Uşaq vaxtı ağır xəstəliyə tutuldu, həkimlər ana olmağı qadağan elədi, övladını dünyaya gətirəndə öldü

Uşaq vaxtı ağır xəstəliyə tutuldu, həkimlər ana olmağı qadağan elədi, övladını dünyaya gətirəndə öldüSonxeber.az Kulis.az-a istinadən mərhum müğənni Xeyransa Məmmədovanın həyatına dair 10 maraqlı faktı təqdim edir.

Xeyransa Məmmədova 1966-cı ilin 26 noyabrında kasıb bir ailənin 9-cu övladı olaraq dünyaya gəlib.

***

Uşaq vaxtı həyətlərində oynayanda qəfil üstünə it cumur. Xeyransa keçirtdiyi qorxunun təsirindən şəkər xəstəliyinə tutulur.

İlk dəfə böyük səhnəyə 1980-ci ildə, 14 yaşında çıxıb. Lenin sarayında (indiki Heydər Əliyev Sarayı - red.) rəsmi tədbirdə Cahangir Cahangirovun "Ana Kür" mahnısını ifa edir. Tədbirdən sonra Heydər Əliyev səhnə arxasına keçərək balaca qızcığazın kimliyi ilə maraqlanır, xəstəliyini biləndən sonra müalicəsinə göstəriş verir. Bu hadisə Xeyransaya daha da məşhurluq gətirir.

***

Xeyransa Məmmədova dörd il dalbadal "Oxu tar..." müsabiqəsinin, məktəblilərin Zaqafqaziya festivalının laureatı olub.

O, "Ana Kür" mahnısını ifa edəndən sonra hər dəfə o qədər alqışlanırdı ki, hətta Xalq artistləri onu qısqanırdı.

***

Maestro Niyazi onu övladlığa götürmək istəyib. Xeyransa Məmmədova maestronun təklifinə bu cür cavab verib: "Mən sizi çox sevirəm, amma evimiz üçün darıxaram axı".

Boş vaxtlarında pianoda, qarmonda, nağarada müxtəlif mahnıların oynaq ritmlərini çalmağı xoşlayırdı.
O, "Azkonsert"də sürücü işləyən gənclə ailə həyatı qurmuşdu. Onların övladları olmamışdı. Həkimlər Xeyransa Məmmədovaya övlad dünyaya gətirməsinə qətiyyən icazə vermirdilər.

Son müsahibəsində Xeyransa xanım deyir:

"Görəsən, qorxulu yuxularıma nə vaxt son qoyulacaq. Elə hey şirin yuxu görmək istəyirəm. Ancaq qorxulu, dəhşətli yuxular görürəm... Çox yox, kaş 50 il yaşayaydım, planlarımı həyata keçirə biləydim. İstəyirəm ki, əvvəli xoşbəxtlik, uğur olan sənət addımım bədbəxt sonluqla bitməsin".

***

Həkimlərin qadağalarına rəğmən beş dəfə hamilə qalan müğənni hamiləliyini sonlandıra bilmir. Uşaqlar tələf olur. 1995-ci ildə 5-ci dəfə övlad dünyaya gətirən Xeyransa Məmmədova doğuş zamanı dünyasını dəyişir.


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 2465   Tarix: 05 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Səbinə İskəndər - akvarel sənətinin inkişafına töhfə verən peşəkar rəssam və kurator

Səbinə İskəndər yerli və beynəlxalq bədii sərgilərin təşkili sahəsində zəngin təcrübəyə malik peşəkar rəssam və kuratordur. O, həm Azərbaycanda, həm də xarici ölkələrdə sərgilənən əsərləri, yaradıcı axtarışları və özünəməxsus bədii üslubu ilə seçilir. xəbər verir ki, akvarel sənətinə xüsusi bağlılığ

17 iyun
.

AMEA prezidenti: "Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatında yeni mərhələ yaradıb"

"Nəriman Həsənzadə sovet ideologiyasının buxovlarını yumşaldaraq Azərbaycan ədəbiyyatını real həyata yaxınlaşdıran sənətkarlardan biri idi". xəbər verir ki, bu fikirləri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Xalq şairi Nəriman Həsənzadənin vida mərasimində çıxışı zamanı səsləndirib

2 avqust
.

1700 illik nadir "Odisseya" parçası tapıldı

Niderlandda qədim əlyazmaları araşdıran tədqiqatçı kitabxana kolleksiyasındakı kitabların birinin arasında Homerin "Odisseya" əsərindən təxminən 1700 il əvvələ aid nadir fraqment aşkar edib. "Qafqazinfo" xəbər verir ki, Radboud Universitetindən yunan dili üzrə mütəxəssis doktor Mar

18 sentyabr
.

Mehriban Zəkidən Fəxrəddin Manafovla bağlı paylaşım

Xalq artisti Mehriban Zəki həmkarı, Xalq artisti Fəxrəddin Manafovun ad gününü təbrik edib. Axşam.az xəbər verir ki, aktrisa sosial şəbəkədə birlikdə çəkildikləri fotonu paylaşaraq aktyora xoş arzularını ünvanlayıb. "Tərəf müqabilim, müəllimim, dostum. 100 yaşa. Sağlam yaşa. Doğum günün mübarək"

3 avqust
.

Xanəndənin ürəyində 4 damar dəyişdirildi

Əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikov əməliyyat olunub. Bu barədə "Qafqazinfo"ya onun oğlu, xanəndə Hüseyn Məlikov məlumat verib. O bildirib ki, atası açıq ürək əməliyyatı keçirib və hazırda vəziyyəti qənaətbəxşdir: "Şükürlər olsun, hazırda səhhəti yaxşıdır. İyulun 31-də əməliyya

3 avqust
.

Fəxrəddin Manafov: 48 il birlikdə yaşadıq, mənə qadının necə olduğunu öyrətdi

Xalq artisti Fəxrəddin Manafov mərhum həyat yoldaşı Vahidə Sadıqovadan danışıb. Axşam.az xəbər verir ki, aktyor bu barədə AzTV-də yayımlanan, Mehriban Ələkbərzadənin aparıcısı olduğu verilişdə söz açıb. F.Manafov bildirib ki, 48 il birlikdə yaşadığı həyat yoldaşı ona qadını anlamağı öyrədib:. "4

4 avqust
.

Nazir müavini: Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olub

Xalq şairi Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olub. "Report" xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimində çıxışı zamanı deyib. O bildirib ki, N. Həsənzadə böyük söz ustası kimi bütün yaradıcılığ

2 avqust
.

Pikassonun tablosu 1,7 milyon dollara satıldı

İspan rəssam Pablo Pikassonun fotoqraf Dora Maarın portreti Londonda keçirilən hərracda 1,7 milyon dollara satılıb. -a istinadən xəbər verir ki, hərracı "Sotheby's" təşkil edib. 1936-cı ildə çəkilən əsərin ilkin qiyməti 600-800 min funt sterlinq qiymətləndirilsə də, yekunda 1,3 milyo

26 iyun
.

Şarovski II Fəxri xiyabanda dəfn olunacaq

Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi bu gün saat 14:30-da Rus Dram Teatrında keçiriləcək. xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Dəfn mərasimi isə İkinci Fəxri xiyabanda baş tutacaq. Qeyd edək ki, 78 yaşlı A.Şarovski bu gün vəfat edib

9 sentyabr