Aqil M. Quliyevə görə Kürdəxanı həbsxanasına getdi,ölümü qəfil baş verdi - Amalya Pənahova haqda bilmədiklərimiz

Aqil M. Quliyevə görə Kürdəxanı həbsxanasına getdi,ölümü qəfil baş verdi - Amalya Pənahova haqda bilmədiklərimizAzərbaycanda aktrisa sözü dilə gələndə ilk yada düqşən 3 sənətkardan biridir. Azərbaycan filmində səsi və və obrazı ilə unudlmaz mövqe tutdu.

Biri var idi, Öldüyü günə qədər cazibəsini itirməyən xalq artisti Amaliya Pənahova...
Amaliya Əliş qızı Pənahova 1945-ci il iyunun 15-i Gəncə şəhərində anadan olub. Ailədə üç uşaq olublar. Amaliyanın on yaşı olanda ailəsi ilə birgə Bakıya köçüblər. 1966-cı ildə on yeddi yaşı olanda Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu ixtisası fakültəsinə daxil olub. Elə həmin il də gələcək həyat yoldaşı Yusiflə tanış olub ailə qurublar. Onların bir oğlu, bir qızı dünyaya gəlib. Yusif bəy Amaliya xanımın əlindən tutub teatra gətirən insan olub.
1964-cü ildən ömrünün sonunadək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradır. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi rollar aktrisaya böyük populyarlıq gətirir.
18 yaşı olanda İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" tamaşasına Nargilə roluna dəvət olunur. Tofiq Kazımovun quruluşunda təqdim olunan bu tamaşa ona çox böyük uğur gətirir.
Babək filminin çəkilişləri zamanı Amaliya xanım Pərvin roluna çəkilən, Qazaxıstandan dəvət olunan aktrisa Tamara Yandiyevanın bu rola çəkilməsini istəməyib. Ona görə də çəkilişlər zamanı aktrisaların münasibətləri yaxşı olmayıb.
"Bəbək" filmində çəkildiyi Zərnisə obrazı ilə Azərbaycan kino tarixinə ən açıq səhnələrdə rol alan aktrisalardan biri kimi düşüb.

1968-ci və 1972-ci illərdə Azərbaycan Lenin Komsomolu və Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb. Teatr və kino sənətinin inkişafındakı böyük xidmətlərinə görə ona 1974-cü ildə Azərbaycan SSR Əməkdar artisti, 1985-ci ildə isə Azərbaycan SSR Xalq artisti fəxri adı verilib.
1982-ci ildə ilin aktrisası elan edilir, 1998-ci ildə isə türk dünyasının birinci kino festivalında türk dünyasının altı populyar aktyoru sırasında adı qeyd olunur.
Aktrisa həmçinin rejissor kimi də özünü sınayır. 43 illik sənət fəaliyyəti dövründə 12 televiziya və teatr tamaşasına quruluş verib ki, bunların çoxu lentə alınıb, hazırda televiziyanın Qızıl fondunda saxlanılır. Bunlardan "Mənim günahım", M. Muradın "Təkan", "Sənsiz", "Tomris", "Dəli Domrul" və s. xüsusi qeyd etmək olar.
Biri var idi, Öldüyü günə qədər cazibəsini itirməyən xalq artisti Amaliya Pənahova...
2013-cü ildə "Obrazın yaranma prosesində aktyor yaradıcılığında ikinci planın təcəssüm vasitələri" mövzusunda doktorluq işini müdafiə edərək sənətşünaslıq elmləri doktoru elmi adını alıb.
Amaliya xanım ömrünün son illərində plastik əməliyyatlar etməsi ilə daha çox gündəmdə olub. Bir neçə il əvvəl aktrisanın simasını o qədər də xoş əks etdirməyən fotoların yayılması Amaliya xanıma çox pis təsir edir. İnsanların onu o cür görməsini istəmədiyini açıqlayır. Və həmin fotonu yayan insandan incikliyini dilə gətirir.
Azdramada "Təhminə və Zaur" hazırlananda Fuad Poladov Zaur, Amaliya Pənahova isə Təhminə roluna təsdiq olunur. Lakin hər iki aktyor bir-biri ilə küsülü olurlar. Kişi olaraq məsələni öz üzərinə götürən aktyor Amaliya xanımla danışıb, onunla barışır və rollarını ifa edirlər. "Təhminə və Zaur" tamaşası teatr tarixinin ən uğurlu tamaşalarından birinə çevrilir.

"Təhminə" filmi çəkilən zaman aktrisa güman edir ki, filmin rejissoru Rasim Ocaqov onu Təhminə roluna dəvət edəcək. Lakin Təhminə roluna türkiyəli aktrisa Meral Konrat dəvət olunur. Türkiyədə festivalda olan zaman Rasim Ocaqov Amaliya xanımı böyük sənətkar kimi təqdim edib tərifləyərkən Amaliya xanım etiraz edir. Müsahibələrinin birində Amaliya xanım deyir:
"Çıxışını bitirəndən sonra Rasim müəllimə dedim ki, düz demirsiniz, gözünüzdə böyük olsaydım, heç olmasa "Təhminə"də məni sınaq çəkilişlərinə dəvət edərdiniz. Yoldaşım da yanımdaydı. Dedi, səni necə çəkəydim, yoldaşından qorxdum, açıq-saçıq səhnələr vardı. Amma o, səhnələrdə nə vardı axı? Onu elə başa salacaqdım, heç istəməyəcəkdi o səhnəni çəksin".
Sağlığında hər şeyi etdi. Amaliya xanım danışırdı ki, teatrda nə qədər qalmaqallar olub. O vəziyyətdən necə çıxıb. Onunla ölümündən əvvəl telefon vasitəsi ilə danışdıq, halallaşdıq. Xırda söz-söhbətimiz oldu. Amma hər şeyə görə bu həyatda ona çox sağ ol demişəm. Mərd xanım idi. İnsanlar məndən üz döndərəndə, xalq düşməni hesab edəndə dəstək olan beş-altı nəfərdən biri idi. Ondan heç gözləməzdim. Amaliya xanım utanmadan, çəkinmədən Kürdəxanıya gəldi. Kağızları tökdü və yaradıcılıq haqda müzakirə apardıq. Dedim, Amaliya xanım, daha gəlməyin, cavab verdi ki, biz dostuq, bu nə söhbətdir. 36 gün həbs həyatı yaşadım. O hadisə həyatımı çox dəyişdi, bütün ətrafımı sildim, iki-üç nəfəri çıxmaq şərti ilə".
Amaliya xanım 2018-ci il noyabrın 8-də 73 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişir. Qurd qapı məzarlığında dəfn edilir. Onun vəfatından dəfninə qədər keçən qısa müddətdə ölkədə ən çox danışılan məsələ Amaliya Pənahovanın Fəxri Xiyabanda dəfn olunacağı ilə bağlı olsa da, Xalq artisti "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırıldı.


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 2721   Tarix: 26 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Səbinə İskəndər - akvarel sənətinin inkişafına töhfə verən peşəkar rəssam və kurator

Səbinə İskəndər yerli və beynəlxalq bədii sərgilərin təşkili sahəsində zəngin təcrübəyə malik peşəkar rəssam və kuratordur. O, həm Azərbaycanda, həm də xarici ölkələrdə sərgilənən əsərləri, yaradıcı axtarışları və özünəməxsus bədii üslubu ilə seçilir. xəbər verir ki, akvarel sənətinə xüsusi bağlılığ

17 iyun
.

AMEA prezidenti: "Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatında yeni mərhələ yaradıb"

"Nəriman Həsənzadə sovet ideologiyasının buxovlarını yumşaldaraq Azərbaycan ədəbiyyatını real həyata yaxınlaşdıran sənətkarlardan biri idi". xəbər verir ki, bu fikirləri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Xalq şairi Nəriman Həsənzadənin vida mərasimində çıxışı zamanı səsləndirib

2 avqust
.

1700 illik nadir "Odisseya" parçası tapıldı

Niderlandda qədim əlyazmaları araşdıran tədqiqatçı kitabxana kolleksiyasındakı kitabların birinin arasında Homerin "Odisseya" əsərindən təxminən 1700 il əvvələ aid nadir fraqment aşkar edib. "Qafqazinfo" xəbər verir ki, Radboud Universitetindən yunan dili üzrə mütəxəssis doktor Mar

18 sentyabr
.

Mehriban Zəkidən Fəxrəddin Manafovla bağlı paylaşım

Xalq artisti Mehriban Zəki həmkarı, Xalq artisti Fəxrəddin Manafovun ad gününü təbrik edib. Axşam.az xəbər verir ki, aktrisa sosial şəbəkədə birlikdə çəkildikləri fotonu paylaşaraq aktyora xoş arzularını ünvanlayıb. "Tərəf müqabilim, müəllimim, dostum. 100 yaşa. Sağlam yaşa. Doğum günün mübarək"

3 avqust
.

Xanəndənin ürəyində 4 damar dəyişdirildi

Əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikov əməliyyat olunub. Bu barədə "Qafqazinfo"ya onun oğlu, xanəndə Hüseyn Məlikov məlumat verib. O bildirib ki, atası açıq ürək əməliyyatı keçirib və hazırda vəziyyəti qənaətbəxşdir: "Şükürlər olsun, hazırda səhhəti yaxşıdır. İyulun 31-də əməliyya

3 avqust
.

Fəxrəddin Manafov: 48 il birlikdə yaşadıq, mənə qadının necə olduğunu öyrətdi

Xalq artisti Fəxrəddin Manafov mərhum həyat yoldaşı Vahidə Sadıqovadan danışıb. Axşam.az xəbər verir ki, aktyor bu barədə AzTV-də yayımlanan, Mehriban Ələkbərzadənin aparıcısı olduğu verilişdə söz açıb. F.Manafov bildirib ki, 48 il birlikdə yaşadığı həyat yoldaşı ona qadını anlamağı öyrədib:. "4

4 avqust
.

Nazir müavini: Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olub

Xalq şairi Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olub. "Report" xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimində çıxışı zamanı deyib. O bildirib ki, N. Həsənzadə böyük söz ustası kimi bütün yaradıcılığ

2 avqust
.

Pikassonun tablosu 1,7 milyon dollara satıldı

İspan rəssam Pablo Pikassonun fotoqraf Dora Maarın portreti Londonda keçirilən hərracda 1,7 milyon dollara satılıb. -a istinadən xəbər verir ki, hərracı "Sotheby's" təşkil edib. 1936-cı ildə çəkilən əsərin ilkin qiyməti 600-800 min funt sterlinq qiymətləndirilsə də, yekunda 1,3 milyo

26 iyun
.

Şarovski II Fəxri xiyabanda dəfn olunacaq

Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi bu gün saat 14:30-da Rus Dram Teatrında keçiriləcək. xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Dəfn mərasimi isə İkinci Fəxri xiyabanda baş tutacaq. Qeyd edək ki, 78 yaşlı A.Şarovski bu gün vəfat edib

9 sentyabr