov tərəfindən qeydə alınıb və burada ilkin tədqiqatlardan bu günə qədər fasilələrlə 19 qəbir öyrənilib. Əsasən düzbucaqlı və oval formalarda qazılmış qəbirlərdə skeletlər sağ və sol yanı üstə, bükülü və yarımbükülü vəziyyətdə aşkar edilib.
Bu il nekropolda Xocalı-Gədəbəy mədəniyyətinə aid 6 qəbir qazılaraq tədqiq olunub. Diqqəti çəkən məqamlardan biri bəzi qəbirlərdə qoşa dəfnin həyata keçirilməsidir. Tədqiq edilən 19 qəbirdən 2-də qoşa dəfn həyata keçirilib. Qəbirlərdən birində qadın və kişi skeleti, digərində isə təxminən 40-45 yaşlarında qadın və 14-15 yaşlarında uşaq (qadın) skeleti aşkar edilib. Ehtimal ki, birinci qəbir kişi və onun xanımına, ikinci qoşa dəfn isə qadın və onun yeniyetmə qızına aid olub. Qəbirlərdən zəngin maddi-mədəniyyət nümunələri - saxsı qablar, tunc və dəmirdən hazırlanmış xəncərlər, bıçaqlar, müxtəlif minerallardan hazırlanmış bəzək əşyaları aşkar edilib. Nekropolda skeletlərin yaxşı vəziyyətdə qalması onlar üzərində antropoloji analizlərin aparılmasını asanlaşdırır. Arxeoloji materialların müqayisəli təhlilinə əsasən qəbirlər e.ə. IX-VIII əsrlərə aid edilir. Nekropolda arxeoloji tədqiqatların davam etdirilməsi planlaşdırılır.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Pensiyalar bu tarixdə ödəniləcək
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Qızıl və gümüş bahalaşıb
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı