Həbs olundu, oğlu dünyaya gələndə ağır xəstə yatdı - Onu ruhi xəstəxanadan kim xilas elədi?

Həbs olundu, oğlu dünyaya gələndə ağır xəstə yatdı - Onu ruhi xəstəxanadan kim xilas elədi?Sonxeber.az Kulis.az-a istinadən Xalq artisti Rasim Balayev haqqında 10 maraqlı faktı təqdim edir.

Ailənin böyüyü Rasim boyca hündür olsa da, çəlimsizin biri idi, hətta kiçik bacı-qardaşları ondan böyük görünürdülər, amma bu uşağın oxumağa, öyrənməyə o qədər həvəsi vardı ki, 5 yaşında artıq əlifbanı bilir, 6 yaşında heç kimin köməyi olmadan kitab oxuyurdu. Ona görə də valideynləri qərara gəlirlər ki, Rasimi 6 yaşından məktəbə göndərsinlər.

Rasim məktəb illərində ədəbiyyat müəllimi Nabat müəllimənin sayəsində ədəbiyyatı, sənəti sevdi:

"Nədənsə, mənim şeir deməyim, əsərləri intonasiyalı oxumağım onun xoşuna gəlirdi. Sinifdə dram əsərlərini rollara görə bölüşdürürdü, aramızda səhnələşdirilmiş kimi oxuyurduq əsəri. O vaxt radio-tamaşalar olurdu, onlara qulaq asırdım və bu da sinifdə rolumu yaxşı oynamağıma kömək edirdi".

***

Üçüncü kursda oxuyanda bərk soyuqlayır. Qış sessiyası öncəsi rayona gedir ki, anası ona qulluq etsin. Ancaq soyuqdəyməsi keçmir. Rayonda bir dostu ilə Ağsu xəstəxanasına yollanırlar. Xəstəxananın həyətində bir gənc oğlanla dostunun sözü düz gəlmir, dalaşmalı olurlar. Rasim də, təbii ki, dostuna kömək etməyə çalışır və dava böyüyür. Onları tutub milis məntəqəsinə gətirirlər. Bu dava isə həmin dövrdə xırda xuliqanlığa az qala terrorizm qədər cəza kəsildiyi dövrə təsadüf edir. Sovet milisi xuliqanlığa görə Rasimi həbs edir.

Rasim həbsdəki günlərini danışır:

"100 gün Gəncə həbsxanasında yatdım. Həmin 100 gün mənə bütöv bir həyat dərsi oldu. Çox burnu yuxarı idim, həyat mənim üçün əyləncə idi elə bil. Həbsxana həyatı göstərdi ki, əslində həyat nədir".

***

Rac Kapurun o vaxt bütün Sovet İttifaqına yayılan filmləri Rasimdə bu sənətə maraq oyatmışdı, bütün günü dostları üçün Rac Kapurun rollarını oynayardı.

Rasim Balayev sevdiyi əmisi qızı ilə evlənmişdi. Bakıda bir erməninin evində kirayədə yaşayırdılar. Bir gün atasının ölüm xəbərini alır. 1972-ci ildə sarsıntı, əziyyət o həddə çatır ki, Rasim xəstəxanaya düşür. Həmin vaxt onun ikinci oğlu dünyaya gəlir. Rasim xəstəxanadan xəbər göndərir ki, adını Asim qoyun, ölsəm yalnız "R" hərfini adın əvvəlinə əlavə edərsiniz. Depressiya onu çox pis hala salmışdı.

İsa Hüseynovla Həsən Seyidbəyli Nəsimi roluna aktyor axtarırdılar. Bir gün Həsən Seyidbəylinin yadına Tədris Teatrında gördüyü oğlan düşür və tapşırır ki, ona ssenarini verin oxusun, sınağa gəlsin. Rasim ona xəstəxanada təqdim olunan ssenarini oxumadan qaytarır ki, mənim ömrümə az qalıb, sizi naümid etməyim. İkinci rejissor bu sözləri Həsən Seyidbəyliyə çatdırır. Rejissor həmin anda Səhiyyə nazirinə zəng vurur. Bu xahişdən sonra Rasim yenidən müayinədən keçirilir və onu Mərdəkana əsəb sanatoriyasına göndərirlər. Orda müalicə ala-ala Rasim Nəsiminin məşqlərinə başlayır.

1973-cü ildə "Azərbaycanfilm"in Bədii Şurası Rasimin həyatı ilə bağlı çox önəmli bir qərar verir - onu Nəsimi roluna təsdiqləməklə həm də ölümün pəncəsindən qoparır. Rasim sevindiyindən uşaq kimi hönkür-hönkür ağlayır. "Nəsimi" filmi Rasim üçün uğurlu başlanğıc oldu. Filmin ilk nümayişinin səhəri Rasim artıq bütün Sovet İttifaqında məşhur idi.

***

Bir dəfə Moskvada, kino festivalı vaxtı Rasim Balayev köşklərdə bir aktyorun şəkillərinin satıldığını görür. Şəkilləri Azərbaycandan gedən başqa sənətkarlar da görüb, Rasimə deyirlər ki, öz şəklindən birini də özün al. Rasim elə bilir zarafat eləyirlər onunla, cavab verir ki, hə, mənə yaman oxşayır. Yaxınlaşıb köşkdən şəkli alır və baxır ki, arxasında Rasim Balayev və onun haqqında məlumat yazılıb. O vaxt aktyor hələ öz məşhurluğunun fərqində belə deyilmiş.

Ümumittifaq, beynəlxalq kino festivallarının iştirakçısı kimi Rasim Balayev az qala dünyanın yarısını gəzir. Uşaqlıq kumiri Rac Kapurla bir səhnədə mükafat alır. Ən yaxşı kişi roluna görə nominasiyanın qalibi olur.

Ömür boyu bir aktyorun ala biləcəyi bütün mükafatları Rasim Balayev yalnız Nəsimi roluna görə almışdı.


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 2162   Tarix: 19 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Onun mahnısını oğurlayıb Sibel Cana satıblar" - Bəstəkarın xanımı

Mərhum bəstəkar Tahir Əkbərin oğurlanmış əsərləri ilə bağlı Türkiyədə araşdırma başladılıb. xəbər verir ki, bu barədə -a mərhum bəstəkarın xanımı Aybəniz Əkbər məlumat verib. Onun sözlərinə görə, bəstəkarın bir neçə əsərinin illərdir oğurlanaraq Türkiyədə başqa adlar altında istifadə edilməsi ilə bağl

16 yanvar
.

Aktyorların belə pul ala bilmədiyi kino necə tarixin ən yaxşı 5-ci filmi oldu?

IMDb-nin ən yaxşı 250 film siyahısında yer alan, 1957-ci ildə nümayiş olunan və illərlə dərs materialı kimi istifadə edilən bir film var. Bəs çəkildiyi dövrdə heç bir kassa uğuru qazanmayaraq, bəzi aktyorların hətta pulunu belə ala bilmədiyi filmin hekayəsi nədir?. Qaynarinfo xəbər verir ki, söhbət Sidne

25 noyabr 2025
.

AzTV-də "100 il" adlı qısametrajlı sənədli film yayımlanıb.

Ekran işi Azərbaycanda radio və televiziya yayımının tarixi inkişaf yoluna həsr olunub. Filmdə milli medianın formalaşması, müxtəlif ictimai-siyasi mərhələlərdən keçərək bu günədək gəlib çatması, həmçinin radio və televiziyanın informasiya, maarifçilik və mədəni irsin qorunmasındakı rolu əks etdirilib

29 dekabr 2025
.

Qəzetlər də bahalaşdı

Azərbaycanda bir sıra qəzetlər bahalaşıb. "Trend"ə istinadən xəbər verir ki, artımlar yanvarın 5-dən başlayaraq tətbiq edilir. Belə ki, hazırda "525-ci qəzet" 40 qəpik artırılaraq 1 manata, "Bakı Xəbər" 40 qəpik artırılaraq 60 qəpiyə, "Novoye Vremya" 60 qəpik artırılara

6 yanvar
.

Alim Qasımovdan MaNganın təklifinə cavab

Türkiyənin məşhur "MaNga" qrupu Xalq artisti Alim Qasımovla bağlı açıqlaması ilə diqqət çəkib. "MaNga" qrupunun aparıcı solisti Ferman Akgül Bakı konsertindən əvvəl jurnalistlərə açıqlamasında Alim Qasımovla duet oxumaq istədiklərini deyib. Məsələ ilə bağlı -a danışan Alim Qasımo

19 yanvar
.

Məşhur aktrisa ikinci dəfə ana olub?

Sosial şəbəkədə aktrisa Ülviyyə Əliyeva ilə bağlı hamiləlik xəbərləri yayılıb. xəbər verir ki, aktrisa bu haqda açıqlama verib. "Afaqla onlar" verilişinə danışan Ülviyyə, iddiaları təkzib edib:. "Bu iddialara səbəb çox güman ki, sosial şəbəkədə uşaq bezini reklam etməyim olub. İnşalla

15 dekabr 2025
.

"Qayınana"nın ssenaristi vəfat etdi

"Qayınana", "Qəribə adam, "Narahat adam" və bir sıra filmlərin ssenari müəllifi olmuş, aktrisa Marqarita Maleyeva vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə aktyor Cavanşir Hadıyev sosial şəbəkə hesabında paylaşıb. Qeyd edək ki, Marqarita Maleyeva SSRİ və Azərbaycan SS

6 yanvar
.

"Qısaca deyim ki, atlar ölüb, itlərin bayramıdır…" - Fotolar

Mərhum Xalq artisti Ramiz Novruzun aktyor-müğənni oğlu Cavidan Novruz atası ilə bağlı təsirli paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, o, instaqram hesabında atasının səhnədə çəkilmiş fotolarını paylaşıb. Oğlu sənətkarla bağlı bir xatirəsini də bölüşüb: "Bir dəfə uşaq vaxtı gedib atamı

10 yanvar
.

Azərbaycanda tanınmış rəssam vəfat etdi

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Bədii keramika, şüşə və metal" kafedrasının müəllimi olmuş tanınmış rəssam Ədalət Məmmədov vəfat edib. xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası məlumat yayıb. Qeyd edək ki, Ədalət Məmmədov Bakı İncəsənət kollecində, daha sonr

22 noyabr 2025