Tünzalədən ona pis rəy yazanlara: "Pul deyilsən ki, hamı səni sevsin" - VİDEO
"Paylaşımlarımı və videolarımı görüb qıcıqlananlara, internetdəki həştəqlərə (pis rəy yazanlar) yalnız təşəkkürümü bildirirəm. Qəşəng reytinqə işləyirsiz. Üstəlik pulsuz və təmənnasız. Camaat reklamına ciddi pullar xərcləyir. Siz isə məni pulsuz reklam edirsiz".
Bu sözləri Xalq artisti Tünzalə Ağayeva sosial şəbəkə hesabında paylaşdığı videomüraciətdə deyib.
Sənətçi onun ünvanına pis şərh yazanlara və sosial şəbəkə platformalarında qara piar aparanlara təşəkkürünü bildirib.
"Yazılanlara gözümün ucu ilə baxıram, çünki nəyisə silməyi sevmirəm. Bir zamanlar yazılan pis rəyləri silərdim, amma indi deyirəm ki, qoy ürəklərini boşaltsınlar. Yaxşı işləyirlər. Bir məsələ yadıma düşdü. Haqqımda neqativ sözlər yazanlara təşəkkür olmalıyam ki, onların nə üzlərini görmüşəm, nə də ki, adlarını tanıyıram. Anlayıram ki, tanınmışlar haqda milyon fikirlər yazırlar, sən hamının sevimli ola bilməzsən. Pul deyilsən ki, hamı səni sevsin. Bu, belə də olmalıdır, zövq məsələsidir"./Bizim.Media
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ceki Çan Bakıdakı işini yekunlaşdırdı - FOTOLAR
"Tanrının zirehi 4: Ultimatum" filminin Azərbaycanda lentə alınan hissəsinin çəkilişləri uğurla başa çatıb. Ölkə.az xəbər verir ki, bu, ölkəmizdə indiyə qədər reallaşdırılmş ən irimiqyaslı xarici film istehsalı layihəsidir. Xarici film istehsalçılarının ölkəyə cəlb olunması Azərbaycan Respublikasını
17 avqustElçin Cəlilovun məzarından yayılan görüntülər müzakirələr yaratdı - (Video)
Sosial şəbəkələrdə yayılan görüntülər izləyicilərin diqqətini çəkərək geniş müzakirələrə yol açıb. xəbər verir ki, sosial media istifadəçisi Qurban Oruc mərhum sənətkar Elçin Cəlilovun baxımsız vəziyyətdə olan məzarını ziyarət edərək həmin anları lentə alıb. Daha sonra o və yaxınları məzarın ətrafınd
29 iyulMənsum İbrahimov yenidən "Məcnun" olacaq?
Azərbaycan Opera və Balet Teatrı yeni mövsümü "Leyli və Məcnun" tamaşası ilə açacaq. Tamaşa sentyabrın 16-da Heydər Əliyev Sarayında nümayiş olunacaq. Tamaşanın dirijoru Əməkdar artist Əyyub Quliyev, rejissoru isə Nicat Kazımovdur. Baş rollarda Rəvanə Əmiraslanlı (Leyli) və Xəyal Hüseynov (Məcnun
26 avqustSəhnəmizin Florasının 85-ci baharından - Görüntülər
Ötən gün 85 yaşı tamam olan Xalq artisti Flora Kərimovanın yubiley gecəsi keçirilib. "Qafqazinfo" xəbər verir ki, gecədə dostları, yaxınları və ailə üzvləri sənətkarı tək qoymayıblar. Şəhər restoranlarından birində təşkil olunan doğum günü mərasimindən görüntüləri təqdim edirik:
24 iyulFirəngiz Əlizadə: Akademik musiqiyə diqqəti artırmaq lazımdır
Akademik musiqidə çox ciddi problemlər, çatışmazlıqlar var. "Report"un məlumatına görə, bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Bakıda XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayında çıxışı zamanı deyib. Onun sözlərin
20 sentyabr1700 illik nadir "Odisseya" parçası tapıldı
Niderlandda qədim əlyazmaları araşdıran tədqiqatçı kitabxana kolleksiyasındakı kitabların birinin arasında Homerin "Odisseya" əsərindən təxminən 1700 il əvvələ aid nadir fraqment aşkar edib. "Qafqazinfo" xəbər verir ki, Radboud Universitetindən yunan dili üzrə mütəxəssis doktor Mar
18 sentyabrZeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
Dekabr ayında SSRİ və Azərbaycanın Xalq artisti Zeynəb Xanlarovanın 90 yaşı tamam olacaq. Qaynarinfo-nun əldə etdiyi məlumatına görə, sənətkarın 90 illik yubileyi münasibətilə böyük tədbir keçiriləcək. İlkin məlumata görə, yubiley mərasiminin Heydər Əliyev Sarayında keçirilməsi planlaşdırılır. Mərasimd
11 avqust