Ağstafada musiqiyə görə qadınlar arasında dava düşdü: Bir-birini dəyənəklə vurub yerdə sürüdülər - VİDEO
Ağstafa rayonunda qonşular arasında dava baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Poylu qəsəbəsində baş verib.
Belə ki, iki qonşu arasında davaya səbəb qəsəbə sakinlərindən biri Nazilə Hüseynovanın yüksək səslə musiqiyə qulaq asması olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, iyun ayının 7-də Ağstafa rayon Poylu qəsəbə sakini Nazilə Hüseynova və Günay Hüseynova DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə müraciət edərək qonşuları tərəfindən döyülmələri barədə müraciət ediblər:
"Eyni zamanda, müraciət edən şəxslərin qonşuları Mehman Məmmədov, Solmaz Məmmədova və Aysel Məmmədova da polisə müraciət edərək qonşuları tərəfindən döyülmələri, təhqir olunmaları barədə məlumat veriblər.
Hər iki faktla bağlı polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin məlumata görə, hadisəyə N.Hüseynovanın evində yüksək səslə musiqiyə qulaq asması səbəb olub. Hazırda araşdırmalar davam etdirilir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1948 Tarix: 16 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabrAbşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla
9 noyabrİmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabr