Azərbaycanda suyun qiyməti bahalaşır? - RƏSMİ AÇIQLAMA
"Azərsu" ASC 2021-ci ili 552,23 milyon manat xalis zərərlə başa vurub.
Qurumun maliyyə hesabatına görə, bu, 2020-ci illə müqayisədə 70,9% çoxdur. Son nəticədə səhmdar cəmiyyətin yığılmış zərəri 7,6% artaraq 7 855,686 milyon manata çatıb.
Ötən il "Azərsu"yun içməli su və kanalizasiya xidmətinin satışından gəlirləri 262,947 milyon manat (əvvəlki ilə nisbətən 42,7% çox), satışlarının maya dəyəri 128,729 milyon manat (2,1% az), inzibati xərcləri 28,756 milyon manat (28,9% az), satış və paylanma xərcləri 146,607 milyon manat (25,3% çox), digər əməliyyat xərcləri 549,528 milyon manat (2,6 dəfə çox), məzənnə fərqindən gəliri 10,315 milyon manat (əvvəlki il zərər olub), digər gəlirləri 32,236 milyon manat (4,1 dəfə çox), maliyyə xərcləri 3,450 milyon manat (22,2% çox), icarə öhdəlikləri üzrə faiz xərcləri 60 min manat (4,8% az), mənfəət vergisi ödəmələri isə 598 min manat (7 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə "Azərsu"yun aktivləri 1 021,630 milyon manat olub ki, bu da illik müqayisədə 2,1% çoxdur. 2021-ci ildə səhmdar cəmiyyətinin öhdəlikləri 0,7% azalaraq 578,444 milyon manata düşüb, balans kapitalı isə 6% artaraq 443,186 milyon manata çatıb.
Xatırladaq ki, "Azərsu" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 400 milyon manatdır. Səhmdar cəmiyyəti 100% dövlətə məxsusdur və ölkədə su təchizatı, içməli suyun təchizatı və kanalizasiya xidmətlərinin həyata keçirilməsi sahəsində dövlət siyasətini və strategiyasını həyata keçirən təbii inhisarçıdır.
Qurumun əsas funksiyalarına suyun mənbələrdən çıxarılması, ölkə ərazisində istehlakçıların istifadəsi, paylanması və satışı təmizlənməsi və suyun xüsusiyyətlərinin sabitləşdirilməsi daxildir.
Qeyd edək ki, qurumun ötən ili böyük həcmdə zərərlə başa vurması vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, əhali həmin zərərin aradan qaldırılması üçün yenidən qiymət artımına gediləcəyini düşünür.
Əslində zərərin yaranma səbəbi nə ilə bağlıdır və qiymət artımına gediləcəkmi?
Məsələ ilə bağlı "Azərsu"ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı cebhe.info-ya bildirdi ki, baş vermiş ziyanın əsasını amortizasiya ayırmaları, yəni əsas vəsaitlərin köhnəlməsi təşkil edir:
"Amortizasiya xərclərini nəzərə almasaq, gəlirlər xərcləri tam bağlayır. Tariflərə isə dəyişiklik gözlənilmir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Pensiyalar bu tarixdə ödəniləcək
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir