Bazarda məhsulun bol olduğu deyilsə də, qiymətlər od tutub yanır - AÇIQLAMA
"Hazırda ölkədə satılan kənd təsərrüfatı məhsullarının qiymətində kəskin bahalaşma müşahidə olunur. Mövsümi meyvələrin qiyməti isə ötən illə müqayisədə ikiqat bahadır. Məhsulun bol olduğu deyilsə də, qiymətlər od tutub yanır".
Sonxeber.az "Bakupost.az"a istinadən xəbər verir ki, bunu millət vəkili Tahir Rzayev deyib.
Deputat bildirib ki, yerli məhsulların istehsalı, onun artırılması üçün dövlət tərəfindən əhəmiyyətli tədbirlər həyata keçirilirsə, bu məhsulların bahalaşması yolverilməzdir:
"Bəzi insanlar qlobal bahalaşmadan sui-istifadə edib bazarlarda qiymətləri süni şəkildə artırırlar. Bunun qarşısı alınmalıdır.
Bildirilir ki, son illər kənd təsərrüfatı məhsullarının istehsalı artıb. Kənd təsərrüfatı məhsullarının artımında irəliləyiş var, belə olan halda qiymətlər aşağı düşməlidir, ancaq əksinədir.
Sahibkarlıq azaddır, ancaq bu o demək deyil ki, onlar məhsula istənilən qiyməti qoyub bazara çıxarmalıdırlar. Bu, qətiyyən yolverilməzdir.
Vətəndaşlar da bazarlardakı qiymətlərdən narazıdırlar. Müəyyən işbazlar bazarları tənzimləyirlər, ona görə də bu qədər qiymət artımı, narazılıqlar yaranır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1171 Tarix: 16 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabrAbşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla
9 noyabrİmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabr