Bakıda "şir kükrəməsi" sakinlərin marağına səbəb olub - FOTO
İyun ayının 16-da Bakı şəhərinin mərkəzi ərazisindən "şir kükrəməsi"nə bənzər səslər eşidilib. Artıq sosial media istifadəçiləri də bu "kükrəmə"yə dair paylaşımlar ediblər.
Eyni zamanda tanınmış sosial media fəalları və blogerlər maraqlı "kükrəmə" səsinin, sirli şirin ləpirlərinin əks olunduğu video və fotoları sosial şəbəkələrdə yayımlayıb, izləyicilərindən bu səs barədə soruşublar. Şərhlərdən də görünür ki, sirli "kükrəmə" səsləri insanların böyük marağına səbəb olub.
Blogerlərdən biri @igoguseinov "kükrəmə" səsi ilə bağlı yazıb: "Heyvanlar haqqında olan verilişlərə baxanda şirin kükrəməyini eşitmişəm, amma bu səsi izah edə bilmirəm. Elə bil şimşək çaxır, amma, şəhərdə eşitdiyim, məncə, elə şir səsidir".
Digər influnser @babayevnasir_ yazır: "Hey, uşaqlar! Bu gün yürüşə çıxmışdım, qəribə bir şey gördüm. Baxın! Heyvanın ayaq izlərinə bənzəyir? Niyə şəhərin mərkəzində bu izlər var? Bunun nə olduğunu kim bilir?"
Şəhərin mərkəz hissəsində müxtəlif yerlərdən eşidilən əsrarəngiz "kükrəmə"nin mənbəyi, hələ ki, tapılmayıb. Əməkdaşlarımız "şir kükrəməsi"nin haradan gəldiyini, necə yarandığını araşdırırlar, tezliklə araşdırma nəticələrini elan edəcəyik.


Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1522 Tarix: 17 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabrAbşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla
9 noyabrİmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabr