"Bu gün diaspor nümayəndələrimizin qarşısında daha böyük vəzifələr dayanır" - Deputat
İstiqamət: Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi
Azərbaycanda diaspor quruculuğu, lobbiçilik, dünya azərbaycanlılarının həmrəyliyi istiqamətində hansı işlər görülür?
Mövzu ilə bağl Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib ki, bu gün diasporumuz daha çox təşkilatlanıb və Azərbaycanın maraqlarını dünyada müdafiə edən lobbiçilik fəaliyyətini ortaya qoya bilib:
"Əlbəttə, bu, yetərli deyil. Bu gün diaspor nümayəndələrimizin qarşısında daha böyük vəzifələr dayanır. Bilirsiniz ki, cənab Prezident İlham Əliyev Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında bu vəzifələr haqqında öz çıxışında danışıb. Hazırda bir çox ölkələrdə azərbaycanlılar yaşamaqdadır. Bu, təbii haldır. Amma dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir xalq öz milli kimliyini, dilini və doğma Vətənini unutmamalıdır".
Deputat vurğulayıb ki, son 4 il ərzində Azərbaycan diasporu çox mühüm layihələrə imza atıb:
"Azərbaycan diasporunun gündən-günə inkşaf etməsi hər birimizi sevindirir. Çünki biz başa düşdük ki, güc birlikdədir. Baxmayaraq ki, erməni diasporu uzun illərdir fəaliyyət göstərir, buna qarşı olaraq, haqq səsimizi dünyaya çatdırmaq üçün bizim xaricdə yaşayan soydaşlarımız fəal işlər gördülər. Əsasən də Tovuz döyüşlərində və 44 günlük Vətən müharibəsində biz birliyimizi bir daha dünyaya göstərdik. Ermənilərin daha sıx məskunlaşdığı ən nüfuzlu ölkələrdə belə mitinqlər keçirib, parlament səviyyəsində müraciətlər edildi. Artıq ermənilər də yaxşı anlayırlar ki, bu gün reallıq dəyişib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın Müzəffər Ordusu 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazanaraq gücümüzü nəinki düşmənə, bütün dünyaya sübut etdi. Təbii ki, bu qələbəni şərtləndirən çox vacib amil birliyimiz və həmrəyliyimiz oldu".
Deputat vurğulayıb ki, bu gün diasporumuzun fəaliyyətinin ikinci ən mühüm istiqamətlərindən biri onun qardaş ölkələrin diasporu ilə koordinasiyalı fəaliyyət göstərməsidir:
"Düşünürəm ki, qardaş Türkiyə və Azərbaycan diasporlarının birgə fəaliyyəti sevindiricidir. Şübhəsiz ki, Diasporla İş üzrə Dövlət Komitəsinin gördüyü işlər yüksək qiymətləndirilməlidir. Ən önəmlisi isə odur ki, diasporumuz yaxşı təşkilatlanmasa, qarşıda duran çağırışlarla da ayaqlaşa bilməz. Ona görə düşünürəm ki, Azərbaycanın dünyada tanıdılması, səsinin eşidilməsi bundan sonrakı mərhələdə də milli vəzifə kimi diasporumuz tərəfindən davam etdirilməlidir".
Material Azərbaycan Respublikasının
Medianın İnkişafı Agentliyinin maliyyə
dəstəyi ilə hazırlanmışdır.
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR