İntim videolarla şantaj olunan 73 yaşlı Xalq artisti: "Biabır olmaq istəmirəm" – YENİLƏNİB + FOTO
Xalq artisti Kazım Abdullayev onu intim videolarla şantaj edən şəxsdən danışıb.
Oxu.Az-a açıqlama verən K.Abdullayev mövzu ilə bağlı paylaşım etdikdən sonra həmin şəxsin ondan əl çəkdiyini qeyd edib:
"Mən hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Bu mövzu ilə bağlı paylaşım etdikdən sonra həmin adam mənə yazdı ki, daha mənim sizlə işim yoxdur. Sözlərini geri götürüb, qaçıb getdi. Tanımıram, kim olduğunu da bilmirəm".
Aktyor sözügedən görüntülərin montaj olduğunu vurğulayıb:
"İndiki zamanda yalandan video düzəltməyə nə var ki? İndi adamsız kino çəkirlər. Montaj olunmuş bir video idi. Mən bu mövzu ilə bağlı paylaşım etməsəydim, onlar məndən əl çəkməyəcəkdilər, evimi də satdıracaqdılar. 73 yaşım var, mən montaj olunmuş videolar ilə biabır olmaq istəmirəm".
Xalq artisti son olaraq media qurumlarından bu mövzu ilə bağlı onu narahat etməmələrini xahiş edib.
15:35
Xalq artisti Kazım Abdullayev şantajla hədələnib.
Oxu.Az xəbər verir ki, bu barədə aktyor sosial şəbəkə hesabında məlumat paylaşıb.
K.Abdullayev erotik videolarla şantaj edildiyini bildirib:
"Məndən pul tələb edirlər! Bu nə mənim yaşıma, nə də statusuma yaraşan bir işdir! Hamınız məni gözəl tanıyırsınız. Bu ağır vaxtımda, qardaş və bacı itirdiyim bir zamanda üstümə gəlirlər. Əgər pul verməsəm, dostlarıma videonu göndərəcəkləri ilə şantaj edirlər. Gələn təhdid mesajlarını sizinlə bölüşürəm. Ona görə də mən sosial şəbəkə hesablarımı bağlayıram. Hüquq mühafizə orqanlarından da xahiş edirəm, bu işdə mənə yardım etsinlər".




Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdır
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ifadə verdi: "Mənə bıçaqla hücum edib döydülər"
Bəhruz Quliyev: "Kəlağayı Azərbaycan qadınının milli kimliyi və dünyəvi mədəniyyətimizin rəmzidir"
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
İlk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Məktəb direktorunun maşınını yandıran həbs edildi - Video
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı
Sergey Lavrov Bakıya gəldi
"Roşka" ləqəbli tiktokerə hökm oxundu