15 yaşında qoşulub qaçdı, atası ona görə öldü - Onu "Ögey ana" filminə niyə çəkmədilər?

15 yaşında qoşulub qaçdı, atası ona görə öldü - Onu "Ögey ana" filminə niyə çəkmədilər?Sonxeber.az Kulis.az-a istinadən aktrisa, Xalq artisti Zəroş Həmzəyeva haqqında maraqlı faktları təqdim edir.

Zəroş Mirzəbağır qızı Həmzəyeva 22 mart, 1925-ci ildə Babək rayonunun Nehrəm kəndində doğulub. Zəroş Həmzəyevanın atası dövrünün tanınmış ziyalılarından olub. O, qızının təhsil almasına xüsusi səy göstərib. Anası Əfşan xanım Makulu İrəvanın tanınmış kübarlarından olan İbrahim xanın qızıdır. İbrahim xan poeziyaya və musiqiyə rəğbət bəsləyib.

***

Atası Mirzə Bağır Əliyev 1918-1920-ci illərdə erməni daşnaklarının Naxçıvanda törətdikləri vəhşiliklərdən bəhs edən "Qanlı günlərimiz" kitabını yazıb.

Əsl adı Zərrintac olan Zəroş Həmzəyevanı uşaqlıqdan əzizləyib Zəroş deyə çağırdıqlarına görə elə bu adla da tanınıb.

***

Zəroş xanım orta təhsili Nehrəm kəndində alıb. Doqquz-on yaşlarından şeir söyləməyə, deklamasiyaya meyl göstərib. Məktəbin dram dərnəyində çıxış edib. Səhnəyə ilk dəfə 1941-ci ildə, on altı yaşında çıxıb. Onu peşəkar səhnəyə İbrahim Həmzəyev cəlb edib. İlk səhnə obrazı kimi Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər" ("Yağışdan çıxdıq, yağmura düşdük") komediyasında Yetər rolunu oynayıb.

***

İbrahim Həmzəyevlə səmimi məhəbbətləri isə o zaman Naxçıvan şəhərindəki pionerlər evində başlayıb. Həmin vaxt İbrahim Həmzəyev pionerlər evinin dram dərnəyinə rəhbərlik edib. Beləliklə, 15 yaşında məktəbli ikən teatra gedən yeniyetmə qız teatr tamaşalarında İbrahim Həmzəyevi sevir. Və bu sevgi 15 yaşlı Zəroşun qoşulub qaçmağı ilə nəticələnir. Hətta atası Mirzəbağır Əliyev bu əhvalatdan sonra dünyasını dəyişir.

Onlar birlikdə səhnədə sevgili rollarını həmişə xüsusi şövqlə oynayıblar. 18 yaşından peşəkar səhnədə olan Zəroş xanım Həmzəyeva 1982-ci ildə İbrahim Həmzəyev vəfat edəndən sonra bir daha səhnəyə çıxmayıb. Leylisi olduğu səhnədən ayrılmaq nə qədər çətin olsa da, İbrahim Həmzəyevsiz səhnəyə çıxmaq ondan da ağır gəlib. Hətta aktrisa nə vaxtsa onu təkidlə teatra dəvət edəcəklərindən çəkinərək köçüb ömrünün sonunadək Bakıda yaşayıb.

***

Naxçıvan Teatrının tarixində ən çox baş rollarda çıxış edən səhnə ustalarından olan aktrisanın ürəyəyatımlı rəqqasəlik bacarığı da olub.

Zəroş Həmzəyeva həm də əyalət teatrından Akademik Milli Dram Teatrına dəvət olunan ilk qadın aktrisadır. Lakin onun bu müvəffəqiyyətlərinə qısqanclıqla yanaşanlar da olub. Görkəmli sənətkar Adil İsgəndərov "Ögey ana" filmində ögey ana rolunu Zəroş xanıma həvalə etmək istəyib. Bunun üçün Moskvadan zəng edərək onu filmdə oynamağa dəvət edib, lakin getmək istəyəndə aktrisanı aldadıblar. Belə ki, Adil İsgəndərov ikinci dəfə ona zəng vurub bir aydan sonra dəvət edəcəyini deyib. Sonralar Adil müəllimlə görüşəndə aydın olub ki, bunlar qurma imiş.

***

Zəroş Həmzəyeva "Əhməd haradadır" filmində də Əhmədin anası rolunda oynamalı imiş. Əhməd (Elxan Qasımov) üç dəfə qayınanasının (Zəroş Həmzəyevanın) arxasınca Naxçıvana gəlsə də, əliboş qayıdıb, deyiblər ki, sən get, özümüz göndərərik. Amma göndərməyiblər.

Zəroş xanım "Ögey ana"sız da, "Əhməd"siz də Azərbaycan Respublikasının Xalq artisti adını alıb, 2000-ci ildə ən yüksək mükafata, "Şöhrət" ordeninə layiq görülüb.

***

2004-cü ildə Bakıda vəfat edən Xalq artisti Zəroş Həmzəyeva ikinci Fəxri Xiyabanda dəfn edilib. Bakıda yaşadığı evə barelyefi və xatirə lövhəsi vurulub. Naxçıvan şəhərində bir küçə Xalq artisti Zəroş Həmzəyevanın adını daşıyır.

Oğlu Nizami Həmzəyev deyir ki, teatrşünas Adilə İsmayılova 1960-cı ildə Zəroş xanım Həmzəyeva haqqında kitab yazır və evinə zəng edərək ondan məsləhət alır ki, başlığını "Azərbaycanın dahi sənətkarı Zəroş xanım Həmzəyeva", ya "Görkəmli teatr xadimi" qoyaq? O isə belə cavab verir: "O adların ikisini də ləğv elə, ora yaz "Nehrəmli qız", ona görə ki, Nehrəm kəndinin də aktrisası olub." Bu adla onun haqqında sənədli film də çəkilib.


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 2277   Tarix: 11 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Mirzəyevin vəziyyəti ağırdır

Teleaparıcı İlham Mirzəyevin vəziyyəti açıqlanıb. Mərkəzi Klinikadan "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hazirda xəstənin vəziyyəti ağırdır. "Xəstə sol mədəciyin ön divarının miokard infarktı, kardiogen şok vəziyyətində qəbul olunub. Angioplastika icra olunub və sten

7 sentyabr
.

Xəstəxanaya yerləşdirilən aktyor səhhətindən yazdı

Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərov səhhəti ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, aktyor müalicəsinin başa çatdığını, evə buraxıldığını bildirib. Özünü yaxşı hiss etdiyini deyən R.Səfərov müalicəsini ev şəraitində davam etdirəcəyin

25 sentyabr
.

5 saat əməliyyat olunan Aqil Məlikov: "Məndən gizlətdilər"

İyulda açıq ürək əməliyyatı olunan Əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikov "Evdəkilərə salam" verilişində səhhətində yaranan problemdən danışıb. Axşam.az xəbər verir ki, sənətçi bir müddət təngnəfəslik yaşasa da, əvvəlcə buna əhəmiyyət vermədiyini bildirib:. "Bir az tənginəfəs olurdum

18 oktyabr
.

Elmira Şabanova dəfn edildi - Yenilənib - Foto

Xalq artisti Elmira Şabanova ilə vida mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, Təzəpir məscidində baş tutan mərasimdə mərhum sənətkarın ailə üzvləri, sənət dostları və mədəniyyət xadimləri iştirak edirlər. Qeyd edək ki, E.Şabanova ötən gün 86 yaşında dünyasını dəyişib. O, Yasamal qəbiristanlığınd

26 noyabr
.

Azərbaycanın Əməkdar artisti DÜNYASINI DƏYİŞDİ - FOTO

Əməkdar artist Xalidə Gözəl (Əhmədova) vəfat edib. xəbər verir ki, bu haqda məlumatı aparıcı Elgiz Əkbər yayıb. O bildirib ki, diktor bu gün dünyasını dəyişib. Onun ölüm səbəbi məlum deyil

25 oktyabr
.

Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu təbrik edib. "Qafqazinfo" xəbər verir ki, o, bununla bağlı "Instagram" hesabında paylaşım edib. "Bu gün Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun 80 yaşı tamam olur

26 oktyabr
.

"Evdə tək"in aktyoru vəfat etdi

Britaniyalı məşhur aktyor Tim Karri 80 yaşında vəfat edib. "Qafqazinfo" "TMZ" nəşrinə istinadən xəbər verir ki, o, avqustun 25-i dünyasını dəyişib. Məlumata görə, aktyorun ölüm səbəbi barədə dəqiq məlumat verilmir, lakin hüquq-mühafizə orqanları zorakılıq əlamətlərinin aşkar edilmədiyin

27 avqust
.

Elmira Şabanova vəfat etdi

Xalq artisti Elmira Şabanova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu haqda aktrisanın ailəsi məlumat yayıb. E. Şabanova bu gün 86 yaşında dünyasını dəyişib

25 noyabr
.

Mona Lizanın hansı xəstəlikdən əziyyət çəkdiyi ehtimal olunur

İtaliyalı dermatoloq Luici Layno məşhur rəssam Leonardo da Vinçinin əsərində təsvir olunan qadının saç tökülməsinə səbəb olan autoimmun xəstəlikdən - ocaqlı alopesiyadan əziyyət çəkə biləcəyini ehtimal edib. Qaynarinfo xəbər verir ki, bu barədə onun "Clinics in Dermatology" jurnalında dər

23 oktyabr