Amansızca öldürülən qadın satıcının qətlinin DETALLARI

Amansızca öldürülən qadın satıcının qətlinin DETALLARIÖtən gecə Yardımlı rayonunda törədilmiş dəhşətli qətl hadisəsinin təfərrüatı məlum olub.

Sonxeber.az Qafqazinfo-ya istinadla xəbər verir ki, Ostayir kəndində 60 yaşlı Gülxar Məmmədovanı xüsusi amansızlıqla qətlə yetirən 1985-ci il təvəllüdlü Firqət Məsdiyev kənddə spirtli içki aludəçisi və narkotik istifadəçisi kimi tanınıb.

Bildirilir ki, ötən gün kənddə toy məclisi olub və G.Məmmədova mağazasından bəzi məhsulları götürərək toy keçirilən evin qarşısında səyyar piştaxta qurub. Gecə saatlarında Firqət Gülxara yaxınlaşaraq ondan nisyə siqaret istəyib. 60 yaşlı qadın isə Firqətə daha əvvəl aldığı malların pulunu vermədiyini deyərək siqaret verməkdən imtina edib. Sərxoş halda olan 37 yaşlı şəxs bir qədər uzaqlaşaraq balta götürüb və qaranlıqda G.Məmmədovaya yaxınlaşaraq onun başına zərbələr endirib. Daha sonra o, qətlə yetirdiyi qadının meyitini sürüyərək yaxınlıqdakı dükana salıb və qapını bağlayıb. Firqət Məsdiyev daha sonra dükana gedən elektrik naqilini də qoparıb.

Gülxar Məmmədovanınn meyitini ilk olaraq toyda iştirak edən yeniyetmə oğlan görüb. Belə ki, toydan çıxıb şirniyyat və şirə almaq istəyən uşaq piştaxtaya yaxınlaşdıqda Gülxar Məmmədovanı yerində tapmayıb. O, daha sonra yaxınlıqdakı dükana gedib və pəncərədən baxdıqda qadının qan içində qalmış meyitini görərək təşviş yaşayıb. Yeniyetmə oğlan qaça-qaça toyun keçirildiyi həyətə gəlib və meyit haqda hay salıb. Bundan sonra məclisdəki insanlar dükana tərəf axışıb və toy yarımçıq saxlanılıb.

Qeyd edək ki, hadisəni törədən Firqət Təvəkkül oğlu Məsdiyev subay olub və kənddə qeyri-sağlam həyat tərzi sürən şəxs kimi tanınıb. O, artıq saxlanılıb.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 3296   Tarix: 07 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ülviyyə İlyasova fəhləyə borclu qalıb?

"NovaMed" klinikasında usta kimi çalışmışam, amma ödənişə gəldikdə 1020 manat pulumu kəsdilər". Bu barədə "Qafqazinfo"ya adının çəkilməsini istəməyən vətəndaş müraciət edib. Tibb ocağında boya işləri gördüyünü deyən şikayətçinin sözlərinə görə, kosmetoloq Ülviyyə İlyasova barəsind

7 avqust
.

Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına - 13 il həbs

"Progress-2016" MTK-nın rəhbəri Emil Səməndərovun məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm elan edilib. Şirkət rəhbərinə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəs

3 sentyabr
.

Prokurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi

Ağdaşda yerləşən "Səma" şadlıq sarayında 1996-cı il təvəllüdlü İlkin İsgəndərlini qətlə yetirən Qadir Məmmədova verilən cəza narazılığa səbəb olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, dövlət ittihamçısı Şəki Ağır Cinayətlər Məhkəməsinin 1970-ci il təvəllüdlü Q.Məmmədovun 10 i

15 sentyabr
.

"Milyonçu qardaşlar"ın sərvəti özlərinə qaldı - Hökm oxundu

Polisin 2024-cü ildə kibercinayətkarlığa qarşı keçirdiyi genişmiqyaslı əməliyyatla həbs edilən dəstə üzvlərinin məhkəməsi maraqlı hökmlə başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxslərin hamısına qanunda nəzərdə tutulmuş ən aşağ

22 sentyabr
.

Ərindən borc istəyən qadın döyülüb

Biləsuvarda ərindən borc pul istəyən qadın döyülüb. -a istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhərindəki mənzillərdən birində işləyib. Rayon sakini - 1989-cu il təvəllüdlü Orxan Səfərov (ad şərtidir) 2016-cı ildə ailə həyatı qurub və bu nikahdan bir övladları dünyaya gəlib. Bir neçə gün əvvəl O.Səfəro

3 sentyabr
.

Azərbaycanlı tanınmış iş adamına cinayət işi açıldı

Tanınmış iş adamı, "Mayak Cargo Transportation" şirkətinin rəhbəri Saleh Ağayevə cinayət işi açılıb. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, biznesmenə qarşı Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə ittiham irəli sürülüb. Məlumata görə, Saleh Ağayev Masallıda baş verən davanın iştirakçıs

14 sentyabr
.

Bakıda kişi sevgilisini aldadıb 235 min manat aldı - Dubaya qaçdı

Bakıda sevgi münasibətində olduğu qadına qarşı dələduzluq etmiş şəxs cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, paytaxtın mərkəzində "makler"lik və evlərin təmiri fəaliyyəti ilə məşğul olan 1986-cı il təvəllüdlü R.Həsənova (şərti) Cinayət Məcəlləsinin 178.3.2-c

26 avqust
.

Leyla Əhmədova həbs olundu

Tanınmış modelyer Leyla Əhmədova həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Əhmədova Leyla Saday qızı külli miqdarda dələduzluqda ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Leyla Əhmədova barəsində Xəta

8 sentyabr
.

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, yetkinlik yaşına çatmayan şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsi üzrə təqsirli bilinib. Məlum olub ki, F.Poladov bacıs

7 sentyabr