"Toyuma 1 həftə qalmış nişanlım küçədə məni döydü" - Məlahət Abbasova

"Toyuma 1 həftə qalmış nişanlım küçədə məni döydü" - Məlahət Abbasova"Heç vaxt düşünməzdəm ki, Türkiyəyə gedərəm, orada ailə quraram. Düşünmədiyim bir həyatın içinə düşdüm. Türkiyəyə getməsəydim, burada Məlahət Abbasova yarımçıq qalacaqdı. Sənətini davam etdirməyəcəkdi".

Bu sözləri Əməkdar incəsənət xadimi Məlahət Abbasova rejissor Nail Naiboğlunun "Qırmızı" layihəsində deyib. Şəxsi həyatından danışan aktrisa həyat yoldaşı Kamildən bəhs edib. O bildirib ki, Bakıdan gedəndə nişanlı olub:

"Ailə qurmağımdan artıq 30 il keçir. Özüm boyda oğlum var. Oğlum ailə qursa, nənə olacağam. Türkiyəyə getdiyimdə nişanlı idim. O insan haqda nələrsə söyləmək istəmirəm. Bakıda haqqımda çıxan dedi-qodular doğru deyil. Guya, toya 1 həftə, 1 ay qalmış getmişəm. Qismət... Bizim o insanla toy tariximiz 4 dəfə ləğv olundu: müəyyən qısqanclıqlar var idi. Türkiyəyə getməsəydim də toy olmayacaqdı.

Həyat yoldaşımı Türkiyədə tanıdım, 2 ay sonra evləndik. İyunun 7-də İstanbula qastrol səfərinə getdik, İyunun 15-də biz tanış olduq, avqustun 2-də isə evləndik. Bizi qaynım tanış etmişdi. Onunla Bakıya gələndə ailəlikcə görüşmüşdük. O, çox məşhur iş adamıdır. Qaynım məni çox istəmişdi. O dedi ki, çox yaraşıqlı bir qardaşım var və səni tanış etmək istəyirəm. O zamanlar mənim üçün sıxıntılı bir dönəm oldu. Bu qərarı verməkdə də çox çətinlik çəkirdim.

Türk vətəndaşı ilə ailə qurmağıma ailəm pis reaksiya verdi. Atam bir il məni danışdırmadı".

Aktrisa keçmiş nişanlısının ona şiddət göstərdiyini etiraf edib. M.Abbasova "Düzdür ki, toyunuza 1 həftə qalmış çalışdığınız teatrın qarşısında nişanlınız sizi döyüb" sualının təsdiqləyərək, bunları əlavə edib:

"Üstündən illər keçib. Bir işin içinə şiddət girirsə, orada heç nə yoxdur. Bəlkə qırıldığım nöqtə ora idi. Qarşı tərəf şərt qoymuşdu ki, sənəti davam etdirməyəcəksən. Həyatımın ən yorğun, sıxıntılı vaxtları var idi. Məndə bir travma yaradıb. Qadın şiddətlərini oxuyuram, onu yaşadığım üçün qızlara üzülürəm. Azərbaycanın öz mentaliteti var: nişan qayıda, toy təxirə salına bilməz. Bizim toya 3 dəfə ölüm girdi: bibim, əmim rəhmətə getdi, onlarda bir nəfər dünyasını dəyişdi. Hər dəfədə toy təxirə salındı"./Axsam


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 2204   Tarix: 02 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ceki Çan Bakıdakı işini yekunlaşdırdı - FOTOLAR

"Tanrının zirehi 4: Ultimatum" filminin Azərbaycanda lentə alınan hissəsinin çəkilişləri uğurla başa çatıb. Ölkə.az xəbər verir ki, bu, ölkəmizdə indiyə qədər reallaşdırılmş ən irimiqyaslı xarici film istehsalı layihəsidir. Xarici film istehsalçılarının ölkəyə cəlb olunması Azərbaycan Respublikasını

17 avqust
.

Fəxrəddin Manafov: 48 il birlikdə yaşadıq, mənə qadının necə olduğunu öyrətdi

Xalq artisti Fəxrəddin Manafov mərhum həyat yoldaşı Vahidə Sadıqovadan danışıb. Axşam.az xəbər verir ki, aktyor bu barədə AzTV-də yayımlanan, Mehriban Ələkbərzadənin aparıcısı olduğu verilişdə söz açıb. F.Manafov bildirib ki, 48 il birlikdə yaşadığı həyat yoldaşı ona qadını anlamağı öyrədib:. "4

4 avqust
.

Elçin Cəlilovun məzarından yayılan görüntülər müzakirələr yaratdı - (Video)

Sosial şəbəkələrdə yayılan görüntülər izləyicilərin diqqətini çəkərək geniş müzakirələrə yol açıb. xəbər verir ki, sosial media istifadəçisi Qurban Oruc mərhum sənətkar Elçin Cəlilovun baxımsız vəziyyətdə olan məzarını ziyarət edərək həmin anları lentə alıb. Daha sonra o və yaxınları məzarın ətrafınd

29 iyul
.

Nazir müavini: Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olub

Xalq şairi Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olub. "Report" xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimində çıxışı zamanı deyib. O bildirib ki, N. Həsənzadə böyük söz ustası kimi bütün yaradıcılığ

2 avqust
.

Mənsum İbrahimov yenidən "Məcnun" olacaq?

Azərbaycan Opera və Balet Teatrı yeni mövsümü "Leyli və Məcnun" tamaşası ilə açacaq. Tamaşa sentyabrın 16-da Heydər Əliyev Sarayında nümayiş olunacaq. Tamaşanın dirijoru Əməkdar artist Əyyub Quliyev, rejissoru isə Nicat Kazımovdur. Baş rollarda Rəvanə Əmiraslanlı (Leyli) və Xəyal Hüseynov (Məcnun

26 avqust
.

Səhnəmizin Florasının 85-ci baharından - Görüntülər

Ötən gün 85 yaşı tamam olan Xalq artisti Flora Kərimovanın yubiley gecəsi keçirilib. "Qafqazinfo" xəbər verir ki, gecədə dostları, yaxınları və ailə üzvləri sənətkarı tək qoymayıblar. Şəhər restoranlarından birində təşkil olunan doğum günü mərasimindən görüntüləri təqdim edirik:

24 iyul
.

Firəngiz Əlizadə: Akademik musiqiyə diqqəti artırmaq lazımdır

Akademik musiqidə çox ciddi problemlər, çatışmazlıqlar var. "Report"un məlumatına görə, bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Bakıda XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayında çıxışı zamanı deyib. Onun sözlərin

20 sentyabr
.

1700 illik nadir "Odisseya" parçası tapıldı

Niderlandda qədim əlyazmaları araşdıran tədqiqatçı kitabxana kolleksiyasındakı kitabların birinin arasında Homerin "Odisseya" əsərindən təxminən 1700 il əvvələ aid nadir fraqment aşkar edib. "Qafqazinfo" xəbər verir ki, Radboud Universitetindən yunan dili üzrə mütəxəssis doktor Mar

18 sentyabr
.

Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?

Dekabr ayında SSRİ və Azərbaycanın Xalq artisti Zeynəb Xanlarovanın 90 yaşı tamam olacaq. Qaynarinfo-nun əldə etdiyi məlumatına görə, sənətkarın 90 illik yubileyi münasibətilə böyük tədbir keçiriləcək. İlkin məlumata görə, yubiley mərasiminin Heydər Əliyev Sarayında keçirilməsi planlaşdırılır. Mərasimd

11 avqust