Azərbaycan hər an müharibəyə başlaya bilər: Bu sonuncu xəbərdarlıq idi

Azərbaycan hər an müharibəyə başlaya bilər: Bu sonuncu xəbərdarlıq idi"Ermənistana sonuncu xəbərdarlıq edildi. Prezident deyəndə ki, "biz işimizi bilək", bunun arxasında antiterror əməliyyatının başlaması ilə bağlı xəbərdarlıq dayanır".

Sonxeber.az xəbər verir ki,bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

O, qeyd edib ki, Ermənistanın riyakar və hiyləgər siyasəti bir daha ölkə başçısı tərəfindən açıq şəkildə ifşa edildi:

"Ötən gün ölkə Prezidentinin keçirmiş olduğu müşavirədə ölkənin sosial-iqtisadi inkişafına, qarşıda duran hədəflərə, eyni zamanda 6 ay ərzində keçilən yola ciddi qiymət verildi. Dünyanı bürüyən iqtisadi və maliyyə böhranı təbii ki, Azərbaycandan da yan keçmir. Buna baxmayaraq Azərbaycanda vəziyyət kifayət qədər qənaətbəxşdir. İqtisadi inkişafımız göz önündədir. Büdcəyə əlavələrin daxil olması, vergilərin xüsusi olaraq təkmilləşdirilməsi ilə bağlı aparılmış olan islahatlarla əlaqədar neftdən əlavə daxilolmalar hər birimizi sevindirir.

Bununla yanaşı Cənab Prezident işğaldan azad edilmiş rayonlarda aparılan və aparılacaq işlər üzərində də dayandı. Eyni zamanda Ermənistanın riyakar və hiyləgər siyasəti bir daha ölkə başçısı tərəfindən açıq şəkildə ortaya qoyuldu və ifşa edildi. Doğrudan da, Ermənistan 2020-ci ilin noyabrında bağlanmış olan Bəyannaməyə və onun bəndlərinə uyğun olan və üzərində götürdüyü öhdəlikləri yerinə yetirmir. Ölkə başçısı bunu xüsusi olaraq 2 baxımdan qeyd etdi. Birincisi, Naxçıvanla Azərbaycan arasında dəhlizin açılması, avtomobil yolunun bərpası ilə bağlı hələ də Ermənistan tərəfindən heç bir işin görülməməsini. Bunun əksinə olaraq Laçın yolunun Azərbaycan tərəfindən üzərinə götürdüyü öhdəliyə uyğun olaraq işlək vəziyyətdə olması Cənab Prezident tərəfindən bir daha önə çəkildi".

Deputatın sözlərinə görə, Rusiya da öz tərəfindən Ermənistana təzyiq göstərmir:

"İkinci vacib məsələ Ermənistan ordusunun tör-töküntülərinin Qarabağdan hələ də çıxarılmamasıdır. Bununla bağlı da "10 Noyabr 2020-ci il Bəyannaməsi"ndə xüsusi bənd var. Ermənistan buna da əməl eləmir. Eyni zamanda Rusiya da öz tərəfindən Ermənistana təzyiq göstərmir, lazımi addımları atmır ki, həmin tör-töküntülər Azərbaycan ərazisindən çıxarılsın. Hər ikisi ciddi məsələ olaraq Prezident tərəfindən bir daha önə çəkildi. Mənə belə gəlir ki, Ermənistana sonuncu xəbərdarlıq edildi. Bu xəbərdarlığın xarici işlər nazirlərinin bu gün keçirilən görüşü ərəfəsində edilməsinin özü ciddi önəm daşıyır. Prezident də söylədi ki, sənədlər var və həmin sənədlər yəqin ki, artıq masanın üzərinədir. Yəni, Prezidentin vermiş olduğu mesajlar Azərbaycan xarici işlər nazirinin əlini daha da gücləndirir. Məncə, bu məsələ bu gün keçirilən görüşdə özünün konkret həllini tapmalıdır".

Rusiyaya xəbərdarlıq edilməsi, mesaj göndərilməsi də çox ciddi qəbul olunmalıdır. Rusiya da öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Çünki ermənilər məhz Rusiyanın sülhməramlı qüvvələrinə, onların yardımına söykənərək bunu davam etdirirlər. Prezident deyəndə ki, "biz işimizi bilək", bunun arxasında antiterror əməliyyatının açılması ilə bağlı xəbərdarlıq dayanır".

Fəzail Ağamalı həmçinin qeyd edib ki, Ermənistan bu mesajlardan ciddi nəticə çıxarmalıdır:

"Ermənistan nəticə çıxarmalıdır. Bu hiyləgərliyinə, yeddibaşlı oyunlarına son qoymalıdır. Əgər bütün bunlar olmursa, Qarabağla bağlı, ermənilərlə, statusla bağlı məsələlər ən müxtəlif platformalarda önə çəkilirsə, ölkə başçısının bunlarla bağlı xəbərdarlığı idi. Biz həqiqətən də, tarixi faktlara və hüquqi imkanlara sahibik ki, Zəngəzur statusunu qoyaraq onun Azərbaycana birləşdirilməsi ilə bağlı məsələni həll edək. Hələlik ölkə Prezidenti buna getmir. Çünki görünən budur ki, Cənab Prezident qarşıya qoyulan hədəflərə addım-addım gedir. Belə bir taktika özünü yüksək səviyyədə doğruldub. Dünənki müşavirədə Cənab Prezidentin ortaya qoyduğu qətiyyətli iradə və söyləmiş olduğu fikirlər, bunun da arxasında dayanan mesajlardan Ermənistan ciddi nəticə çıxarmalıdır".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 3889   Tarix: 16 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr