Şamaxıda qəzada xəsarət alan məktəblinin anası: "Zərbə qızımı avtobusun ön şüşəsindən atıb" - FOTO

Şamaxıda qəzada xəsarət alan məktəblinin anası: "Zərbə qızımı avtobusun ön şüşəsindən atıb" - FOTOİyunun 12-də Bakı-Şamaxı yolunda avtobusun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtobusda 279 saylı məktəbin müəllimləri, şagirdləri və onların valideynləri olub. Anası ilə birlikdə kiçik qardaşını səfərdə müşayiət edən 9-cu sinif şagirdi Aleksandra Efimenko (14 yaş) qəzada ağır xəsarət alıb.

Media.Az qəzada xəsarət alan məktəblinin anası ilə söhbətləşib.

Qızın anası Natalya Varapayeva bildirib ki, 4-cü sinif şagirdlərinin valideynləri Şamaxıya tur barədə məlumatı sosial şəbəkələrdə "Empathy travel" turizm agentliyinin səhifəsindən əldə ediblər. Agentliyin işçisi ilə əlaqə saxladıqdan sonra səfərin təşkili ilə bağlı razılığa gəliblər.

"Səyahət agentliyi bizə proqramı və cədvəli göndərdi, həmçinin sürücüsü olan avtobus və iki qız bələdçi ilə təmin etdi", - deyə N.Varapayeva bildirib.

Uşaqlar və böyüklər Bakıya eyni avtobusla geri qaytarılıb. Qadının sözlərinə görə, nəqliyyat vasitəsinin sürücüsü avtomobili yüksək sürətlə idarə edib və özünü aqressiv aparıb.

"Mən onun arxasında oturmuşdum və gördüm ki, sürət hətta bir anda 120 km/saata çatıb. Orada isə yol çox dar və təhlükəlidir. Biz valideynlər dəfələrlə ondan sürəti azaltmağı xahiş etdik. O isə kobud cavab verərək işini daha yaxşı bildiyini və ümumiyyətlə proqramda göstərilən vaxtdan (23:00) gec gəlsək, şirkətin ona pul verməyəcəyini bildirdi. Üstəlik də bizi hədələdi və "Hamınıza pis olacaq" deyərək söydü", - deyə Varapayeva əlavə edib.

Zərərçəkənin anası avtobusun döngədə sürüşdüyünü, sürücünün idarəetməni itirdiyini və nəticədə avtobusun beton hasara çırpıldığını iddia edir.

"Qızım ön şüşədən uçdu və beton baryerin arxasında olan dərin dərəyə düşdü. Mən də yıxıldım və hasara dəydim. Məni çıxartdılar, Saşanı axtarmağa başladım. Qızımın uzanmış qanlı siluetini görəndə elə bildim ki, övladımı itirmişəm...

Yoldan keçən Sadıq adlı vətəndaş dayandı və qızımı dərədən çıxarmağa kömək etməyə başladı", – deyə Natalya Varapayeva əlavə edib.

Onun sözlərinə görə, valideynlər dərhal təcili yardım çağırıblar: "Həkimlər heç cür gəlmirdi, bizim üçün isə hər saniyə önəmli sayılırdı. Həmin şəxs bizi ən yaxın xəstəxanaya, Qobustan Mərkəzi Rayon Xəstəxanasına aparmağı təklif etdi. Biz ona çox minnətdarıq".

Qanlar içində olan 9-cu sinif şagirdi maşının arxa oturacağına qoyularaq xəstəxanaya çatdırılıb. Xəstəxanada ona qan köçürülüb, ilkin tibbi yardım göstərilib, dizi tikilib, anasının isə çənəsi yerinə bərkidilib.

"Ən çox Saşanın ayağı xəsarət almışdı, parçalanmışdı, sanki əks tərəfə bükülürdü, ayağı əvvəlkindən qısalıb sanki. Onun bütün bədəni, xüsusən də başı və üzü dəhşətli dərəcədə zədələnib", - deyə Natalya Varapayeva bildirib.

Məktəbli qızın anası (çənə və dişlərinin zədələnməsi istisna olmaqla) və onun oğlu nisbətən yüngül bədən xəsarətləri alıblar. Qobustan Mərkəzi Rayon Xəstəxanasından həkimlər A.Efimenkonun Bakının Sabunçu Xəstəxanasına göndərilməsini istəyiblər. Lakin qadın qızının Mərkəzi Klinikaya (Mərkəzi Klinika - Avt.) göndərilməsində təkid edib.

"Saşanı müayinə etdilər, yaraları tikildi və altı saat davam edən iki çətin əməliyyat aparıldı. Onun ombası və dizini sözün əsl mənasında yenidən hissə-hissə birləşdirirdilər. İndi ayağına dəmir implantlar qoyulub ki, bu da üzündəki çapıqlar kimi, ömürlük qala bilər. Qızım üçün indi həm mənəvi, həm də fiziki cəhətdən çox çətindir. Çox sayda ağrıkəsicilər onun vəziyyətini yüngülləşdirmir. Bir valideyn kimi bu, mənim üçün böyük zərbədir", - deyə zərərçəkənin anası kədərini ifadə edib.

Onun sözlərinə görə, müalicə üçün artıq 7 min manat ödəyib. Qadın rus dili və ədəbiyyatı müəllimi işləyir və bu məbləği təkbaşına ödəyə bilmədiyi üçün köməyinə həmkarları və dostları gəlib.

"Bütün bu müddət ərzində turizm agentliyindən bir dəfə də olsun uşağın vəziyyətini öyrənmək üçün zəng etmədilər. Burada hətta maliyyə dəstəyindən də söhbət getmir. "Empathy travel"in əməkdaşı yalnız üç digər uşağın tibbi müayinəsi üçün pul ödəyib, həmçinin deyib ki, tur zamanı bələdçi fotoaparatını itirib və səfər üçün ödədiyimiz pul yoxa çıxıb, əgər pulu tapsa, qalan xəsarət alanların da müalicə xərclərinin ödənilməsi barədə düşünəcək", - deyə Varapayeva qeyd edib.

Qarşıda Aleksandra Efimenkonu uzun reabilitasiya dövrü gözləyir. Tezliklə o, dizini necə bükməyi yenidən öyrənməli olacaq. Həkimlərin proqnozlarına görə, o, yalnız altı aydan sonra ayaqüstə dura biləcək və bu zaman da axsayaraq yeriyəcək.

Qeyd edək ki, A.Efimenko əlaçı tələbə olub, iki model agentliyində çalışıb, həmçinin moda nümayişlərində və müxtəlif məktəb tədbirlərində iştirak edib.

Qızın anası yol qəzasının araşdırılmasını tələb edir və həm sürücü, həm də turizm agentliyinin direktorunun günahkar olduğunu hesab edir.

"Cəmi dörd gün sonra polis əməkdaşları valideynlərdən ifadə almaq üçün məktəbə gəldilər. Mənimlə heç kim əlaqə saxlamayıb, baxmayaraq ki, mən daim Mərkəzi Klinikadayam və onlarla danışmağa hazıram. Mən sürücü və şirkət müdiri ilə bağlı düzgün araşdırma aparılmasını və onların ədalətli şəkildə cəzalandırılmasını tələb edirəm".

Media.Az adıçəkilən qurumun əməkdaşı Kamran Məmmədovla əlaqə saxlayıb. Söhbətin əvvəlində həmin şəxs bu şirkətdə çalışıb-çalışmadığına qərar verə bilməyib, gah "Muradın (turun təşkilatçısı) yaxın dostu olduğunu" və agentliklə heç bir əlaqəsinin olmadığını deyib, gah əməkdaşı olduğunu, gah başqa şirkətin sahibi olduğunu...

K.Məmmədov qəzanı belə şərh edib: "Siz küçəni keçərkən və ya maşınla evə qayıdarkən sizə heç nə olmayacağına zəmanət verə bilərsinizmi? Restoranda müştəri yemək yeyib boğularaq ölüb. İndi heç kim yemək yeməsin? Bunlar real həyat hadisələridir. Bununla bağlı zəng edib vaxtınızı itirməyə dəyməz".

Media.Az özünü Murad Qəhrəmanov kimi təqdim edən turun təşkilatçısı ilə də danışıb. O, Kamran Məmmədovun onların turizm agentliyinin əməkdaşı olduğunu təsdiqləyib.

Həmin şəxs qəzada "Empathy travel" şirkətinin iştirakını qəti şəkildə təkzib edib.

"Valideynlər turizm agentliyi ilə müqavilə imzalamayıblar, ona görə də bizim hadisə ilə heç bir əlaqəmiz yoxdur. Səfər şirkət adından deyil, fərdi şəkildə təşkil olunub. Onları avtobus və bələdçilərlə təmin etdim. Bu mənim şəxsi məsuliyyətimdir. Sadəcə sürücünün nömrəsini verdim. Qəzaya görə də o məsuliyyət daşıyır".

Elə öz sözlərinin də əksinə olaraq agentliyin hazırladığı tur proqramı ilə bağlı suala cavabında M.Qəhrəman bunun ümumi şablon olduğunu deyib.

O bildirib ki, zərərçəkənlərin yerləşdirildiyi xəstəxanaya baş çəkib, bəzilərinin müalicəsini ödəyib: "Hər kəsə kömək edə bilmərəm, məcbur da deyiləm. Vəkilimlə danışdım və o, günahsız olduğumu təsdiqlədi. Mən hadisə yerində deyildim. Sürücü isə avtobus sahibinin işçisidir", - deyə turun təşkilatçısı bildirib.

Onun sözlərinə görə, ağır yaralanan Aleksandra Efimenkodan bu yaxınlarda xəbər tutub: "Mən onun anasının telefon nömrəsini götürdüm və qızın vəziyyəti ilə maraqlanacam".
Şamaxıda qəzada xəsarət alan məktəblinin anası: "Zərbə qızımı avtobusun ön şüşəsindən atıb" - FOTOŞamaxıda qəzada xəsarət alan məktəblinin anası: "Zərbə qızımı avtobusun ön şüşəsindən atıb" - FOTOŞamaxıda qəzada xəsarət alan məktəblinin anası: "Zərbə qızımı avtobusun ön şüşəsindən atıb" - FOTOŞamaxıda qəzada xəsarət alan məktəblinin anası: "Zərbə qızımı avtobusun ön şüşəsindən atıb" - FOTOŞamaxıda qəzada xəsarət alan məktəblinin anası: "Zərbə qızımı avtobusun ön şüşəsindən atıb" - FOTOŞamaxıda qəzada xəsarət alan məktəblinin anası: "Zərbə qızımı avtobusun ön şüşəsindən atıb" - FOTOŞamaxıda qəzada xəsarət alan məktəblinin anası: "Zərbə qızımı avtobusun ön şüşəsindən atıb" - FOTOŞamaxıda qəzada xəsarət alan məktəblinin anası: "Zərbə qızımı avtobusun ön şüşəsindən atıb" - FOTOŞamaxıda qəzada xəsarət alan məktəblinin anası: "Zərbə qızımı avtobusun ön şüşəsindən atıb" - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2946   Tarix: 17 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

8 noyabr
.

Bakıda "QAZ-3110"la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı

Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edərək bir neçə rayonda avtoxuliqanlıq edən 21 yaşlı gənc 1 ay 15 gün müddətinə inzibati qaydada həbs edilib. Qaynarinfo-nun məlumatına görə, 2005-ci ildə Bakı şəhərində anadan olan E.R. barəsində Yasamal Rayon Məhkəməsində bir neçə inzibati xət

9 noyabr
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Azərbaycan xalqının milli qürur və müstəqillik rəmzi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının tarixində xüsusi yeri və mənəvi əhəmiyyəti olan əlamətdar günlərdən biridir. Bu tarix xalqımızın milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik uğrunda mübarizə əzmini özündə birləşdirən üçrəngli bayrağımıza olan sonsuz ehtiramın ifadəsidir

9 noyabr
.

Üçrəngli bayrağımız - müstəqilliyimizin və milli qürurumuzun simvolu - KÖŞƏ YAZISI

Bayraq sadəcə bir dövlətin rəmzi deyil. O, bir xalqın tarixini, milli kimliyini, azadlıq arzusunu və gələcəyə olan inamını özündə birləşdirir. Azərbaycan bayrağı da xalqımızın keçdiyi çətin və şərəfli yolun, müstəqillik uğrunda mübarizəsinin ən böyük simvollarından biridir. Hər il noyabrın 9-da qey

8 noyabr
.

Zəfər Günü Azərbaycanın gücünün, milli birliyinin və müstəqil dövlətçilik iradəsinin təntənəsidir

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və şanlı səhifələrindən biridir. Bu tarix yalnız 44 günlük Vətən müharibəsində qazanılmış hərbi Qələbənin ildönümü deyil, həm də Azərbaycan xalqının uzun illər ərzində qoruyub saxladığı milli iradənin, ərazi bütövlüyü uğrunda mübarizəsinin və müstəqi

9 noyabr
.

Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto

Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa

9 noyabr
.

Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı

Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla

9 noyabr
.

İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı

9 noyabr
.

Şuşadan dünyaya ünvanlanan mesajlar: İlham Əliyev və Ərdoğan Azərbaycan-Türkiyə müttəfiqliyinin gələcək hədəflərini açıqladılar

Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatları iki dövlət arasındakı münasibətlərin strateji mahiyyətini, regional siyasətdəki rolunu və gələcək əməkdaşlığın əsas istiqamətlərini bir daha gündəmə gətirdi. Şuşadan verilən mesajlar göstərd

9 noyabr