Lavrovla Mirzoyanın görüşü Ermənistan-Azərbaycan-Rusiya münasibətlərinə necə təsir göstərə bilər? - Deputatdan AÇIQLAMA
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və rusiyalı həmkarı Sergey Lavrov Azərbaycan və Ermənistan arasında münasibətlərin nizamlanmasına dair mümkün sənədi müzakirə ediblər. Bu görüş Ermənistan-Azərbaycan-Rusiya münasibətlərinə necə təsir göstərə bilər?
Sonxeber.az-a açıqlama verən deputat Bəhruz Məhərrəmov sualı cavablandırarkən bildirib ki, görüş Azərbaycanla bağlı hansısa ciddi yeniliklərə yol açmayacaq:
"Bildiyimiz kimi, İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin xarici işlər nazirlərinin toplantısı olacaq və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri də bu çərçivədə baş tutub. Təbii ki, Rusiya xarici işlər naziri İrəvana səfər edirsə, bu ölkənin rəsmiləri ilə, o cümlədən də erməni həmkarı ilə görüşməlidir.
Ermənistan hakimiyyətinin mahiyyəti bizə bəllidir, aydındır ki, istər Lavrovla görüşdə, istər KTMT-nin iclasında Azərbaycan mövzusu yenə də Paşinyanın da, Mirzoyanın da gündəmində olacaq. Lakin bir reallıq var ki, Ermənistandan fərqli olaraq, Azərbaycan müstəqil dövlətdir. Prezident İlham Əliyev Azərbaycanı həm siyasi, həm də iqtisadi cəhətdən tam müstəqil bir gücə çevirib.
O cümlədən, açıq formada demək lazımdır ki, biz regionda tam mənada müstəqil xarici siyasət kursuna malik ölkəyik. Bu mənada ermənilərin Lavrovla hansısa müzakirələri Azərbaycan üçün taleyüklü nəticələrə gətirib çıxara bilməz. Biz hələ yeni reallıq yaratmazdan əvvəl Tovuz döyüşlərində, ardınca 44 günlük savaşda gördük, eyni zamanda cənab İlham Əliyev birmənalı formada bildirdi ki, bizi kimsə dayandıra bilməz. Belə də oldu.
KTMT isə Ermənistanın müraciətlərinə ümumiyyətlə ciddi reaksiya vermədi, Rusiya siyasi neytrallığını saxladı. İndi artıq iş işdən keçdikdən sonra, münaqişə başa çatdıqdan sonra İrəvan Rusiya vasitəsi ilə nəyi dəyişə bilər? Rusiya bizim rəsmi müttəfiqimizdir. Bakı-Moskva münasibətlərində Ermənistan hər hansı təsir gücünə malik deyil.
Eyni zamanda Prezident İlham Əliyev elə bir reallıq yaradıb ki, bir çox məsələlərdə Ermənistanın əleyhinə Rusiya və Azərbaycanın mövqeyi üst-üstə düşür. Məsələn, kommunikasiyaların açılması məsələsində. Bu mənada Lavrovun Ermənistan səfərini fövqəladə hadisə kimi qiymətləndirilməsinin tərəfdarı olmamaqla yanaşı, Azərbaycanla bağlı hansısa ciddi yeniliklərə yol açacağını düşünmürəm".
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR