"Yeganə ilə rəis müavininin vatsap yazışması əlimizdədir" - Ölən iş adamının xanımı

"Yeganə ilə rəis müavininin vatsap yazışması əlimizdədir" - Ölən iş adamının xanımıXəbər verdiyimiz kimi, ötən ay Şəmkirdə iş adamı Arzu Cabbarov damarlarının kəsilməsi nəticəsində aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Bir neçə gün öncə isə sosial şəbəkələrdə Yeganə Yusifova adlı qadının çıxışı yayımlanıb və o, A.Cabbarovun polislər tərəfindən qurulan plan nəticəsində öldüyünü iddia edib. Belə ki, qadın Şəmkir Rayon Polis Şöbəsinin rəis müavini Bayram İsmayılovun onu iş adamına qarşı qurulan planda iştiraka məcbur etdiyini bildirib. Y.Yusifova iddia edib ki, tapşırığa əsasən, o, iş adamı ilə görüşərək intim görüntülərini çəkməli və bundan ona qarşı şantaj kimi istifadə etməli imiş. Əvəzində isə rəis müavini onun barəsində RPŞ-də olan şikayətləri (Polis Şöbəsinə qadının dələduzluq əməlləri ilə bağlı müraciətlər daxil olub-red.) xitam edəcəyini, bundan başqa ona pul verəcəklərini vəd edib.

DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev "Qafqazinfo"ya açıqlama verərək sosial şəbəkələrdə yayılan iddiaların əsassız və böhtan xarakterli olduğunu bildirib: "Bu iddiaların kökündə o dayanır ki, ailə üzvləri A.Cabbarovun ölümünün təşkil olunmasını bildirməklə, Yeganə Yusifovanın evində olması, həmin qadının Polis Şöbəsində döyülməsi və təhqir olunması barədə şikayətinin mahiyyətini dəyişdirsinlər.

Fotoda: Yeganə Yusifova
"Yeganə ilə rəis müavininin vatsap yazışması əlimizdədir" - Ölən iş adamının xanımıÇünki ailə istəyir ki, Şəmkir rayonunda mərhum barədə yayılan qeyri-etik məzmunlu faktları ört-basdır etsin, ölümün səbəbkarı kimi Şəmkir Rayon Polis Şöbəsini əməkdaşları göstərilsin. Ancaq bu uydurma iddialar həqiqətin üstündən xətt çəkmək gücündə deyil, istintaqda əsaslı sübutlar var.

Y.Yusifovanın evində baş verən münaqişədə qapı şüşəsinin sınmasından xəsarət alan şəxsin həmin gecə qadın tərəfindən hansı məqsədlə evə çağırılması faktı, eləcə də, mərhumun "Viagra" dərmanından istifadə etməsi bütün suallara cavabdır".

DİN rəsmisi vurğulayıb ki, Y.Yusifovanın ona təzyiq olunması ilə bağlı iddialarına gəlincə, onun dələduzluq əməlləri ilə bağlı 5-dən artıq epizod üzrə cinayət faktı var və istintaq gedir: "Bütün iddialar faktsız olmaqla subyektiv mülahizələrə əsaslanır və digər xüsusatlar da istintaqla araşdırılır".

İş adamının həyat yoldaşı Zəminə Əhmədova isə DİN-in mövqeyi ilə razılaşmayıb. O, "Qafqazinfo"ya müraciət edərək ərinin intihar deyil, polislərin yetirdiyi xəsarət nəticəsində öldüyünü iddia edib. Qadın bildirib ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan əri 4 ildir ki, Şəmkir Rayon Polis Şöbəsinin rəis müavini Bayram İsmayılovla mübahisəli olub:

"Bayram tez-tez Arzudan pul tələb edirdi, yoldaşım da deyirdi ki, qanuna uyğun işləyirəm, sənə nə üçün pul verməliyəm? Arzu ona deyirdi ki, sənə heç vaxt pul verməyəcəyəm. Bayram İsmayılovun göstərişi ilə Feyruz və Etibar adlı polislər qabaqcadan hazırlanmış ssenariyə uyğun olaraq Yeganə Yusifova adlı qadın vasitəsilə Arzunun intim videosunu çəkib hədələyərək pul istəyiblər. Mayın 7-də Şəmkirdə yerləşən "SUM 28" deyilən yerdə plana uyğun olaraq Feyruz adlı polis əvvəlcədən ora gedib. Saat 17 radələrində Arzu otaqda olarkən Feyruz əlində telefonla çəkiliş edərək həmin otağa daxil olub və Arzu ilə mübahisə ediblər. Həmin vaxt pəncərənin şüşəsi sınıb, Feyruz yerdən şüşə qırıntısını götürərək Arzunun qoluna zərbələr endirib. Sonuncu zərbə Arzunun sol əlinin damarını kəsib.

Fotoda: Arzu Cabbarovun xəstəxanaya aparıldığı iddia edilən maşın
"Yeganə ilə rəis müavininin vatsap yazışması əlimizdədir" - Ölən iş adamının xanımıDaha sonra ərimin öz maşını ilə həmin yerdə olan Etibar adlı digər polis əməkdaşı Şəmkir xəstəxanasına aparıb. Ardınca da hadisəni gizlətmək üçün Yeganəni polis şöbəsinə aparıb 1 həftə orada saxlayıblar. Orada Yeganəni döyərək xəsarət yetiriblər ki, ekspert gələndə həmin izləri görsün. Plan belə qurulub ki, guya Arzu Yeganə ilə mübahisə edərək onu döyüb, münaqişə vaxtı da özü xəsarət alıb. Yeganə bizə səs yazıları təqdim edib. Həmin səsdə ekspertin onların istədiyi kimi rəy verdiyi deyilir. Üstəlik, Yeganə şöbədən buraxıldıqdan sonra polislər ona Gəncədə kirayə mənzil tutublar, 300 manat da pul veriblər. Bank kartına 4 dəfə pul göndəriblər. Bunların da səs yazıları və qəbzləri əlimizdədir. Təzəlikcə, Yeganə ilə rəis müavini arasında olan vatsap yazışmaları da bizə təqdim edilib. Səs yazıları istintaqa təqdim ediləcək. Şəmkir RPŞ-nin rəis müavini Bayram İsmayılovun Feyruz və Etibarla əlbir olaraq hədə-qorxu ilə sahibkarlardan pul yığmasını sübut edən çoxlu faktları istintaqa təqdim edəcəyik. Şəmkir xəstəxanasına da müraciət etmişik ki, Arzunu ora kimin gətirdiyini bilmək üçün kamera görüntüləri verilsin".

Zəminə Əhmədovanın iddiaları ilə bağlı yenidən DİN-in Mətbuat Xidməti ilə əlaqə saxladıq. Xidmətin şöbə rəisi Elşad Hacıyev bildirdi ki, iddialar tamamilə absurd və əsassızdır.
"Yeganə ilə rəis müavininin vatsap yazışması əlimizdədir" - Ölən iş adamının xanımı"Yeganə ilə rəis müavininin vatsap yazışması əlimizdədir" - Ölən iş adamının xanımı


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 3409   Tarix: 20 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu hal cinayət hesab ediləcək

Dövlətə məxsus olan hüquqi şəxslərin vəsaitindən təyinatı üzrə istifadə etməmə cinayət hesab olunacaq. xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən, dövlət büdcəsinin

21 aprel
.

Həmin 15 yaşlı məktəbli saxlanıldı

Aprelin 18-i sosial şəbəkələrdə 87 nömrəli tam orta ümumtəhsil məktəbi ilə bağlı təhlükəsizlik təhdidi və müəllimlərə qarşı təhqiredici məzmunlu paylaşımlar yayılıb. DİN-in Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, məsələ dərhal nəzarətə götürülərək yayılan iddialar tam və hərtərəfl

21 aprel
.

Psixiatriya xəstəxanasında ölən Miri ilə bağlı - Həbs edilən var

Aprel 4-də Gəncə Şəhər Psixiatriya Xəstəxanasında müalicə alan 1992-ci il təvəllüdlü Miri İsmayılovun ölməsi faktı ilə bağlı Gəncə şəhər prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən "Qafqazinfo"ya məlumat verilib. Qeyd edili

22 aprel
.

Bakıda ər-arvad qətlə yetirildi

Bakıda qətl hadisəsi baş verib. -a istinadən xəbər verir ki, hadisə mayın 25-i səhər saatlarında paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən mənzillərin birində qeydə alınıb. Qarət məqsədilə evə daxil olan naməlum şəxs ev sahibləri - 1946-cı il təvəllüdlü Sabir Əliyev və həyat yoldaşına bıçaql

25 may
.

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

Respublika Perinatal Mərkəzində körpələrin öldüyü yanğınla bağlı açılan cinayət işi üzrə ittiham olunan mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva 7 il 3 ay müddətə azadlıqdan məhrum edilib. "Report"un məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanı

4 iyun
.

25 yaşlı oğlan bıçaqlandı

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, 1996-cı il təvəllüdlü Anar Lətiflinin mübahisə zəminində həmyerlisi 2001-ci il təvəllüdlü Anar Əkbərovu bıçaqlamasına əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı araşdırma başlanılıb

1 iyun
.

70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu

İstanbul Hava Limanında 70 kiloqram qaçaqmal qızılla tutulan polkovnik-leytenant Qəhrəman Məmmədov barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılmış cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçirilən iclasda hökm oxunub

27 aprel
.

Həmin şagird həbs edildi

Bakıda sinif yoldaşına yanıq xəsarəti yetirməkdə ittiham olunan məktəbli cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, o bu gün məhkəmə qarşısına çıxarılıb. Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, 286 nömrəl

22 aprel
.

Anasını öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin BƏZİ DETALLARI

67 yaşlı anasını yad kişilərlə yüngül həyat keçirməsini bəhanə edərək qətlə yetirən Emil Ağayevin cinayət işinin bəzi detalları məlum olub. "Unikal"a istinadla xəbər verir ki, hadisə 2026-cı il yanvarın 24-də Sabunçu rayonu, Ramana qəsəbəsi, "Gülçülük sovxozu" ərazisində baş verib

12 may