Türkanda 14 yaşında uşaq doğan qızı qardaşı döydü, məhkəməlik oldu
Xəzər rayonu Türkan qəsəbəsində film kimi olay yaşanıb. İki il əvvəl 14 yaşlı qız 28 yaşlı qəsəbə sakini ilə qeyri-rəsmi nikaha girib. O, 15 yaşında ana olub və övladını 3 saylı Şəhər Klinik Xəstəxanasında (Sabunçu) dünyaya gətirib. Hazırda 16 yaşında olan Rəna Quliyeva (ad, soyad şərtidir) bir yaşlı körpəsi ilə anasının evində yaşayır.
Məlumatı Bizim.Media-ya Türkan qəsəbə sakini Səbinə Mürsəlova verib.
Bildirdiyinə görə, bir yaşında körpəsi olmasına baxmayaraq Rəna Quliyeva qəsəbədə yüngül həyat tərzi keçirir. Buna görə qeyri-rəsmi nikaha girdiyi Yalçın Rəna Quliyevanı ata evinə göndərib:
"Rəna Quliyeva yeznəmin bacısıdır. Türkan qəsəbəsində 6 saylı internat məktəbində oxuyurdu. 14 yaşında olanda qəsəbə sakini Yalçına qaçdı. Yeznəm Vüsal Nəcəfov təsadüfən kişilərlə söhbətdə bacısının yüngül həyat tərzi keçirməsindən xəbər tutub və anasının evinə gedərək qızı döyüb. Ciddi xəsarətlər yetirməyib. Sadəcə bacısı haqda eşitdiyi xoşagəlməz söhbətlərdən təngə gəldiyi üçün çıxış yolunu onu döyməkdə görüb. Döyülən Rəna Quliyeva anası ilə birgə yeznəm barəsində Xəzər Rayon Polis Bölməsinə şikayət ediblər. Polis Bölməsində ifadəsi alınandan sonra buraxılıb. Amma şikayət olduğu üçün haqqında cinayət işi qaldırılacaq. Əslində, yeznəm deyil, 14 yaşında ailə quran və 15 yaşında ana olan Rəna Quliyeva cinayət məsuliyyətinə cəlb olunmalıdır. Bacımın himayəsində üç azyaşlı övladı var və çətin durumda yaşayırlar. Yeznəm niyə həbs olunmalıdır ki?"
Səbinə Mürsəlovanın sözlərinə görə, Rəna Quliyevanın anası azyaşlı qızının əxlaqsızlıq etməsinə göz yumur. Daha doğrusu, özü şərait yaradır:
"Öz oğlundan polisə şikayət edən ana deyir ki, qızım azad yaşamalıdır. Onun yüngül həyat tərzi keçirməsindən narahat deyil. Onu da deyim ki, Rəna Quliyevanın atası çoxdan dünyasını dəyişib".
Bacısının və yeznəsinin həyatı üçün narahat olduğunu vurğulayan Səbinə Mürsəlova aidiyyəti qurumların azyaşlı qızın ailə qurması və ana olması məsələsinə indiyədək reaksiya verilməməsindən gileylənib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məsələnin araşdırılacağını bildirib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Pensiyalar bu tarixdə ödəniləcək
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Qızıl və gümüş bahalaşıb
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı