Ərdoğan: "Yunanıstanda ABŞ-ın 9 bazası yaradılır. Bunu kimə qarşı edirlər?"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəyə rəsmi səfərə gələn venesuelalı həmkarı Nikolas Maduro ilə birgə mətbuat konfransında maraqlı açıqlamalar verib.
O, Yuynanıstan və Fransa ilə yaşanan gərginlikləri xatırladaraq, İsveç və Finlandiyanın təşkilata üzv olmasını məhz bu səbəbdən istəmədiklərini bildirib.
"Bildiyiniz kimi, İsveç PKK/PYD/YPG kimi terror təşkilatlarının tüğyan etdiyi bir ölkədir. Nə qədər ki, onlar terror təşkilatı liderlərinin plakatları ilə nümayişlər keçirirlər və nə qədər ki, terrorçuların nitqləri İsveç dövlət televiziyasında yayımlanır, biz onlara "NATO-ya girin" deyə bilmərik. Eyni şey Finlandiyaya da aiddir", -deyə dövlət başçısı bildirib.
Ərdoğan Yunannıstandakı ABŞ bazalarının Rusiyaya qarşı qurulduğuna inanmadığını da vurğulayıb.
"NATO nöqtəsində biz keçmişdə Yunanıstanla yaşadıqlarımızı, Fransa ilə yaşadıqlarımızı indi bunlarla yaşamaq istəmirik. Yunanıstana bizim sələflərimiz yol verdilər, Fransaya da... Yunanıstanda ABŞ-ın 9 bazası yaradılır. Bunu kimə qarşı edirlər? Rusiyaya qarşı deyirlər... Bağışlayın, amma buna heç kim inanmır", -deyə Türkiyə prezidenti qeyd edib./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1232 Tarix: 08 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Serj Sarqsyanın partiyası seçkidə iştirak edəcək?
Serj Sarqsyan Ermənistan Respublikaçı Partiyasının 18-ci qurultayından əvvəl iyunun 7-nə təyin olunan parlament seçkisində iştirak etməyəcəyini təsdiqləyib. -ın xəbərinə görə, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb. Bildirilib ki, keçmiş prezident partiyasının kimi dəstəkləyəcəyini qurulta
4 aprel54 ildən sonra aya ilk uçuş gerçəkləşdi
ABŞ-ın Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı üzrə Milli İdarəsinin (NASA) dörd astronavtını daşıyan insanlı "Orion" kosmik gəmisi ilə "Space Launch System" (SLS) raket daşıyıcı Aya uçub. "Report"un məlumatına görə, yarım əsrdən çox müddətdə Yer kürəsinin təbii peykin
2 aprelRusiyada zavodda partlayış - 3 ölü, 58 yaralı - Yenilənib
Rusiyanın Nijnekamsk şəhərində "Nijnekamskneftexim" zavodunda partlayış və ardınca yanğın baş verib. "Qafqazinfo" "Kommersant"a istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər həlak olub, daha 50 nəfər isə yaralanıb. Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır
31 martPapoyan: Azərbaycan üzərindən Ermənistana mal tədarükü müntəzəm hal alır
Ermənistana Azərbaycan mənşəli bəzi mallar, o cümlədən benzin və dizel yanacağı daxil olur, eləcə də Azərbaycan ərazisindən müntəzəm olaraq yüklərin tranziti həyata keçirilir. "Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat naziri Gevorq Papoyan bildirib
4 aprel30 illik sevgilisindən ayrılan Paşinyandan yeni paylaşım - VİDEO
Ermənistanın Baş naziri Nikol Paşinyan şəxsi həyatı ilə bağlı son paylaşımları ilə yenidən gündəmə gəlib. xarici mediaya istinadən xəbər verir ki, uzun illər birlikdə olduğu sevgilisi ilə ayrıldıqdan sonra sosial şəbəkələrdə daha aktiv görünən Paşinyan bu dəfə avtomobildə çəkdiyi video ilə diqqət çəkib
31 martXamenei Rusiyaya gedib?
"İranın yeni Ali Lideri Müctəba Xameneinin Rusiyaya getməsi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir, aldığı yaralar isə onun işinə mane olmur". "Qafqazinfo" xəbər verir ki, bu barədə "RİA Novosti" diplomatik mənbəyə istinadən məlumat yayıb. Mənbənin sözlərinə görə, İranı
4 aprel