Türkiyə daha bir uğura imza atır

Türkiyə daha bir uğura imza atırQardaş ölkə külək enerjisi istehsalçısına çevrilir. Hamburqda keçiriləcək külək enerjisi konqresində tədarük zəncirinin Türkiyəyə daşınması üçün əsas istehsalçılarla görüşlər olacaq. Qərbin nəhəng şirkətləri də Türkiyəyə köçməyə maraq göstərirlər.

Türkiyə uğurlu daxili və xarici siyasət nəticəsində qlobal enerji-kommunikasiya layihələrinə imza atmaqda davam edir. Bununla da tək bölgədə deyil, dünyada da söz sahibinə çevrilir. Ən önəmlisi odur ki, bu layihələrlə təkcə Türkiyənin deyil, Azərbaycanın, Gürcüstanın və digər ölkələrin enerji təhlükəsizliyinə təminat verir, enerji sahəsində əməkdaşlığı davamlı prosesə çevirir. Adi bir misal: indiyə qədər Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Türkiyə və dünya bazarlarına yüz milyonlarla tondan çox nefti nəql edilib. Eləcə də, qaz kəmərləri ilə Türkiyəyə milyardlarla kubmetr təbii qaz nəql olunub. Birgə enerji layihələri ölkəni dünya üçün əhəmiyyətli enerji mərkəzinə çevirir.

Mövzu ilə bağlı "Kaspi" qəzetinin yazısını təqdim edirik:

Asılı dövlətdən ixracatçı dövlətə doğru

Qardaş ölkə tək bunlarla kifayətlənmir. Energetika sektorunda planlaşdırılan bir çox layihələr var. O cümlədən bərpa olunan enerji sahəsində əməkdaşlıq ölkənin prioritet sahəsinə çevrilib. Artıq Türkiyə külək enerjisi sektorunda 65 faiz yerli istehsal nisbəti ilə dünyada enerji texnologiyalarının lokallaşdırılması üzrə ilk sıralarda yer alır. Bütün bunlar da onu deməyə əsas verir ki, Türkiyə ciddi nailiyyətə imza atır. Türkiyə enerji sahəsində illər uzunu yaşadığı çətinlikləri aradan qaldırmaq iqtidarındadır və asılı dövlətdən ixracatçı dövlətə çevrilə bilər. Dünyanın ən müasir texnologiyalarını mənimsəyib praktikada uğurla tətbiq etmək Ankaranın prioritet siyasətinə çevrilib.

23 il əvvəl İzmirdə atılan ilk addım

Ölkədə külək enerjisində ilk addım 23 il əvvəl İzmirdə atılıb. İndi isə Türkiyədə bu sahə üzrə yerli və xarici olmaqla, ümumilikdə 231 şirkət fəaliyyət göstərir. Aparılan uğurlu siyasətin nəticəsidir ki, Türkiyənin elektrik enerjisinin təxminən 10 faizi külək enerjisi ilə qarşılanır. Ötən il küləyin gündəlik elektrik enerji istehsalındakı payı 20 faizi ötüb ki, bununla da yeni rekorda imza atılıb. "Wind Europe" İdarə Heyətinin sədri Cals Dikson bildirib ki, Türkiyə illər ərzində külək enerjisi sektorunun inkişafı üçün qanunu tənzimləyir və çərçivəni diqqətlə hazırlayır: "Biz Türkiyənin quruda külək enerjisi sahəsində səylərinin çox uğurlu olduğunu görürük. Türkiyə maraqlı və böyüyən bir bazar olmağa davam edir. Düşünürəm ki, ölkənin gücü quruda və dənizdəki elektrik stansiyalarında da eyni uğura nail olacaq (???)".
Ətraflı

Qərb şirkətləri Türkiyəyə köçə bilər

Türkiyədə bərpa olunan enerji mənbələri arasında külək enerjisinin ən yaxşı inkişaf etdiyini deyən Türkiyə Külək Enerjisi Dərnəyinin (TÜREB) rəhbəri İbrahim Erden "Sabah" qəzetinə müsahibəsində maraqlı bir məsələyə toxunub. Onun sözlərinə görə, pandemiya səbəbindən Çində (dünyada külək istehsalına görə birinci, sonrakı yerdə ABŞ və Almaniya gəlir) elektrik təchizatı zəncirləri pozulub. Bu səbəbdən də Qərbin lider şirkətləri Türkiyəyə köçə bilər. Erden qeyd edib ki, bir çox böyük külək enerjisi şirkətləri tədarük zəncirlərini diversifikasiya etmək və bu dövrdə yaranan riskləri minimuma endirmək istəyir. O bildirib ki, Türkiyə külək enerjisi sahəsində böhranı aradan qaldırmaq üçün plan hazırlayıb və bunun iki əsas məqsədi var: külək enerjisi istehsalının imkanlarını artırmaq və onu daha da genişləndirmək.

1,5 milyard avroluq dövriyyə hədəfi

TÜREB rəhbərinin sözlərinə görə, Türkiyə təşkilatçılıq niyyəti ilə çıxış edib. Xarici ölkələrin müvafiq nazirlikləri, əlaqədar qurum və təşkilatlar üçün İzmirin qərb vilayətindəki sənaye obyektlərinə texniki səfər təşkil etmək planlaşdırılır: "Hamburqda keçiriləcək külək enerjisi konqresində iştirak edəcəyik. Orada tədarük zəncirinin Türkiyəyə daşınması üçün əsas komponent istehsalçıları ilə görüşlər keçirəcəyik". İlin sonunda isə Türkiyənin külək enerjisini tanıtmaq üçün konqres keçiriləcək. "İnanıram ki, 2022-ci ilin sonuna kimi külək enerjisi sahəsində 85 faizi ixrac yönümlü olmaqla 1,5 milyard avrodan çox dövriyyəyə nail olacağıq", - deyə Erden bildirib. Əlavə edib ki, "Nordex", "Vestas" və "Enercon" kimi nəhənglər artıq hasilatı Türkiyəyə köçürməyi düşünür. "Onlar bu fikirləri bizimlə bölüşdülər. Türkiyə külək enerjisinin etibarlı təchizatçısına çevrilir. Bərpa olunan enerji mənbələri arasında külək enerjisi Türkiyədə yaxşı inkişaf edir", - deyə o bildirib.

Azərbaycanın da şansı artır

Yeri gəlmişkən, Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik ölkələrdəndir. Belə ki, ölkəmizdə iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpa olunan enerji mənbələrinin potensialı yüksək qiymətləndirilir. Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir. Məsələn, artıq işğaldan azad edilmiş ərazilərində "Yaşıl Enerji Zonası"nın yaradılması ilə bağlı tədbirlər haqqında" sərəncam var. Təhlillər göstərir ki, bu ərazilərdə külək enerjisi potensialı 2000 MVt ətrafındadır. İşğaldan azad edilmiş ərazilərdə geotermal enerji mənbələrinin olmasına dair əvvəlki illərdə müvafiq elmi araşdırmalar da aparılıb./milli.az


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1107   Tarix: 06 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Serbiya Maliyyə Nazirliyi: Rusiyanın NIS-dəki payı Macarıstanın MOL şirkətinə satılacaq

ABŞ sanksiyaları altında olan Rusiya-Serbiya şirkəti "Serbiya Neft Sənayesi"nin (NIS) səhmlərinin nəzarət zərfinin Macarıstanın neft-qaz şirkəti MOL-a satılması haqqında müqavilə imzalanıb. "Report" xəbər verir ki, bu barədə Serbiyanın Baş nazirinin birinci müavini və maliyyə nazir

21 oktyabr
.

Türkiyədə mədəndə partlayış - ölən və yaralılar var

Türkiyənin Zonquldağ vilayətində yerləşən mədənlərin birində partlayış başç verib. Bu barədə "Haber 7" məlumat yayıb. Məlumata görə, bədbəxt hadisə Zonquldaq vilayətinin Kilimli rayonuna bağlı Gelik qəsəbəsində yerləşən özəl mədən ocağında metan qazının sızması nəticəsində baş verib. Hadis

23 oktyabr
.

Paşinyan növbədənkənar seçkiləri istisna etmir

Ermənistanın Baş naziri Nikol Paşinyan yeni Konstitusiyanın qəbul edilməsi ilə bağlı növbədənkənar seçkilərin keçirilməsi ehtimalını istisna etməyib. "Qafqazinfo" "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, Paşinyan bu barədə hökumətin iclasında danışıb. Onun sözlərinə görə, yaxı

22 oktyabr
.

ABŞ-İran münaqişəsi 2027-ci ilin əvvəlinə qədər səngiyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) ABŞ ilə İran arasındakı müharibənin 2027-ci ilin əvvəlinə qədər səngiyəcəyini və enerji ticarətinin il ərzində tənzimlənəcəyini təxmin edir. xəbər verir ki, bu barədə BVF-nin Yaxın Şərq və Mərkəzi Asiyada iqtisadi inkişaf perspektivləri ilə bağlı müntəzəm hesabatında deyilir

22 oktyabr
.

ABŞ-da ilginc yatırım: Klonlaşdırılmış itlər ordusu yaradılır

ABŞ-da ordu üçün xidməti itləri klonlaşdırmaq və genetik modifikasiya etmək üçün startap yaradılır. Bizim.Media xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb. Startap proqram təminatı sahibkar Ben Lammın köməyi ilə yaradılır. İmzalanmış müqaviləyə əsasən startap ölkə daxilind

23 oktyabr
.

Ağ Evdən İrana hücumla bağlı açıqlama: ABŞ seçkilərə qədər zərbə endirməyəcək

Ağ Ev ABŞ-ın noyabr ayında keçiriləcək aralıq seçkilərindən əvvəl İrana hücum etməyəcəyini açıqlayıb. Bəyanat regionda mümkün yeni hərbi əməliyyatlarla bağlı müzakirələrin intensivləşdiyi bir vaxtda verilib. Associated Press-ə istinadən xəbər verir ki, Ağ Evin sözçüsünün müavini Anna Kelli İsrailin Ba

22 oktyabr
.

NATO Ukraynaya daha sürətli və daha ucuz silahlar almağa imkan verəcək

NATO Ukraynaya mərkəzləşdirilmiş tədarük agentliyi vasitəsilə silah, sursat və hərbi texnika almağa icazə verəcək. xəbər verir ki, bu, Kiyevə müdafiə avadanlıqlarını daha sürətli və daha əlverişli şərtlərlə əldə etməyə imkan verəcək. Ukrayna NATO Təchizat və Satınalma Agentliyi (NSPA) ilə əməkdaşlığ

22 oktyabr
.

BBC: "Qərb diplomatları Rusiyada daimi nəzarət və qorxu şəraitindən danışır"

Qərb diplomatları Rusiyada işləməyin getdikcə çətinləşdiyini, təhlükəsizlik tədbirlərinin və izlənilmə qorxusunun gündəlik həyatlarına təsir etdiyini bildiriblər. BBC-yə istinadən xəbər verir ki, onların təsvir etdiyi şərait Soyuq müharibə dövründəki diplomatik mühitlə müqayisə olunur. Mövzu Rusiya il

23 oktyabr
.

İran Fars körfəzində dörd gəmiyə hücum etdi

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) donanması Fars körfəzinin şimalında dörd gəmini vurduğunu bildirib. xəbər verir ki, məlumatda deyilir ki, "Fars körfəzinin şimalında dörd gəmi vurulub və yanğın baş verib". "İİKK Hərbi Dəniz Qüvvələri xəbərdarlıq edib ki, əgər Vaşinqto

22 oktyabr