Azyaşlı bacı-qardaşın üzləşdiyi faciəvi hadisənin - Təfərrüatı
Dünən Sabirabadda bir azyaşlının vəfatı, digərinin isə ağır vəziyyətdə Bakıya çatdırılması ilə nəticələnən zəhərlənmə hadisəsinin təfərrüatları üzə çıxıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə Şıxlar kəndində Fəxrəddin Rzayevə məxsus evdə baş verib. Belə ki, qonşuluqda yaşayan 1966-cı il təvəllüdlü Səkinə Rzayeva nəvələri: 2008-ci il təvəllüdlü Əhmədzadə Zəhra Emin qızı və 2011-ci il təvəllüdlü Elmar ilə qardaşı Fəxrəddinin evinə təmizlik işləri görməyə gedib. Qadın yaşayış olmayan qardaşı evində təmizlik işləri görərkən nəzarətsiz qalmış uşaqlar evdə olan su qabındakı mayeni içiblər. Az sonra uşaqların ikisinin də səhhəti kəskin pisləşib və onlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Lakin 14 yaşlı Zəhra dünyasını dəyişib, 11 yaşlı Elmar isə ağır vəziyyətdə Bakıya – Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Hazırda Elmar Əhmədzadənin vəziyyətinin normallaşdığı bildirilir.
Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1433 Tarix: 17 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabrAbşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla
9 noyabrİmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabr