Kəlmeyi-şəhadətini oxutdurub, hamama salıb doğrayıb... - Nahidənin dəhşətli qətli

Kəlmeyi-şəhadətini oxutdurub, hamama salıb doğrayıb... - Nahidənin dəhşətli qətliBu ilin yanvar ayında Bakı şəhəri, Xətai rayonunda 1991-ci il təvəllüdlü Nahidə Həsənovanın amansızlıqla qətlə yetirilməsi ilə bağlı məhkəmə prosesi başa çatıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, daha əvvəl "Lider" televiziyasında çalışmış N.Həsənovanı amansızlıqla qətlə yetirərək bədənini hissələrə ayırmış həyat yoldaşı, 1987-ci il təvəllüdlü Orxan Alıyevə 20 il müddətinə həbs cəzası verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə O.Alıyev Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə) və 245-ci (meyit üzərində təhqiredici hərəkətlər etmə) maddələri ilə təqsirləndirilib. Məhkəmə prosesi iyulun 3-də başa çatıb. Prosesdə məlum olub ki, Nahidə həyat yoldaşı Orxanla dayıoğlu-bibiqızı olub. Lakin o, ailədə mütəmadi şiddət görüb və qətlə yetirilməzdən bir neçə gün əvvəl Nahidə Bakıdan Füzuliyə anasıgilin yanına gedibmiş. Lakin Orxan daha sonra – yanvarın 3-də Nahidənin ardınca Füzuliyə gedərək israrla onun geri qayıtmasını istəyib. Bir gün Füzulidə qayınanasıgilin evində qalan Orxan Nahidəni razı salaraq Bakıya gətirib. Elə həmin gün o, Xətai rayonu, General Şıxlınski küçəsindəki evdə Nahidəni xüsusi amansızlıqla qətlə yetirib.

Məhkəmədə ifadə verən Orxan Alıyev Nahidəni qətlə yetirməzdən əvvəl ona məcburi şəkildə kəlmeyi-şəhadətini oxutdurduğunu bildirib:

"Nahidə ilə 2017-ci ildə ailə həyatı qurmuşduq, o mənim bibim qızı idi. Nahidə, anam və azyaşlı qızım eyni evdə yaşayırdıq. Ailə qurandan sonra onun məni aldatmasından şübhələnməyə başlamışdım, mobil telefonu vasitəsilə izlətdirirdim. Lakin Nahidənin kiminləsə danışmasını və ya mesajlaşmasını görməmişəm. Bununla bağlı tez-tez mübahisəmiz olurdu. Sonuncu dəfə 5 dekabr 2021-ci il tarixdə Nahidə ilə yenə dalaşdıq, uşağı götürüb Füzuliyə atası və anasının yaşadığı evə getdi. 3 yanvar 2022-ci il tarixdə Nahidəni və uşağını geri gətirmək üçün yola düşdüm. Həmin gün onları Bakıya gətirmək istəsəm də, qayınatamgil buna imkan vermədi. Gecəni orada qalıb Nahidəni Bakıya getməyə razı saldım, yanvarın 4-də səhər saat 7 radələrində yoldaşımı və uşağı Füzuli rayonundan götürüb taksi ilə Bakı gətirdim, saat 12 radələrində Xətai rayonunda yerləşən mənzilə çatdıq. Bir qədər keçdikdən sonra anama uşağı da götürüb bacımgilə getməsini, Nahidə ilə söhbət etmək istədiyimi bildirdim. Anam uşaqla birgə gedəndən sonra Nahidə ilə mənzildə tək qaldıq, evin giriş qapısını içəridən bağladım ki, evə heç kim girməsin. Nahidədən mənə kiminlə xəyanət etdiyini soruşdum. O isə xəyanət etmədiyini bildirdi. Buna görə çox əsəbi vəziyyətdə danışırdım. Nahidə xəyanət etmədiyinə and içirdi".

Təqsirləndirilən şəxs bildirib ki, bundan sonra əvvəlcədən planlaşdırdığı qətli törədib:

"Nahidənin saçından tutub sürüyə-sürüyə mətbəxə, oradan isə hamam otağına apardım. Orada Nahidəyə: "Sənin başını da, əllərini də kəsəcəyəm, kəlmeyi-şəhadətini de səni öldürəcəyəm",- sözlərini deyərək, israrla ona kəlmeyi-şəhadətini deməyə məcbur etdim və mətbəxdən götürdüyüm bıçaqla Nahidənin başını bir qədər kəsdim".

Bundan sonra həyat yoldaşının ölümünə əmin olan Orxan geri qayıdaraq onun başını bədənindən tamamilə ayırıb, həmçinin qollarını və digər orqanlarını kəsib bədənindən ayıraraq vannaya yığıb:

"Nahidənin başı kəsilmiş meyitini çılpaq vəziyyətdə hamam otağında olan vannanın içinə uzatdım. Orada onun sağ qolunu bıçaqla çiyin nahiyəsindən kəsib bədənindən ayırdım. Meyitin sol qol nahiyəsini çiyin hissədən bıçaqla kəsməyə başlayanda qapı döyüldü. Qapının gözlüyündən baxanda anamla bacımın gəldiyini gördüm. Onlara getmələrini bildirdim, çünki onların bu vəziyyətdə olan meyit görməsini istəmirdim və yeznəmin gəlməsini bildirdim".

Məhkəmədə mərhum Nahidə Həsənovanın valideynləri onun Füzulidən Orxanla birgə getməyini istəmədiklərini, lakin Nahidənin özünün razılığı ilə Bakıya yola düşdüyünü deyiblər.

Həmçinin Orxanın yaxınları onun son vaxtlar əsəb xəstəliyindən əziyyət çəkdiyini bildiriblər.

Qeyd edək ki, araşdırmalar zamanı Orxan Alıyevin mütəmadi olaraq narkotik vasitələrdən istifadə etməsi də məlum olub.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 4907   Tarix: 12 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Şəmkirdə 14 yaşlı yeniyetmənin FACİƏLİ ÖLÜMÜNÜN TƏFƏRRÜATI: Atası aşkar edib

Şəmkir rayonunda 14 yaşlı yeniyetmə güllələnməsinin təfərrüatı məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün səhər 8 radələrində Dağ Daşbulaq kəndində baş verib. Kənd sakini, 2012-ci il təvəllüdlü E.Cəfərovun güllələnmiş meyiti yaşadığı evin qonaq otağında aşkarlanıb. Yeniyetmənin atası səhə

20 avqust
.

Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR

Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Elmir Ramazanovun tanışı olduğunu deyərək bir ailənin 74 900 manatını dələduzluq yolu ilə ələ keçirən şəxs həbs edilib. "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1988-ci ildə Şəki rayonunda doğulmu

26 avqust
.

Tovuzda DƏHŞƏT: Yeni qurulmuş ailədə QAN TÖKÜLDÜ

Tovuzda qadın boğaz nahiyəsindən bıçaqlanıb. "Teleqraf"a istinadən xəbər verir ki, hadisə Qovlar qəsəbəsində qeydə alınıb. 2006-cı il təvəllüdlü Rufanə Nəbiyeva bıçaq xəsarətləri ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin ehtimala görə, 20 yaşlı qadını həyat yoldaşı Nəbi Nəbiye

25 avqust
.

15 yaşlı qızdan sonra qardaşının da meyiti göldən çıxarıldı

İsmayıllıda göldə boğulan bacı-qardaşın meyitləri ailələrinə təhvil verilib. "Qafqazinfo" xəbər verir ki, rayonun Minkə kəndində baş vermiş hadisədə vəfat edən 2011-ci il təvəllüdlü İsmayılova Əfsanə Rövşən qızı və onun qardaşı 2014-cü il təvəllüdlü İsmayılov Cahan Rövşən oğlunun meyitlər

24 avqust
.

Oğlu öldürülən ata qisas almağa çalışdı - 5 illik həbs edildi

Ötən ilin avqustunda Gəncədə qətlə yetirilən 15 yaşlı Tunar Məmmədovun atası həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, mərhum yeniyetmənin atası 1982-ci il təvəllüdlü Etibar Məmmədov bıçaqlanma əməlinə görə cinayət məsuliyyətinə cəlb olunub. Belə ki, Tunar Məmmədov Gəncədə tərxu

8 avqust
.

Ərindən borc istəyən qadın döyülüb

Biləsuvarda ərindən borc pul istəyən qadın döyülüb. -a istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhərindəki mənzillərdən birində işləyib. Rayon sakini - 1989-cu il təvəllüdlü Orxan Səfərov (ad şərtidir) 2016-cı ildə ailə həyatı qurub və bu nikahdan bir övladları dünyaya gəlib. Bir neçə gün əvvəl O.Səfəro

3 sentyabr
.

Azərbaycanda vəzifəli şəxslər rüşvətə görə HƏBS EDİLDİLƏR

Vergi yoxlamasının keçirilməməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər həbs olunublar. xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) birgə məlumat yayıb. Bildirilib ki, Azərbayca

3 avqust
.

Leyla Əhmədova həbs olundu

Tanınmış modelyer Leyla Əhmədova həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Əhmədova Leyla Saday qızı külli miqdarda dələduzluqda ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Leyla Əhmədova barəsində Xəta

8 sentyabr
.

Yeniyetmənin "iPhone"unu əlindən alıb 20 Yanvarda satdı - Video

Paytaxtın Nizami rayonunda yetkinlik yaşına çatmayan bir nəfərə qarşı soyğunçuluq edilib. "Qafqazinfo" xəbər verir ki, naməlum şəxs zərərçəkənin əlində olan, dəyəri 1750 manat təşkil edən "iPhone 16" mobil telefonu alaraq hadisə yerindən uzaqlaşıb. Nizami Rayon Polis İdarəsinin 24-c

6 avqust