Dünyada ilk: Venesiyaya giriş pullu olacaq
2023-cü ilin yanvarından İtaliyanın Venesiya şəhəri ziyarətçilərdən giriş haqqı almağı planlaşdırır. Bu, dünyada belə bir qayda tətbiq edən ilk şəhər olacaq.
Bu barədə cümə günü Venesiya Şəhər Şurası məlumat yayıb.
Venesiya Şəhər Şurasının cümə axşamı qəbul etdiyi qərara əsasən, 2023-cü il yanvarın 16-dan etibarən şəhərə giriş ödənişli olacaq və mövsümdən asılı olaraq 3 avrodan 10 avroya qədər təşkil edəcək.
Həmçinin şəhərdə turistləri dayandırmaq və onlardan giriş üçün ödənişi təsdiqləmələrini tələb etmək haqqına sahib olan səlahiyyətli müfəttişlər olacaq. Qanun pozuntusu halında Venesiya ziyarətçilərini cərimə gözləyir.
Yığılan vəsait Venesiyada zibillərin yığılması xərclərinin azaldılmasına sərf olunacaq ki, şəhərdə bu kommunal xidmətin qiyməti İtaliyanın digər yerlərindən bahadır.
Eyni zamanda Venesiyaya bir gecəlik gələn turistlər, şəhər sakinləri, eləcə də onların qonaqlarının giriş haqqını ödəməsi məcburi olmayacaq - bunun üçün onlar xüsusi platformadan (2022-ci ilin sonuna qədər hazır olacaq) sertifikat yükləyə biləcəklər.
"(Təşəbbüsün məqsədi) ilin müəyyən vaxtlarında bir günlük turizmin qarşısını almaq və şəhərin zərifliyinə və unikallığına uyğun olaraq çoxgünlük turizmi təşviq etməkdir", - deyə Venesiya Şəhər Şurasından açıqlama verilib./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 968 Tarix: 02 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yəməndə husilərin hücumları zamanı 8 nəfər ölüb
Son 48 saat ərzində Yəməndəki husilərin Taiz əyalətinə hücumları nəticəsində səkkiz dinc sakin ölüb, daha 26 nəfər isə yaralanıb. "Report"un "Al Jazeera"ya istinadən xəbər verir ki, bu, Yəmən Hüquq və Azadlıqların Müdafiəsi Şəbəkəsinin hesabatında qeyd olunub. Təşkilatın məlumatın
21 oktyabrYer kürəsi kosmosun dərinliklərindən sirli siqnal alıb: Onu kim göndərib?
Astronomlar indiyədək aşkar edilmiş ən uzaq sürətli radio partlayışını müəyyən ediblər. Bu siqnal kainatın cəmi 3 milyard il yaşı olduğu dövrdə yaranıb. Ən böyük sürpriz isə onun yarandığı qalaktika olub: tədqiqatçılar çoxsaylı ulduzları olan böyük qalaktika əvəzinə, ulduzların fəal şəkildə yarandığ
19 oktyabrBu ölkədə ilk Ebola hadisəsi təsdiqləndi
Nigeriyanın səhiyyə nazirliyi bildirib ki, virus ölkənin paytaxtı Abujada Uqandadan təyyarə ilə gələn bir qadında aşkarlanıb. Xəstə xəstəxanaya yerləşdirilib. Hakimiyyət orqanları yoluxmuş şəxslə təmasda ola biləcək 44 nəfəri izləyir. xəbər verir ki, Uqanda Səhiyyə Nazirliyi bildirib ki, Nigeriya vətəndaş
21 oktyabrTürkiyədə daşqınlar nəticəsində ölənlərin sayı 10-a çatıb
Türkiyənin İstanbul və Kocaeli əyalətlərində aramsız yağışların yaratdığı daşqınlar nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb. xəbər verir ki, Türkiyənin İstanbul və Kocaeli əyalətlərində aramsız yağışların yaratdığı daşqınlar nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb. İstanbulda palçıq sürüşməsində
20 oktyabrİqlim dəyişikliyi Norveçdə içməli su böhranına səbəb oldu
Norveçin Svalbard arxipelaqında yerləşən Lonqyirbyen qəsəbəsinin sakinlərinə ağır metallarla çirklənmə səbəbindən kran suyunu içməmək barədə xəbərdarlıq edilib. Qaynarinfo xəbər verir ki, dünyanın ən sürətlə istiləşən bölgələrindən birində yerləşən qəsəbədə temperaturun artması daimi donmuş torpaqları
19 oktyabrHindistanın ən böyük bankında 3 897 müştərinin məlumatları oğurlanıb
Hindistan Dövlət Bankı (SBI) kiberhücum nəticəsində 3 897 müştəriyə aid fərdi məlumatların qaranlıq internetdə (darknet) yayıldığını açıqlayıb. xəbər verir ki, "Reuters" agentliyinin oktyabrın 21-də yaydığı məlumata görə, ilkin araşdırma zamanı müştərilərin adlarının, mobil telefon nömrələrinin
21 oktyabrBu ölkənin dövlət borcu yeni rekord həddə çatıb
ABŞ Maliyyə Nazirliyinin məlumatlarına görə, ABŞ-ın milli borcu rekord həddə - 40 trilyon dollara çatdıqdan sonra iki ayda təxminən 400 milyard dollar artıb. xəbər verir ki, ABŞ-ın milli borcu 40 trilyon dollar həddini keçib və oktyabrın əvvəlində bu məbləğə daha dörddə bir trilyon əlavə olunub. Xəzinədarlığı
21 oktyabr