Müslüm Maqomayevin yeganə övladı haradadır?

Müslüm Maqomayevin yeganə övladı haradadır?Müslüm Maqomayev təkcə səsi ilə deyil, xarizması ilə də ətrafdakıları heyran edirdi. Təsadüfi deyil ki, yaraşıqlı Müslüm çox gənc ikən ail qurdu. 19 yaşı müğənni Ofeliya Vəliyeva ilə 1961-ci ildə dünya evinə girir. Onların evliliyi çox uzun sürməsə də Müslümün bu izdivacdan bir övladı dünyaya gəlir. Marina adlı bu qız dahi sənətkarın ilk və son övladı olur.

Təsadüfi deyil ki, bütün müsahibələrində Maqomayev həyatda ən çox sevdiyi üç şeydən biri qızı olduğunu deyirdi. Qışda doğulduğu üçün Marinanı çox zaman "qarçiçəyi" deyə çağırırdı.

Müslüm Maqomayevin qızı ilə bağlı arzusu ürəyində qaldı

Marina Bakıda anadan olub. Lakin onun bir yaşı olanda Müslüm ailəni və Bakını tərk edib Moskvaya yollanır. Moskvadakı gərgin iş rejimi, davamlı qastrollar Müslümü yorsa da o heç zaman Bakıdakı qızını unutmayıb, ona qarşı diqqətsizlik etməyib. Tez-tez qızına baş çəkib və həmişə onun xərclərini qarşılayıb.

Sonradan Marina anası ilə Amerika Birləşmiş Ştatlarına köçür. Bununla belə onların əlaqəsi kəsilmir. Müslüm Maqomayev yeni həyat yoldaşı, müğənni Tamara Sinyayevskaya ilə tez-tez onlara baş çəkməyə gedirdi.

Uşaqlıqdan Marina da yaradıcılığa maraq göstərirdi, mahnı oxumağı və rəqs etməyi sevirdi. O da atası kimi pianoda gözəl ifa edirdi. Ona görə də, Müslüm Marina ilə birgə səhnədə konsertlər verməyi çox istəyirdi. Lakin Marina başqa bir yol seçərək atasının sənətini davam etdirmədi.

Nəvə də Maqomayevin yolunu davam etdirmədi

Hazırda ABŞ-da yaşayan Marina Maqomayeva şəxsi həyatını gizli saxlamağa üstünlük verir. Jurnalistlərlə çox nadir hallarda ünsiyyət qurur.

Xatırladaq ki, Marina atasının dostunun oğlu - Aleksandr Kozlovski ilə evlidir. Onların Alen adlı bir oğulları var. Alenin gözəl səsi olmasına baxmayaraq o da babasının yolu ilə getmədi. O, hazırd ABŞ-ın Ohayo ştatında yaşayır və prodüserlik edir.


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 2610   Tarix: 18 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

İlham Mirzəyevin vəziyyəti ağırdır

Teleaparıcı İlham Mirzəyevin vəziyyəti açıqlanıb. Mərkəzi Klinikadan "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hazirda xəstənin vəziyyəti ağırdır. "Xəstə sol mədəciyin ön divarının miokard infarktı, kardiogen şok vəziyyətində qəbul olunub. Angioplastika icra olunub və sten

7 sentyabr
.

Xəstəxanaya yerləşdirilən aktyor səhhətindən yazdı

Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərov səhhəti ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, aktyor müalicəsinin başa çatdığını, evə buraxıldığını bildirib. Özünü yaxşı hiss etdiyini deyən R.Səfərov müalicəsini ev şəraitində davam etdirəcəyin

25 sentyabr
.

5 saat əməliyyat olunan Aqil Məlikov: "Məndən gizlətdilər"

İyulda açıq ürək əməliyyatı olunan Əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikov "Evdəkilərə salam" verilişində səhhətində yaranan problemdən danışıb. Axşam.az xəbər verir ki, sənətçi bir müddət təngnəfəslik yaşasa da, əvvəlcə buna əhəmiyyət vermədiyini bildirib:. "Bir az tənginəfəs olurdum

18 oktyabr
.

Elmira Şabanova dəfn edildi - Yenilənib - Foto

Xalq artisti Elmira Şabanova ilə vida mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, Təzəpir məscidində baş tutan mərasimdə mərhum sənətkarın ailə üzvləri, sənət dostları və mədəniyyət xadimləri iştirak edirlər. Qeyd edək ki, E.Şabanova ötən gün 86 yaşında dünyasını dəyişib. O, Yasamal qəbiristanlığınd

26 noyabr
.

Azərbaycanın Əməkdar artisti DÜNYASINI DƏYİŞDİ - FOTO

Əməkdar artist Xalidə Gözəl (Əhmədova) vəfat edib. xəbər verir ki, bu haqda məlumatı aparıcı Elgiz Əkbər yayıb. O bildirib ki, diktor bu gün dünyasını dəyişib. Onun ölüm səbəbi məlum deyil

25 oktyabr
.

Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu təbrik edib. "Qafqazinfo" xəbər verir ki, o, bununla bağlı "Instagram" hesabında paylaşım edib. "Bu gün Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun 80 yaşı tamam olur

26 oktyabr
.

"Evdə tək"in aktyoru vəfat etdi

Britaniyalı məşhur aktyor Tim Karri 80 yaşında vəfat edib. "Qafqazinfo" "TMZ" nəşrinə istinadən xəbər verir ki, o, avqustun 25-i dünyasını dəyişib. Məlumata görə, aktyorun ölüm səbəbi barədə dəqiq məlumat verilmir, lakin hüquq-mühafizə orqanları zorakılıq əlamətlərinin aşkar edilmədiyin

27 avqust
.

Elmira Şabanova vəfat etdi

Xalq artisti Elmira Şabanova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu haqda aktrisanın ailəsi məlumat yayıb. E. Şabanova bu gün 86 yaşında dünyasını dəyişib

25 noyabr
.

Mona Lizanın hansı xəstəlikdən əziyyət çəkdiyi ehtimal olunur

İtaliyalı dermatoloq Luici Layno məşhur rəssam Leonardo da Vinçinin əsərində təsvir olunan qadının saç tökülməsinə səbəb olan autoimmun xəstəlikdən - ocaqlı alopesiyadan əziyyət çəkə biləcəyini ehtimal edib. Qaynarinfo xəbər verir ki, bu barədə onun "Clinics in Dermatology" jurnalında dər

23 oktyabr