Yaponiyanın sabiq Baş nazirini güllələyən kimdir? - SƏBƏBİNİ AÇIQLADI - FOTO/VİDEO

Yaponiyanın sabiq Baş nazirini güllələyən kimdir? - SƏBƏBİNİ AÇIQLADI - FOTO/VİDEOYaponiyanın keçmiş Baş naziri Şinzo Abe Nara şəhərində keçirilən tədbirdə ov tüfəngi ilə güllələnib.

BAKU.WS xəbər verir ki, sinəsindən yaralanan Şinzo xəstəxanaya aparılıb və orada kliniki ölüm keçirib.

Hadisədən dərhal sonra polis əməkdaşları təcavüzkarı saxlayıb.

Qeyd edək ki, Şinzo Abe Liberal Demokrat Partiyasının namizədinin şəhərdə seçki kampaniyasına dəstək məqsədilə açıq hava tədbirində çıxışı zamanı silahlı hücuma məruz qalıb.
Yaponiyanın sabiq Baş nazirini güllələyən kimdir? - SƏBƏBİNİ AÇIQLADI - FOTO/VİDEOSabiq hökumət rəhbərini kimin və hansı səbəbdən güllələdiyi böyük maraq doğurur. Şinzo Abenin seçki kampaniyası zamanı hücuma məruz qalması siyasi mesaj xarakteri daşıdığı ehtimal olunur.

Şinzo Abe kimdir?

2012-2020-ci illərdə Yaponiyanın Baş naziri vəzifəsini icra edən Abe ölkənin ən uzunmüddətli hökumət rəhbəri olub. O, iki il əvvəl səhhətinə görə vəzifəsini tərk edib.
Yaponiyanın sabiq Baş nazirini güllələyən kimdir? - SƏBƏBİNİ AÇIQLADI - FOTO/VİDEOHücuma məruz qalan Abe Yaponiyanın İkinci Dünya Müharibəsindən sonra ən gənc baş naziri olmuş Kan Abenin nəvəsi və keçmiş Xarici İşlər naziri Şintaro Abenin oğludur. Naqatada anadan olan Abe Seikei Universitetində siyasi elmlər üzrə təhsil alıb və 1977-ci ildə oranı bitirib.

Daha sonra Cənubi Kaliforniya Universitetində siyasi elmlər üzrə təhsil almaq üçün ABŞ-a köçüb. 1979-cu ilin aprelində Abe "Kobe Steel"də işə başlayıb. 1982-ci ildə şirkətdən ayrılaraq müxtəlif yerlərdə çalışıb.

9 sentyabr 2007-ci ildə Əfqanıstanda xidmət edən Yaponiya Hərbi Dəniz Qüvvələrinin heyətini geri çəkmək planını dayandırıb. O, 2007-ci il sentyabrın 12-də səhhətində yaranan problemləri əsas gətirərək istefa verib. Şinzo Abe səsvermə zamanı 478 nəfərdən 328-nin səsini toplayaq ikinci dəfə Baş nazir olub. Yenidən baş nazir seçilən Abe ikinci dəfə bu vəzifəyə gəlib və son 6,5 ildə seçilən 7-ci baş nazir olub.

O, 2012-ci il dekabrın 26-da vəzifəsinin icrasına başlayıb. 28 avqust 2020-ci ildə Abe xoralı kolit xəstəliyi səbəbindən Baş nazir və Liberal Demokrat Partiyasının sədri vəzifəsindən istefa verəcəyini açıqlayıb və vəzifəsini 16 sentyabr 2020-ci ildə təhvil verib.
Yaponiyanın sabiq Baş nazirini güllələyən kimdir? - SƏBƏBİNİ AÇIQLADI - FOTO/VİDEOSabiq Baş naziri kim və hansı səbəbdən güllələyib?

Yaponiyanın Nara şəhərində yerli vaxtla saat 11:30-da Şinzo Abe küçə çıxışı zamanı hücuma məruz qalıb. Yaponiya mətbuatının hüquq-mühafizə orqanlarına və hakim Liberal Demokrat Partiyasındakı mənbələrə istinadən yaydığı məlumata görə, Abeyə arxadan iki dəfə atəş açılıb. Siyasətçi ikinci güllədən sonra yerə yıxılıb.
Yaponiyanın sabiq Baş nazirini güllələyən kimdir? - SƏBƏBİNİ AÇIQLADI - FOTO/VİDEOYerli polis Abenin yaralandıqdan dərhal sonra huşunu itirdiyini, ürək və ağciyər ilə bağlı vəziyyətinin kritik olduğunu söyləyib. Sabiq hökumət rəhbərinə atəş edən şəxs 41 yaşlı Tetsuya Yamaqami olub və o, hadisə yerində saxlanılıb. Saxlanılarkən silahlı şəxs heç bir müqavimət göstərməyib. Bir müddət sonra o, adam öldürməyə cəhd ittihamı ilə həbs edilib. Yaponiya mətbuatı Yamaqaminin 2005-ci ilə qədər üç il ölkənin dəniz özünümüdafiə qüvvələrində xidmət etdiyini yazıb.

41 yaşlı Tetsuya Yamaqami hüquq-mühafizə orqanlarına verdiyi ilkin ifadədə bildirib ki, siyasətçidən narazı olub və qəsdi onu öldürmək olub.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1387   Tarix: 08 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Kalininqrad yaxınlığında Rusiya qırıcısı qəzaya uğradı

Rusiyanın Kalininqrad vilayətində "Su-30SM" tipli hərbi qırıcı təyyarə qəzaya uğrayıb. Bizim.Media xəbər verir ki, qəza Kalininqrad vilayətinin Çernyaxovsk rayonunda baş verib. Hər iki pilot katapult etməyə imkan tapıb. Müxtəlif xəsarətlər alan pilotlar hərbi hospitala yerləşdirilib. Sosia

21 oktyabr
.

Trampın reytinqi rekord həddə düşdü - Seçkidə uduza bilər

ABŞ Prezidenti Donald Trampın fəaliyyətini bəyənən amerikalıların göstəricisi 31 faizə düşüb. Avqust ayında bu göstərici 38 faiz təşkil edirdi. xəbər verir ki, bu barədə "Reuters" agentliyinin sifarişi ilə "Ipsos" sosioloji xidmətinin keçirdiyi sorğunun nəticələrində bildirilir. "Reuters"

20 oktyabr
.

Dünyada əlavə saniyə dövrü başa çatacaq: Vaxt hesablanması dəyişəcək

Dünya üzrə vaxt standartlarına cavabdeh mütəxəssislər Paris yaxınlığındakı Versal şəhərində görüşməyə və əlavə uzun saniyəyə ehtiyac olub-olmadığını müzakirə etməyə hazırlaşırlar. Qaynarinfo xəbər verir ki, "WION" nəşrinin yazdığına görə, bu saniyənin əlavə edilməsindən imtina olunarsa, istifad

19 oktyabr
.

BBC və BBC Scotland telekanalları bağlanacaq

Böyük Britaniyanın BBC media korporasiyası xərclərin azaldılması planı çərçivəsində BBC Three və BBC Scotland televiziya kanallarını gələn il bağlamağı planlaşdırır. Qərar korporasiyanın maliyyə vəziyyəti və gələcək yayım strategiyası ilə bağlı müzakirələrə səbəb olub. Məlumata görə, BBC təxminən 50

21 oktyabr
.

İran səfiri Almaniya XİN-ə çağırılıb

Almaniya Xarici İşlər Nazirliyi (XİN) ölkənin məhkəməsi tərəfindən İranın xeyrinə casusluqda və yəhudi icması liderlərinə hücumların təşkilində təqsirli bilinən iki kişi barəsində çıxarılan hökmlərdən sonra İran səfirini çağırıb. "Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Almaniy

19 oktyabr
.

İran 75 min etirazçını öldürüb - Tramp

İslam respublikası 8 ay ərzində ölkədə 75 min etirazçını öldürüb. xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. "Bəzi insanlar iranlıların niyə etiraz etmədiyinə təəccüblənirlər. Küçənin başında pulemyotlar olanda və sizi güllələyəndə etiraz etmək bir az çətin olur", - o əlavə edib

20 oktyabr
.

Türkiyə bu ölkəyə ordu yeridir - Saziş TBBM-ə verildi

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında 7 avqustda imzalanan Məkkə Birgə Müdafiə Sazişi Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edilib. xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. "Tərəflərdən birinə silahlı hücumun hər üçünə hücum hesab ediləcəyini nəzərdə tutan sazi

20 oktyabr
.

Polşada İkinci Dünya müharibəsi dövrünə aid bombaya görə 3 minə yaxın sakin təxliyə edilib

Polşanın Vrotslav şəhərinin təxminən 3 min sakini İkinci Dünya müharibəsi dövrünə aid 250 kiloqramlıq aviabombanın zərərsizləşdirilməsi əməliyyatı səbəbindən öz evlərini tərk etməli olub. xəbər verir ki, bu barədə Polşa mediası məlumat yayıb. "Bombanın zərərsizləşdirilməsi ilə bağlı potensial təhlük

20 oktyabr
.

Rus ordusu daha iki kəndi işğal etdi

Rusiya ordusu Zaporojye vilayətinin Çervonıy Yar və Yulyovka yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

21 oktyabr