Bu şəxslərə pulsuz dərmanlar veriləcək
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliy tərəfindən yaradılmış müvafiq komissiyanın fəaliyyəti çərçivəsində cari ilin aprel-may ayları ərzində 40 nəfər hepatit B və C xəstəsi müalicəyə cəlb olunub və ödənişsiz dərman preparatları ilə təmin edilib.
Agentlikdən BAKU.WS-ə verilən xəbərə görə, təchiz edilən dərman preparatları "B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiya"nın qərarına əsasən və müasir kliniki protokollara uyğun olaraq təyin olunur.
Qeyd edək ki, hepatit B virusunun müalicəsi üçün pasiyentlərə "Tenofovir", hepatit C virusuna qarşı üçün isə "Sofosbuvir" və "Daklatasvir" dərman preparatları verilir.
Kliniki Tibbi Mərkəzdə fəaliyyət göstərən Komissiya tərəfindən bu ilin aprel-may ayları müddətində ümumilikdə 83 vətəndaş qəbul edilib.
Onlardan 40 nəfərin müalicəyə cəlb olunmasına dair qərar qəbul olunub və həmin şəxslər dərman preparatları ilə təmin ediliblər. 30 nəfər müvafiq müayinələrə göndərilib və müayinə nəticələri əsasında onlara müalicənin təyin olunub-olunmaması barədə qərar veriləcək. 9 nəfərə hazırda müalicəyə ehtiyac olmadığı bildirilib və onlara həkim müşahidəsi altında qalmaları tövsiyə olunub. 4 nəfərin isə xəstəlikdən sağaldığı aşkarlanıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1758 Tarix: 06 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında
8 noyabrNaxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
8 noyabrİmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabrŞuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
8 noyabrAzərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar
9 noyabr