Körpələrdə "ÇÖP MİFİ" - Nəyə görə tək azərbaycanlı uşaqlarda "çöp" qalır?

Körpələrdə "ÇÖP MİFİ" - Nəyə görə tək azərbaycanlı uşaqlarda "çöp" qalır?XXl əsrdə yaşayırıq. Amma hələ də feodal təfəkküründən qurtula bilməmişik. Bizlərin hələ də çoxunda qara qüvvələrə, cadu-pitiyə inam qalıb. Hələ "çöp" məsələsini demirik. Bəlkə də dünyada yeganə xalqıq ki, körpə uşaqlarda çöp qaldığına inanır və bunun türkəçarə yolu ilə həllinə çalışırıq. Apardığımız müşahidələr göstərir ki, bizdən başqa ətrafdakı xalqların heç biri bu cahil müalicə metoduna inanmır.

Doğrudanmı uşaqların "çöpü qalır"?

Məlum olduğu kimi uşaqlarda burunətrafı ciblər var. Onlar çox nazik və dar olur. Ona görə də istənilən yad cism çox asanlıqla orda ilişib qala bilir. El arasında bu yad cismə "çöp" deyirlər. Bu "çöp" xırda sümük də, kağız qırıntısı, muncuq və başqa xırda nəsnələr ola bilər. Döşəmədə olan uşaq da diqqətdən yayınaraq yerə düşmüş yad cismləri götürüb asanlıqla qulağına, burnuna və yaxud ağzına aparır.

Bu təbii haldır. Belə hallarda uşaqlarda narahatçılq yaranır, hərarət yüksəlir, hətta qusma müşahidə edilir. Çox təəssüf ki, bu vəziyyətdə valideynin ilk ağlına çopçü gəlir. Bəladan qurtulan valideyn sonradan bir növ çöpçüyə alışır. Uşaqda azacıq narahatçılıq olanda, uşaq burnunu ovuşduranda, hərarəti yüksələndə yenə də çöpçüyə üz tutur.

Niyə təkcə bizim uşaqlarda "çop qalır"?

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı bizim.media ilə fikirlərini bölüşən tanınmış terapevt Vaqif Qarayev bildirdi ki, "dünyadakı bütün uşaqların yuxarı tənəfüss yollarının anotomik quruluşu eynidir.
Amma nədənsə təkcə bizim uşaqlarda "çöp qalır". Mən peşəmlə bağlı uzun müddət təxminən 12-14 millətin yaşadığı ərazidə xidmət göstərmişəm. Çox təəssüf ki, çöplə ancaq bizimkilər məşğul olur. Başqa millətlərdə bu problem yoxdur".

Vaqif Qarayev söhbət əsnasında bizimlə bir xatirəsini də bölüşdü. Bildirdi ki, "xeyli müddət əvvəl Rusiyaya köçmüş ailənin başçısı mənimlə görüşəndə zarafatla dedi ki, "Rusiyaya gedəndən çöpdən canımız qurtarıb".

Çöpçüyə getməyin hansı fəsadları ola bilər?

Tanınmış həkim onu da əlavə etdi ki, "uşaqların yad cismləri götürüb burunlarına, qulaqlarına və ağızlarına basması normal haldır. Bunun qarşısını almaq üçün ilk növbədə döşəməni təmiz saxlamaq lazımdır. Xoşa gəlməz hallar baş verdikdə isə həkimə müraciət etmək gərəkdir. Çünki, çöpçü xanımlar çöpü təmizləyərkən uşaqların boğazına qorxulu infeksiya sala bilər. Və hətta bir dəfə belə bir hadisə şahidi olub. Uşağın burnundakı yad cismi çopçü üfürüb nəfəsliyinə salmışdı. Biz çox böyük çətinliklə o uşağın həyatını xilas etdik".
Maraqlı məqamlardan biri də odur ki, bəzi valideynər körpələrini çopçünün yanına apararaq deyir ki, "xahiş edirəm bunun çopünü birdəfəlik bağla". Tanınmış həkim XXl əsrdə belə hallara da rast gəlindiyini təəssüflə qeyd edir. Bildirir ki, "axı, çöpçü körpənin yuxarı tənəffüs orqanında nə edə bilər ki, bir daha çop qalmasın? Bu sadəcə cahillikdir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2010   Tarix: 13 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda "QAZ-3110"la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı

Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edərək bir neçə rayonda avtoxuliqanlıq edən 21 yaşlı gənc 1 ay 15 gün müddətinə inzibati qaydada həbs edilib. Qaynarinfo-nun məlumatına görə, 2005-ci ildə Bakı şəhərində anadan olan E.R. barəsində Yasamal Rayon Məhkəməsində bir neçə inzibati xət

9 noyabr
.

Azərbaycanın üçrəngli bayrağı: istiqlal tariximiz, milli kimliyimiz və dövlətçilik qürurumuz

Mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan, Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə təcəssüm etdirən üçrəngli Dövlət Bayrağımız tarixi keçmişimizi, milli-mənəvi dəyərlərimizi, müasir inkişaf yolumuz

9 noyabr
.

Maşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində avtomobillə səyahət edənlərə xəbərdarlıq edib. xəbər verir ki, xəbərdarlıq deyilir:. "Bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səyahətlərin sayı artıb. Təəssüf ki, bu artım həm də bölgələrdə baş verən yol-nəqliyyat hadisələrini

9 noyabr
.

Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto

Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa

9 noyabr
.

İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı

9 noyabr
.

Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır

Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb

8 noyabr
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Azərbaycan xalqının milli qürur və müstəqillik rəmzi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının tarixində xüsusi yeri və mənəvi əhəmiyyəti olan əlamətdar günlərdən biridir. Bu tarix xalqımızın milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik uğrunda mübarizə əzmini özündə birləşdirən üçrəngli bayrağımıza olan sonsuz ehtiramın ifadəsidir

9 noyabr
.

Şuşadan dünyaya ünvanlanan mesajlar: İlham Əliyev və Ərdoğan Azərbaycan-Türkiyə müttəfiqliyinin gələcək hədəflərini açıqladılar

Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatları iki dövlət arasındakı münasibətlərin strateji mahiyyətini, regional siyasətdəki rolunu və gələcək əməkdaşlığın əsas istiqamətlərini bir daha gündəmə gətirdi. Şuşadan verilən mesajlar göstərd

9 noyabr
.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

8 noyabr