Məktəbdə sağlamlıq imkanları məhdud olan qız zorlanıb? - AÇIQLAMA
Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün fəaliyyət göstərən 2 nömrəli Respublika xüsusi internat məktəbində təhsil alan qızın zorlanması iddia edilib.
Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
İddia edilib ki, məktəbdə zorlanma hadisəsi olub və direktor Bahar Kərimova hadisəni gizlətməyə çalışır.
Hadisə barədə məlumatı polisə övladı zorlanan valideynin rəfiqəsi verib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, bu barədə Nizami Rayon Polis İdarəsinin 25-ci polis şöbəsinə məlumat daxil olub:
"Toplanmış materiallar istintaqın davam etdirilməsi üçün Nizami Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Zorlanma faktının təsbiti üçün ekspertiza təyin edilib. Rəydən sonra müəyyən olub ki, zorlanma hadisəsi baş verməyib. Toplanmış material üzrə idarənin istintaq şöbəsində araşdırmalar davam etdirilir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1670 Tarix: 17 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabrAbşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla
9 noyabrİmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabr