"Twitter"dən İlon Maskla bağlı AÇIQLAMA
"Twitter" sosial media şirkəti "Tesla" və "SpaceX"in baş direktoru İlon Maskın təxminən 44 milyard dollarlıq alış müqaviləsini ləğv etmək qərarının "etibarsız və ədalətsiz" olduğunu bildirib.
Sonxeber.az BiG.AZ-a istinadən xəbər verir ki, "Twitter"in vəkili Uilyam Savittin 10 iyul tarixində Maskın vəkili Mayk Ringlerə məsələ ilə bağlı yazdığı məktubu ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına təqdim edib.
Sözügedən məktubda Maskın müqaviləni ləğv etməsinin "etibarsız və ədalətsiz" olduğu, yəni müqavilə üzrə öhdəliklərin rədd edildiyi bildirilib və "Twitter"in müqavilədən irəli gələn heç bir öhdəliyini pozmadığı vurğulanaraq müqavilənin etibarlı olduğu yazılıb.
Qeyd edək ki, Maskın 44 milyard dollarlıq alış müqaviləsini ləğv etmək qərarından sonra, həftənin ilk ticarət günündə "Twitter" səhmləri kəskin ucuzlaşıb. Nyu-York birjasında TWTR simvolu ilə ticarət edən şirkətin səhmlərindəki itki 11 faizi ötüb.
Daha öncə İlon Mask bir çox məqalə pozuntusunu əsas gətirərək, "Twitter" sosial media şirkətini almaq barədə müqaviləni ləğv edib.
Təqdim edilən ərizədə Maskın vəkilləri "Twitter"in şirkətin biznes əməliyyatları üçün kritik əhəmiyyət kəsb edən platformada saxta və ya spam hesablar haqqında çoxsaylı məlumat sorğularına cavab vermədiyini və ya cavab verməkdən imtina etdiyini bildiriblər.
Bildirişdə qeyd olunub ki, "Twitter" müqavilənin bir çox şərtlərini ciddi şəkildə pozub, eləcə də yalan və yanlış açıqlamalar verib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 967 Tarix: 12 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Maşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi
Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində avtomobillə səyahət edənlərə xəbərdarlıq edib. xəbər verir ki, xəbərdarlıq deyilir:. "Bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səyahətlərin sayı artıb. Təəssüf ki, bu artım həm də bölgələrdə baş verən yol-nəqliyyat hadisələrini
9 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabrİmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabrMuxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır
Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb
8 noyabrNaxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
8 noyabr