Deputat avtomobillə kuryeri vurdu - VİDEO

Deputat avtomobillə kuryeri vurdu - VİDEORusiya Federasiyası Dövlət Dumasının 69 yaşlı deputatı Sergey Mironov ətrafında qalmaqal yaranıb. Belə ki, bu gün deputatın "Hyundai Genesis" markalı xidməti avtomobili piyada keçidindən keçən şəxsi vurub.

Sonxeber.az oxu.az-a istinadən xəbər verir ki, müşahidə kameralarına düşən görüntülərə əsasən, xüsusi siqnalları olan avtomobil tıxacdan yayınmağa çalışıb və bu zaman elektrik velosipedlə keçidi keçən kuryeri vurub.

Hadisə şahidləri zərərçəkənə yardım göstərib, bir qədər sonra hadisə yerinə təcili tibbi yardım maşını gəlib. Ayağından xəsarət alan kuryer xəstəxanaya yerləşdirilib.

Hadisə şahidlərinin sözlərinə görə, avtomobilin sürücüsü zərərçəkənə kömək etməyə belə cəhd etməyib. Amma toqquşmadan dərhal sonra o, siqnal işığını və avtomobilin nömrələrini çıxarıb.

Qəza zamanı Sergey Mironov avtomobildə sərnişin oturacağında olub. Amma portfelini də götürərək cəld maşını tərk edib və piyada şəkildə hadisə yerindən uzaqlaşıb.

Bir neçə saat sonra millət vəkili qəza baş verən zaman həqiqətən də "Genesis"də olduğunu təsdiqləyib.

"Sürücü və ya kuryer günahkardır, bunu yol polisi müəyyən edəcək. Mən maşında həmişə sənədlərlə işlədiyim üçün toqquşma hadisəsini görmədim. Bu baş verən kimi sürücü maşından düşüb, velosipedçinin sağ olduğunu, ayağının isə yaralandığını gördü. Bu barədə mənə məlumat verəndə təcili yardım və yol polisini çağırmağı xahiş etdim. Hər ikisinin gəlişini gözləyirdik", - deyə o şərh edib.

Qeyd edək ki, Mironov Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınır.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 993   Tarix: 09 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ABŞ-da ilginc yatırım: Klonlaşdırılmış itlər ordusu yaradılır

ABŞ-da ordu üçün xidməti itləri klonlaşdırmaq və genetik modifikasiya etmək üçün startap yaradılır. Bizim.Media xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb. Startap proqram təminatı sahibkar Ben Lammın köməyi ilə yaradılır. İmzalanmış müqaviləyə əsasən startap ölkə daxilind

23 oktyabr
.

Tramp İrana qarşı yeni zərbələr anons etdi: Tehran ABŞ bazalarını vurmaqla hədələyir

ABŞ Prezidenti Donald Tramp İrana qarşı əlavə hərbi əməliyyatların yaxın zamanda həyata keçirilə biləcəyini bildirib. İranın İnqilab Keşikçiləri Korpusu isə ABŞ-ın regiondakı hərbi bazalarına zərbələr endirməklə hədələyib. Bu barədə Gulf News nəşri məlumat yayıb. Tramp Ağ Evdə jurnalistlərə açıqlamasınd

23 oktyabr
.

ABŞ Ermənistanın Sərhəd Qoşunlarına 1,4 milyon dollarlıq texnika verib

ABŞ Ermənistanın Sərhəd Qoşunlarına 1,4 milyon ABŞ dolları dəyərində nəqliyyat və xüsusi avadanlıq təhvil verib. xəbər verir ki, bu barədə Ermənistan mediası ABŞ-nin Ermənistandakı səfirliyinə istinadən məlumat yayıb. Təhvil-təslim ABŞ Dövlət Departamentinin ixrac nəzarəti və sərhəd təhlükəsizliyi (EXBS

23 oktyabr
.

Həmin ada 5 milyona satılır - Fotolar

Egey dənizində, Türkiyə sahillərinə yaxın yerləşən Yunanıstana məxsus Strongilo adası 5 milyon dollara satışa çıxarılıb. Təxminən 219 min kvadratmetr ərazisi, üç təbii çimərliyi və toxunulmamış təbiəti ilə seçilən ada şəxsi mülk və ya turizm layihəsi üçün potensial imkanlar vəd edir. "Qafqazinfo"

21 oktyabr
.

Rusiya Kiyevə 21 ballistik raket atdı

Rusiya Ukraynaya qarşı genişmiqyaslı hava hücumları həyata keçirib. The Guardian-a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin açıqlamasına görə, Rusiya qüvvələri Kiyevə üç dalğa ilə azı 21 ballistik raket atıb. Hücumlar nəticəsində paytaxtda yaşayış evləri və enerji infrastruktur

23 oktyabr
.

Robert Köçəryanın oğlunun həbs müddəti uzadılıb

Ermənistan məhkəməsi sabiq prezident Robert Köçəryanın böyük oğlu - Sedrakın həbs müddətini daha iki ay uzadıb. xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Sedrak Köçəryan atası ilə birlikdə vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda çirkli pulların yuyulması və rüşvət almad

23 oktyabr
.

İtaliyada güclü zəlzələ baş verdi

İtaliyanın şərqində, Siciliya sahillərində 5,6 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ yerin 10 km dərinliyində baş verib

23 oktyabr
.

ABŞ İranla münaqişənin həlli üçün danışıqlar aparmır

ABŞ prezidenti Donald Tramp Vaşinqtonun hazırda İranla münaqişənin həlli ilə bağlı danışıqlar aparmadığını açıqlayıb. xəbər verir ki, Ağ Evdə keçirilən mətbuat brifinqində jurnalistlərə verdiyi cavabda Trampın "Xeyr, düşünmürəm ki, onlarla danışıqlar aparırıq" dediyi bildirilir. Amerika lider

22 oktyabr
.

Yaponiya Marsın peykindən nümunələr gətirmək üçün tarixi kosmik missiyaya başlayıb

Yaponiya Marsın peyki Fobosdan torpaq və süxur nümunələri götürərək Yerə çatdırmağı hədəfləyən kosmik missiyasını başladıb. Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin (JAXA) hazırladığı MMX aparatı Fobosa çatdıqdan sonra onun səthini araşdıracaq və nümunələri toplamağa çalışacaq. Reuters-ə istinadə

22 oktyabr