Gənc müğənni sevgilisini şantaj etdiyi üçün həbs edildi
Gənc müğənni Amid Səda həbs edilib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, müğənni sevgilisinə hədə-qorxu gələrək ondan 1500 manat pul və 700 manat dəyərində mobil telefonunu aldığına görə barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə iş açılıb.
Araşdırmalar zamanı məlum olub ki, Ağcabədi rayon sakini olan 2002-ci il təvəllüdlü Amid Səda bir müddət əvvəl "TikTok" sosial şəbəkəsində Lalə (şərti adlı) adlı qızla tanış olub və onların arasında sevgi münasibəti yaranıb. Onlar müxtəlif yerlərdə görüşüblər. Ötən ilin sonlarında isə Amid Laləni şantaj edərək onun intim görüntülərini sosial şəbəkələrdə yayacağını bildirib və 2 min manat tələb edib. Qohumları və tanışları arasında rüsvay olacağını düşünən gənc qız keçmiş sevgilisinin hədələrinin real olduğunu düşünərək Abşeron rayonu Mehdiabad qəsəbəsi Gənclər şəhərciyində onunla görüşərək 1500 manat pul və 700 manat dəyəri olan "Samsung" markalı mobil telefonunu ona verib.
Abşeron Rayon Polis İdarəsində açılmış cinayət işinin materialları rayon məhkəməsinə göndərilib. Məhkəmədə Amid Səda törətdiyi əmələ görə özünü təqsirli bildiyini, peşman olduğunu deyib. Qız isə artıq Amidin dəymiş ziyanı ödədiyini deyərək ondan şikayətçi olmadığını deyib.
Abşeron Rayon Məhkəməsinin 3 İyun 2022-ci il tarixli hökmü ilə Amid Sədaya 3 il müddətinə həbs cəzası verilib.
Qeyd edək ki, Amid Səda gənc müğənni kimi populyarlıq qazanıb, onun yutub platformasında yerləşdirdiyi mahnı və kliplərinə yüz minlərlə baxış gəlib.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 2695 Tarix: 07 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ülviyyə İlyasova fəhləyə borclu qalıb?
"NovaMed" klinikasında usta kimi çalışmışam, amma ödənişə gəldikdə 1020 manat pulumu kəsdilər". Bu barədə "Qafqazinfo"ya adının çəkilməsini istəməyən vətəndaş müraciət edib. Tibb ocağında boya işləri gördüyünü deyən şikayətçinin sözlərinə görə, kosmetoloq Ülviyyə İlyasova barəsind
7 avqustŞərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına - 13 il həbs
"Progress-2016" MTK-nın rəhbəri Emil Səməndərovun məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm elan edilib. Şirkət rəhbərinə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəs
3 sentyabrProkurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi
Ağdaşda yerləşən "Səma" şadlıq sarayında 1996-cı il təvəllüdlü İlkin İsgəndərlini qətlə yetirən Qadir Məmmədova verilən cəza narazılığa səbəb olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, dövlət ittihamçısı Şəki Ağır Cinayətlər Məhkəməsinin 1970-ci il təvəllüdlü Q.Məmmədovun 10 i
15 sentyabr"Milyonçu qardaşlar"ın sərvəti özlərinə qaldı - Hökm oxundu
Polisin 2024-cü ildə kibercinayətkarlığa qarşı keçirdiyi genişmiqyaslı əməliyyatla həbs edilən dəstə üzvlərinin məhkəməsi maraqlı hökmlə başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxslərin hamısına qanunda nəzərdə tutulmuş ən aşağ
22 sentyabrƏrindən borc istəyən qadın döyülüb
Biləsuvarda ərindən borc pul istəyən qadın döyülüb. -a istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhərindəki mənzillərdən birində işləyib. Rayon sakini - 1989-cu il təvəllüdlü Orxan Səfərov (ad şərtidir) 2016-cı ildə ailə həyatı qurub və bu nikahdan bir övladları dünyaya gəlib. Bir neçə gün əvvəl O.Səfəro
3 sentyabrAzərbaycanlı tanınmış iş adamına cinayət işi açıldı
Tanınmış iş adamı, "Mayak Cargo Transportation" şirkətinin rəhbəri Saleh Ağayevə cinayət işi açılıb. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, biznesmenə qarşı Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə ittiham irəli sürülüb. Məlumata görə, Saleh Ağayev Masallıda baş verən davanın iştirakçıs
14 sentyabrBakıda kişi sevgilisini aldadıb 235 min manat aldı - Dubaya qaçdı
Bakıda sevgi münasibətində olduğu qadına qarşı dələduzluq etmiş şəxs cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, paytaxtın mərkəzində "makler"lik və evlərin təmiri fəaliyyəti ilə məşğul olan 1986-cı il təvəllüdlü R.Həsənova (şərti) Cinayət Məcəlləsinin 178.3.2-c
26 avqustLeyla Əhmədova həbs olundu
Tanınmış modelyer Leyla Əhmədova həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Əhmədova Leyla Saday qızı külli miqdarda dələduzluqda ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Leyla Əhmədova barəsində Xəta
8 sentyabrBacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi
Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, yetkinlik yaşına çatmayan şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsi üzrə təqsirli bilinib. Məlum olub ki, F.Poladov bacıs
7 sentyabr