Azərbaycanda ilk dəfə olaraq "Üzün estetik anatomiyası və disseksiyası" adlı disseksiya anatomik kadavr kursu keçirilib

Azərbaycanda ilk dəfə olaraq "Üzün estetik anatomiyası və disseksiyası" adlı disseksiya anatomik kadavr kursu keçirilibAzərbaycanda ilk dəfə olaraq "Üzün estetik anatomiyası və disseksiyası" adlı disseksiya anatomik kadavr kursu keçirilib.
Tədbir Azərbaycan Tibb Universitetinin İnsan Anatomiyası və Tibbi Terminologiya Kafedrası, "Anatom, Histoloq və Embrioloqlar Elmi Cəmiyyəti" İctimai Birliyi və "Aesthetic & Wellness Assosiation" İctimai Birliyinin birgə əməkdaşlığı ilə təşkil olunub.
Bu gün estetik kosmetologiyanın müəyyən aspektlərə görə cərrahi əməliyyatlarla rəqabət apara bildiyini söyləmək mümkünür. Disseksiya kadavrası kursu tətbiqi anatomiya sahəsində yeni biliklər əldə etməyə, inyeksiya texnikasını təkmilləşdirməyə, fəsadların mexanizmlərini və onların qarşısının alınması üsullarını başa düşməyə imkan verən praktiki öyrənmə yanaşmasıdır.

Tədbirdə açılış nitqi ilə "Anatom, Histoloq və Embrioloqlar Elmi Cəmiyyəti" ictimai birliyinin sədri Dr. Vaqif Şadlinski və "Aesthetic & Wellness World Academy" və "Aesthetic & Wellness Association" ictimai birliyinin təsisçi Dr. Həcər Cəfərova çıxış etdilər. İnsan Anatomiyası və Tibbi Terminologiya Kafedrasının müdiri Dr. Anar Abdullayev "Üzün İnkişafı. Üz əzələlərinin formalaşması" mövzusundan danışdı.Daha sonra Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri Dr. Vaqif Qələndərli "Üzün müxtəlif deformasiyalarının estetik və rekonstruktiv əməliyyatları" mövzu üzrə çıxış etdi.

Kadavra Üzərində Disseksion Nümayiş kurs mütəxəssisi, həkim-stomatoloq, inyeksion kosmetologiya üzrə beynəlxalq təlimçi, "International Academy of Aesthetic Procedures"in üzvü Dr. Səbuhi Əbilov tərəfindən keçirildi.

Onun sözlərinə görə, kursda iştirak edən hər bir mütəxəssis öz peşə fəaliyyətində yüksək nəticələr əldə etmək imkanı əldə edir.
"Kursun iştirakçıları üz anatomiyasının quruluşunu, üzün qan damarlarının mürəkkəb quruluşunu, tənəffüs yollarının quruluşunu birbaşa öyrənmək imkanı əldə edirlər. Siz, əlbəttə ki, bütün bunları kitablardan, video yayımlardan öyrənə bilərsiniz, lakin bu, heç bir halda praktik təcrübənizi əvəz edə bilməz", - deyə Dr. Səbuhi Əbilov bildirib.
Bu kursun estetik kosmetologiya sahəsində çalışan mütəxəssislərə istiqamətlənməsinə baxmayaraq, LOR mütəxəssisləri, stomatoloqlar, cərrahlar, limfoloqlar, patoloqlar, dermatoloqlar, eləcə də Azərbaycan Tibb Universitetinin tələbələri də kursda iştiraka böyük maraq göstəriblər.
Qeyd edək ki, sonuncu kursun həmtəşkilatçısı olan Aesthetic & Wellness Association (Estetik və Sağlamlıq Assosiasiyası) gözəllik və kosmetologiya sənayesi sahəsində mütəxəssisləri və işəgötürənləri birləşdirən peşəkar bir icmadır (Azərbaycan Ədliyyə Nazirliyinin 2021-ci il noyabr tarixli qeydiyyata alınıb ).
Bu Assosiasiya Aesthetic & Wellness World Academy ilə birlikdə SPA sənayesində çalışan mütəxəssislər üçün peşəkar təhsil və qabaqcıl təlim təmin etmək üçün səylər göstərir. Belə ki, ixtisaslaşdırılmış kurslar çərçivəsində artıq onlarla mütəxəssis hazırlanıb.
Azərbaycanda ilk dəfə olaraq "Üzün estetik anatomiyası və disseksiyası" adlı disseksiya anatomik kadavr kursu keçirilibAzərbaycanda ilk dəfə olaraq "Üzün estetik anatomiyası və disseksiyası" adlı disseksiya anatomik kadavr kursu keçirilibAzərbaycanda ilk dəfə olaraq "Üzün estetik anatomiyası və disseksiyası" adlı disseksiya anatomik kadavr kursu keçirilibAzərbaycanda ilk dəfə olaraq "Üzün estetik anatomiyası və disseksiyası" adlı disseksiya anatomik kadavr kursu keçirilibAzərbaycanda ilk dəfə olaraq "Üzün estetik anatomiyası və disseksiyası" adlı disseksiya anatomik kadavr kursu keçirilib


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1472   Tarix: 17 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Eyni soyadlı cütlüklər daha az boşanır

Eyni soyadı daşıyan cütlüklərin daha az boşandığı müəyyənləşib. Axşam.az xəbər verir ki, Demoqrafik və Ailə Araşdırmaları İnstitutunun araşdırmasına görə, fərqli soyadlı cütlüklər təxminən 50 faiz daha çox ayrılır. Bu tendensiya bütün yaş qruplarında müşahidə olunub. Belə nikahların orta hesabla 30 fai

22 sentyabr
.

Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə keçir

Sabahdan, sentyabrın 23-dən Bakıda "Formula 1"ə yarışması səbəbi ilə Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçəcək. "Report"a istinadən xəbər verir ki, distant qaydada iş rejimi sentyabrın 28-dək davam edəcək. Bu iş rejimi "Formula-1" trasının həmi

22 sentyabr
.

Tanınmış aktyor da "Bəy Mamed"dən şikayətçidir: MTK sahibi nə cavab verdi? - Video

Səbail rayonunun Əhəd Yaqubov küçəsi, 17 ünvanında yerləşən "Ulubəy" MTK yaşayış kompleksinin sakinləri bir sıra problemlərlə bağlı narazılıqlarını bildiriblər. Baku TV-yə istinadən xəbər verir ki, sakinlər binada su təminatı ilə bağlı ciddi problem yaşandığını deyiblər. Onlar bildiriblər ki

21 sentyabr
.

Bakının üç rayonunda işıq olmayacaq

Paytaxtın bir sıra ərazilərində təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması v

22 sentyabr
.

Şəhidlərin qanı ilə yazılan Zəfər - KÖŞƏ YAZISI

Elə tarixlər var ki, təqvimdəki adi gün olmaqdan çıxaraq xalqın taleyinə yazılır. 27 Sentyabr Azərbaycan üçün belə bir tarixdir. Bu gün qəlbimizdə hüznlə qürur, göz yaşları ilə fəxarət yanaşı dayanır. Şəhidlərimizin xatirəsi qarşısında baş əyir, onların müqəddəs fədakarlığını ehtiramla yad edir, qanlar

22 sentyabr
.

18 yaşlı Əlipaşa və Elminin meyiti tapıldı

Sentyabrın 19-u Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə batan 2 nəfərin meyiti tapılıb. xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, dənizdə nəzarətsiz ərazidə batan 2008-ci il təvəllüdlü Əlipaşa Natiq oğlu Əlizadənin və 2008-ci il təvəllüdl

22 sentyabr
.

Vahid məktəbli forması: geyimdən daha böyük məsələ - məktəb mədəniyyəti, bərabərlik və tərbiyə

Məktəbli formasına münasibət cəmiyyətdə zaman-zaman müxtəlif müzakirələrə səbəb olur. Bir tərəfdən uşaqların fərdiliyi, rahatlığı və ailələrin seçim hüququ önə çəkilir, digər tərəfdən isə məktəb mühitində vahid standartın, intizamın, bərabərliyin və təhsil prosesinə uyğun geyim mədəniyyətinin qorunmasını

22 sentyabr
.

Vahid məktəbli formasında dəyişiklik: yeni qaydalar nəyi dəyişəcək?

Azərbaycanda məktəbli forması ilə bağlı yanaşmaların yenilənməsi təhsil mühitində diqqət çəkən məsələlərdən biridir. Vahid forma yalnız şagirdlərin geyim tərzinin müəyyənləşdirilməsi deyil, məktəbdə nizam-intizamın, bərabərlik prinsipinin, səliqəli görünüşün və vahid məktəb mədəniyyətinin formalaşdırılmas

22 sentyabr
.

AZAL 8 ayda Mərkəzi Asiya ölkələri üzrə 400 minə yaxın sərnişin daşıyıb

"Azərbaycan Hava Yolları" (AZAL) QSC bu ilin yanvar-avqust aylarında Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan üzrə 400 00-ə yaxın sərnişin daşıyıb. bu barədə AZAL-dan bildirilib. Məlumata əsasən, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 35 %-lik artım deməkdir. Dörd ölkəni əhat

21 sentyabr