Yuri Şatunovla VİDA MƏRASİMİ - Külünün bir hissəsi Almaniyaya aparılacaq - VİDEO
Bir neçə gün əvvəl ürəktutmasından dünyasını dəyişən rusiyalı müğənni Yuri Şatunov dəfn edilib.
BAKU.WS xəbər verir ki, ötən gün Moskva şəhərində sənətçi ilə vida mərasimi keçirilib.
Onun ailə üzvləri, yaxınları, dostları, o cümlədən pərəstişkarları 90-cı illərin ulduzu ilə son dəfə vidalaşmağa gəliblər. Sənətçini sevənlər onun tabutu qarşısında göz yaşlarını saxlaya bilməyiblər. İnsanların böyük əksəriyyəti vida mərasiminə ağ qızılgül çələngləri gətirib.
Yuri Şatunovun külünün bir hissəsi onun uzun müddət yaşadığı Almaniyaya aparılacaq. Bu haqda ifaçının köməkçisi Arkadi Kudryaşov məlumat verib:
"Kül qismən Almaniyada, qismən də Troekurovski qəbiristanlığında basdırılacaq. Onun arzusu külünün balıq tutmağı sevdiyi yerdə suya səpilməsi idi".
Qeyd edək ki, iyunun 23-də sərxoş vəiyyətdə olan Yurinin qəflətən halı pisləşib. 48 yaşlı ifaçı dostlarının köməyi ilə Domodedovo xəstəxanasına gedən təcili yardım maşınına yerləşdirilib. Yolda ürəyi dayanaraq vəfat edib.
Müğənni evli idi. Onun alman həyat yoldaşı Svetlanadan Denis adlı bir oğlu, Estella adlı bir qızı var. Sənətçidən ailəsinə Rusiyanın Moskva, Soçi və Almaniyanın Münhen şəhərində yerləşən milyonluq evləri, o cümlədən banklarda kapitalı 6 milyon avro dəyərindən olan pulu miras qalıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1859 Tarix: 27 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kim Çen In komaya düşüb? - Bacısı yerinə keçə bilər
Şimali Koreya lideri Kim Çen Inın beyninə qan sızması nəticəsində komaya düşdüyü barədə sosial şəbəkələrdə iddialar yayılıb. "Qafqazinfo" "The Sun" nəşrinə istinadən xəbər verir ki, iddialara görə, vəziyyəti kəskin pisləşdiyindən və Pxenyanın tibbi imkanları kifayət etmədiyindən o
20 oktyabrQətər İranı Hörmüz boğazında hücumları dayandırmağa çağırıb
Qətər İranı Hörmüz boğazında hücumları dayandırmağa və gəmilərin təhlükəsiz hərəkətini təmin etməyə çağırıb. "Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, bunu Qətərin Xarici İşlər Nazirliyinin (XİN) Media və kommunikasiyalar departamentinin direktoru İbrahim bin Sultan İbrahi
20 oktyabrMarko Rubio Özbəkistana səfərə gedib
ABŞ dövlət katibi Marko Rubio bazar günü axşam Özbəkistana gedib. "Report" bu barədə " "a istinadən xəbər verir. Dövlət katibini Səmərqənd hava limanında Özbəkistan Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva, xarici işlər naziri Bəxtiyor Saidov və digər rəsmi şəxslə
19 oktyabrCennifer Lopezin həmkarı ilə yeni eşq yaşadığı iddia olunur
Amerikalı müğənni və aktrisa Cennifer Lopezin həmkarı ilə romantik münasibətə başladığı barədə xəbərlər yayılıb. İddialara görə, 57 yaşlı ulduz "Netflix" platforması üçün çəkilən "Ofis romanı" filmindəki tərəf-müqabili, 46 yaşlı aktyor Bret Qoldşteynlə görüşür. Qaynarinfo xəbər veri
20 oktyabr"Reuters": İran ABŞ-la danışıqları bilərəkdən uzadır
İran ABŞ prezidenti Donald Trampı siyasi olaraq zəiflətmək üçün danışıqları qəsdən uzadır. Bunu iranlı rəsmilər "Reuters"ə açıqlamada deyiblər. Onların sözlərinə görə, Tehran Trampa seçkiqabağı siyasi qələbə vermək istəmir. "İran ABŞ və İsrailin yeni hücumlarına hazırlaşır, müharibəni
20 oktyabr