Döyüşdə onunla üz-üzə gəlmək intihar deməkdir - ONU TANI

Döyüşdə onunla üz-üzə gəlmək intihar deməkdir - ONU TANI"Şuşaya girəndə özümü çox xoşbəxt hiss etdim. Vicdanımın nə qədər rahatlıq içində olduğunu hiss etdim".

Bunu sonradan, lap sonradan deyəcəkdi, Şuşa fatehi. Bundan xeyli əvvəl, 2020-ci il noyabrın 8-də isə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti belə bir məlumat yaymışdı:

"Ali Baş Komandan, Prezident İlham Əliyev Birlik komandiri general-leytenant Hikmət Mirzəyevə zəng edib. Ali Baş Komandan Şuşa şəhərinin işğalçılardan azad edilməsi münasibətilə Hikmət Mirzəyevi təbrik edib. Dövlətimizin Başçısı Şuşanın azad edilməsində qəhrəmancasına və rəşadətlə iştirak etmiş hərbi qulluqçulara, Silahlı Qüvvələrimizin bütün şəxsi heyətinə təbriklərini çatdırmışdır. General-leytenant Hikmət Mirzəyev şəxsi heyət adından Ali Baş Komandana dərin təşəkkürünü ifadə etmişdir. O, Ali Baş Komandanın əmrlərini yerinə yetirmək və etimadını doğrultmaq üçün şəxsi heyətin hər zaman hazır olduğunu məruzə etmişdir".

Hə, "Onu tanı"da bu dəfə əfsanə komandir, Şuşa fatehi, general- leytenant Hikmət Mirzəyevdən bəhs edəcəyik...
Haqqında demək olar ki, məlumat yoxdur onun. Heç hansı ildə anadan olduğunu da axtarıb tapa bilmədik. Bircə o məlumdur; ad gününü 4 ildən bir keçirir, çünki fevralın 29-da doğulub. Biləsuvarda.

Birinci Qarabağ müharibəsində iştirak etmiş, xüsusi təyinatlı taborun üzvü olub. O, Ümummilli lider Heydər Əliyevin Prezident olduğu illərdə polkovnik-leytenant hərbi rütbəsini daşıyıb. Ona polkovnik rütbəsini də məhz Heydər Əliyev təqdim edib. Hikmət 19 yanvar 2002-ci ildə general-mayor ali hərbi rütbəsinə layiq görülüb.
17 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev general-mayor Hikmət İzzət oğlu Mirzəyevi general-leytenant ali hərbi rütbəsi ilə təltif edib.

2016-cı ilin aprel döyüşlərində işğal edilmiş torpaqların azad edilməsində əsas rol oynayan xüsusi təyinatlılar 2018-ci ildə Ordunun 100 illiyi münasibəti ilə keçirilən hərbi paradda general Hikmət Mirzəyevin başçılığı altında keçiblər.
Komandir Cəbrayıl rayonunun, Şuşa şəhərinin işğaldan azad edilməsi əməliyyatının rəhbəridir. Vətən müharibəsi qəhrəmanıdır. Bir dəfə həmkarımız Elçin Alıoğlu Hikmət Mirzəyevlə bağlı yazmışdı: "O, dünyanın istənilən bölgəsində, istənilən relyefdə (dağ, meşə, səhra, su və s.) mümkünsüz olan hərbi əməliyyatları həyata keçirə bilən sərkərdədir. Döyüşdə Hikmət Mirzəyevlə üz-üzə gəlmək rəsmən intihar deməkdir. Onun xüsusi əlbəyaxa döyüş bacarığı, soyuq və odlu silahlardan möcüzəvi şəkildə istifadə etmək məharəti sadəcə inanılmazdır. Biz bütün bunları filmlərdə görmüşük. Şuşanın işğaldan azad edilməsi bunun təsdiqidir. Ali Baş Komandan İlham Əliyevin Hikmət Mirzəyevi Şuşanın işğaldan azad edilməsi münasibəti ilə təbrik etməsi təsadüf deyildi".

Onunla birgə savaşan və adının çəkilməsini istəməyən döyüşçülərdən biri deyirdi: "Çox sərt və qəddar görünür. Amma bir o qədər də həssas, istiqanlı insandır. O, qorxu nədir bilmir, tanımır. Döyüşdə mərmilər yağış kimi səpələnirdi. Bir tərəfdən də snayperlər nişan alırdı, başımızı qaldıra bilmirdik. Amma o, uzaqdan bizi gördü, ayaq üstə, yeriyə-yeriyə yanımıza gəldi. Bir az söhbət elədi ki,kefimiz açılsın. Sonra eynilə mərmi yağışının içindən durdu, getdi. Hətta bizim uşaqlardan biri qalxıb, onu snayper atəşindən qorumaq üçün yanında getmək istədi.
General dedi ki, siz özünüzü qoruyun, məndən nigaran qalmayın. Ümumiyyətlə, çox mərd və cəsarətli adamdır. Öz şəxsi heyətini, XTQ mənsublarını kiməsə əzdirməz. Belə bir cəngavər savaşçıdır". Hərbi ekspert Ədalət Verdiyev də Hikmət Mirzəyevlə bağlı danışıb:

"Onunla 1992-ci ildə birgə xidmət etmişəm, sonra ayrılmışam. Bilirəm ki, həm birinci, həm də ikinci Qarabağ savaşında kifayət qədər uğurla iştirak edib. Hikmət peşəkar hərbçidir. Əvvəlcə hərbi məktəbi, sonra Türkiyədə hərbi akademiyanı bitirib. Ardınca Xüsusi Təyinatlıların kurslarından sertifikatlar alıb. Azərbaycanda hərbçi kimi nümunə axtarsaq, birinci general-leytenant Hikmət Mirzəyevi göstərmək olar. Sadə olmaqla yanaşı tələbkar, peşəkar, öz işinin ustasıdır".

Hərbi ekspertlərin dediyinə görə, onun yetişdirdiyi xüsusi təyinatlı qüvvələr digər qoşun növlərindən tamamilə fərqlənirlər. Xüsusi təyinatlı zabitlərimiz ordunun görən gözü, vuran qolu, düşünən beyni hesab olunur. H.Mirzəyev dünya miqyasında qəbul olunan əfsanəvi hərbçidir. O, dünyanın istənilən bölgəsində, istənilən relyefdə mümkünsüz olan hərbi əməliyyatları həyata keçirə bilən sərkərdədir./Lent


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1681   Tarix: 26 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

"Müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Onları

17 sentyabr