Bəhramdan rus dilində yazdığı üçün onu tənqid edənlərə cavab
Əməkdar artist Bəhram Bağırzadə sosial şəbəkə hesablarındakı paylaşımları rus dilində etdiyi üçün tənqid olunub.
Axşam.az xəbər verir ki, aktyor yazılan mənfi sözlərə cavab verib. O bildirib ki, rus dilində yazmaq ona daha rahatdır:
"Uzun illər "facebook" səhifəmi izləyən bütün izləyicilərimə və oxucularıma müraciət etmək istəyirəm. Etdiyim iş çoxlarının xoşuna gəlir, bəziləri isə o qədər bəyənmir ki, mənə hər cür bədlik və bəla arzulayırlar. Səhifəmi oxuya, ya da yan keçib yazılarımı görməməzliyə vura, ana və ya xarici dildə şərh yaza bilərsiniz. Amma mənim səhifəmdə gördüyüm işlərə görə üstümə neqativ tökməyin.
Xarici dildə yazmağımı bəyənməyənlərə bir sual vermək istəyirəm - bəs siz kimsiniz? Ana dilimdə deyil, xarici dildə arayış gətirdiyim mənzil istismar idarəsinin rəhbərləri, dövlət qurumlarının nümayəndələri, hansısa komissiyanın üzvlərisiniz? Təbii ki, ölkəmizin dövlət dili Azərbaycan dilidir, amma siz bu qədər ağıllı və maarifçi insanlar necə bilmirsiniz ki, Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin II hissəsi və 45-ci maddəsinin I hissəsi var ki, bu da istənilən Azərbaycan vətəndaşına - mən də daxil olmaqla imkan verir ki, istənilən dildə oxuyaq, yazaq, danışaq və yaradaq.
Biz müasir, demokratik və azad ölkədə yaşayırıq və əgər dövlətin ali qanunu mənə hər hansı dildən istifadə etmək hüququ verirsə, onda sizin nə haqqınız var mənə nəyisə qadağan edəsiniz? Özünüzü konstitusiyadan üstün hesab edirsiniz? Əgər belədirsə, onda bir psixoloq və ya psixiatrla əlaqə saxlamalısınız.
Mən isə Bəhram Bağırzadə özüm üçün lazımlı və faydalı hesab etdiyim işlərlə məşğul olacam. Mənimlə eyni dalğada olan bütün dostlarıma və həmfikirlərimə sülh, xeyir və firavanlıq arzulayıram. Səhifəmi, statuslarımı, hekayələrimi və digər mətnlərimi bəyənməyənlərə isə çıxış yolunu bildiyiniz üsulda səhifəmi tərk etməyi tövsiyə edirəm. Rəqəmlərin dalınca getmirəm, ona görə də bu gündən bütün neqativ insanları "bloklayıb" siləcəyəm.
Əlvida, qaranlıq enerjinizi atmaq üçün başqa yer axtarın".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Pensiyalar bu tarixdə ödəniləcək
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"