Xəstəlikdən sağalan məşhur aktyor meymunçiçəyi ilə bağlı təcrübəsini bölüşdü - FOTO/VİDEO
ABŞ-dan olan aktyor Mett Ford tutulduğu meymunçiçəyi xəstəliyi ilə bağlı təcrübəsini bölüşüb.
"Haber Global"ın məlumatına görə, 30 yaşlı məşhur iyunun 17-də yoluxduğunu və xəstəlik prosesinin çox çətin keçdiyini bildirib.
Aktyorun sözlərinə görə, üzündə sızanağa bənzəyən qabarcıqlar və yaralar əmələ gəlib.
"Yaxın təmasda olduğum dostumun meymunçiçəyi xəstəliyinə tutulduğunu öyrəndim. Dərhal bədənimi yoxladım və bəzi qabarcıqlar gördüm. Onlar dərialtı tüklərə və ya sızanaqlara bənzəyirdi, amma daha iri idi. Ertəsi gün qripə bənzər əlamətlər meydana çıxdı", - deyə o, bildirib.
Matt Ford ilk günlər yüksək hərarət, öskürək və titrəmə hissinin artdığını, sonrakı günlərdə gecələr həddindən artıq tərlədiyini və bütün bədənində bu sızanaq kimi qabarcıqların görünməyə başladığını deyib.
Onun sözlərinə görə, üzündə və bədəninin müxtəlif nahiyələrində yaranan yaralar zaman keçdikcə ağrılı olmağa başlayıb.
"O qədər ağrı var idi ki, yata bilmirdim. Mən əvvəllər belə bir şey yaşamamışam. Test verdim, nəticə müsbət çıxdı".
Xəstəliyi dövründə bədəninin müxtəlif yerlərində 25-dən çox qabarcıq və yara meydana gəldiyini deyən aktyor yoluxduqdan 13 gün sonra sağlamlığına qovuşduğunu və bütün qabarcıqların getdiyini bildirib./Oxu.az







Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1201 Tarix: 02 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İldə 7 milyon ton metan: Alimlər Antarktidada gözlənilməz mənbə tapdı
Antarktidadakı pinqvin koloniyaları planetin istiləşməsinə səbəb olan istixana qazlarından biri - metanın mənbəyidir. İspaniyalı alimlərin hesablamalarına görə, pinqvinlərin həyat fəaliyyəti nəticəsində ildə təxminən 490 min ton metan əmələ gəlir. Bu quşların yaşadığı Antarktidanın bütün əraziləri nəzər
20 oktyabrDünyada əlavə saniyə dövrü başa çatacaq: Vaxt hesablanması dəyişəcək
Dünya üzrə vaxt standartlarına cavabdeh mütəxəssislər Paris yaxınlığındakı Versal şəhərində görüşməyə və əlavə uzun saniyəyə ehtiyac olub-olmadığını müzakirə etməyə hazırlaşırlar. Qaynarinfo xəbər verir ki, "WION" nəşrinin yazdığına görə, bu saniyənin əlavə edilməsindən imtina olunarsa, istifad
19 oktyabrKim Çen In komaya düşüb? - Bacısı yerinə keçə bilər
Şimali Koreya lideri Kim Çen Inın beyninə qan sızması nəticəsində komaya düşdüyü barədə sosial şəbəkələrdə iddialar yayılıb. "Qafqazinfo" "The Sun" nəşrinə istinadən xəbər verir ki, iddialara görə, vəziyyəti kəskin pisləşdiyindən və Pxenyanın tibbi imkanları kifayət etmədiyindən o
20 oktyabrYəməndə husilərin hücumları zamanı 8 nəfər ölüb
Son 48 saat ərzində Yəməndəki husilərin Taiz əyalətinə hücumları nəticəsində səkkiz dinc sakin ölüb, daha 26 nəfər isə yaralanıb. "Report"un "Al Jazeera"ya istinadən xəbər verir ki, bu, Yəmən Hüquq və Azadlıqların Müdafiəsi Şəbəkəsinin hesabatında qeyd olunub. Təşkilatın məlumatın
21 oktyabrAstronomlar Yerinkinə bənzər suyu və havası olan planet aşkar etdi
Alimlər Günəş sistemindən kənarda çoxlu suyun olduğu və hava şəraiti Yer kürəsindəkilərə müəyyən qədər bənzəyən bir kosmik obyekt aşkar ediblər. Qaynarinfo xəbər verir ki, yeni tədqiqatın nəticələri barədə BGR nəşri məlumat yayıb. Məlumata görə, "James Webb" kosmik teleskopu WISE 0855 qəhvəy
19 oktyabrQadınların ən uzun yaşadığı ölkələr açıqlandı (SİYAHI)
Dünyada qadınların ən yüksək ömür uzunluğuna malik olduğu ölkələr açıqlanıb. Siyahının zirvəsindəki ölkə isə çoxlarının ilk ağlına gələn yerlərdən biri olmaya bilər. Qaynarinfo xəbər verir ki, Avropanın kiçik ölkələrindən Asiyanın inkişaf etmiş iqtisadiyyatlarına qədər uzanan bu sıralama qadınların ort
21 oktyabr