Səyavuş Aslanın anım günüdür
Bu gün Xalq artisti, görkəmli teatr və kino aktyoru Səyavuş Aslanın vəfatından 9 il ötür.
Sonxeber.az xəbər verir ki, Azərbaycan realist aktyor məktəbinin görkəmli nümayəndələrindən olan Aslanov Səyavuş Məmmədağa oğlu 1935-ci il sentyabrın 5-də Bakıda dünyaya göz açıb.
1947-1953-cü illərdə aktyor Atamoğlan Rzayevin, Ağadadaş Qurbanovun, Qurban Musayevin, Ağasəlim Manaflının dram dərnəklərində çıxış edib.
Yaradıcılığa 1954-cü ildə başlayan sənətkar musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib.
1959-cu ildə Bakıya qayıdan Səyavuş Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yardımçı heyətinə işə qəbul olunur. Elə həmin il Ağası Məşədibəyovun "Toy kimindir?" tamaşasında Qoşun rolunu uğurla ifa etdiyinə görə aktyor heyətinə keçirilir. Daha sonra teatrda maraqlı və yadda qalan obrazlar canlandırır.
Bu tamaşalara Bayram ("Kəndimizin mahnısı", Kərim Kərimov), İbişov ("Özümüz bilərik", Şıxəli Qurbanov), Dadaşbala ("Hicran", Sabit Rəhman), Qəmzəli ("Qaçırılmış qız", Cahangir Məmmədov) və başqalarını aid etmək olar.
O, uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından biri olaraq çalışıb. 1994-1996-cı illərdə həmin teatrın bədii rəhbəri işləyib.
Səyavuş Aslan teatr və kino yaradıcılığındakı fəaliyyətinə görə 1974-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1982-ci ildə Xalq artisti fəxri adları ilə təltif olunub. Aktyor Prezident təqaüdçüsü idi.
1995-ci ildə "Şöhrət" ordeni ilə və 25 iyun 2013-cü ildə "Şərəf" ordeni ilə təltif edilib.
Səyavuş Aslan ağır xəstəlikdən sonra 2013-cü ildə Bakıda vəfat edib. O, 77 yaşında İkinci fəxri xiyabanda dəfn olunub.



Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əməkdar artist komaya düşüb
Uzun illər Azərbaycan Radiosunda çalışmış Əməkdar artist, diktor Sevda Saleh Məmmədzadə sentyabrın 1-də koma vəziyyətində reanimasiyaya yerləşdirilib. Bu barədə "Qafqazinfo"ya onun qızı Gültən Ramazanova məlumat verib. O bildirib ki, 95 yaşlı Sevda Saleh Nizami Tibb Mərkəzində müalicə alır
7 sentyabrƏlikram Bayramov: "İngiltərə uduzanda 2-3 gün özümə gələ bilmədim"
Müğənni Əlikram Bayramov 2026-cı il dünya çempionatında azarkeşlik etdiyi İngiltərə millisinin çempion ola bilməməsindən təəssüfləndiyini bildirib. Sənətçi Qaynarinfo-ya açıqlamasında deyib ki, turnir başlamazdan əvvəl İngiltərənin dünya çempionu olacağını proqnozlaşdırıb:. "Dünya çempionatınd
20 iyulMənsum İbrahimov yenidən "Məcnun" olacaq?
Azərbaycan Opera və Balet Teatrı yeni mövsümü "Leyli və Məcnun" tamaşası ilə açacaq. Tamaşa sentyabrın 16-da Heydər Əliyev Sarayında nümayiş olunacaq. Tamaşanın dirijoru Əməkdar artist Əyyub Quliyev, rejissoru isə Nicat Kazımovdur. Baş rollarda Rəvanə Əmiraslanlı (Leyli) və Xəyal Hüseynov (Məcnun
26 avqustŞarovski II Fəxri xiyabanda dəfn olunacaq
Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi bu gün saat 14:30-da Rus Dram Teatrında keçiriləcək. xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Dəfn mərasimi isə İkinci Fəxri xiyabanda baş tutacaq. Qeyd edək ki, 78 yaşlı A.Şarovski bu gün vəfat edib
9 sentyabrŞair Çingiz Əlioğlu dəfn olunub
Əməkdar İncəsənət xadimi, şair Çingiz Əlioğlu ilə vida mərasimi Təzə Pir məscidində keçirilib. xəbər verir ki, şairin nəşi dəfn olunması üçün "Qurd Qapısı" qəbiristanlığına gətirilib və torpağa tapşırılıb. Dəfn mərasimində şairin yaxınları, dostları, sənət yoldaşları iştirak ediblər
10 avqustSəhnəmizin Florasının 85-ci baharından - Görüntülər
Ötən gün 85 yaşı tamam olan Xalq artisti Flora Kərimovanın yubiley gecəsi keçirilib. "Qafqazinfo" xəbər verir ki, gecədə dostları, yaxınları və ailə üzvləri sənətkarı tək qoymayıblar. Şəhər restoranlarından birində təşkil olunan doğum günü mərasimindən görüntüləri təqdim edirik:
24 iyulAleksandr Şarovski ilə vida mərasimi keçirilir
Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, vida mərasimi Rus Dram Teatrında baş tutur. Vida mərasimində mərhum sənətçinin ailə üzvləri, yaxınları, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak edirlər. Qeyd edək ki, 78 yaşlı A. Şarovski b
9 sentyabrLeyla Əliyeva Budapeştdə sərgidə - Fotolar
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Budapeştdəki Etnoqrafiya Muzeyində "Azərbaycan xalçaları - ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan sərgidə XVII-XX əsrlərə ai
18 iyul15 il sonra "Harri Potter"dəki roluna qayıdır
Britaniyalı aktyor Rupert Qrint 15 ildən sonra "Harry Potter"də canlandırdığı məşhur "Ron Uizli" obrazına qayıdacaq. Axşam.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. Aktyor "Harry Potter and the Cursed Child" tamaşasının Brodvey heyətinə qoşulub
28 avqust